44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı
andan mülki hüquqlara
malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun
ləğvinin başa çatdığı an xitam verilir.
44.2. Kommersiya hüquqi şəxsləri qanunla
qadağan edilməyən istənilən
fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və
mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə
müəyyənləşdirilən
ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya)
əsasında məşğul ola bilərlər.
44.3. Hüquqi şəxsin hüquqları yalnız qanunla
nəzərdə tutulan hallarda
və qaydada məhdudlaşdırıla bilər. Hüquqi şəxs öz hüquqlarının
məhdudlaşdırılması haqqında qərardan məhkəməyə etiraz verə bilər.
44.4. Hüquqi şəxsin xüsusi icazə (lisenziya) alınması
zəruri olan fəaliyyəti
həyata keçirmək hüququ belə lisenziyanın alındığı
andan və ya lisenziyada
göstərilən vaxtda əmələ gəlir və bu hüquqa, əgər qanunvericiliklə ayrı qayda
müəyyənləşdirilməyibsə, lisenziyanın müddəti qurtardıqda xitam verilir.
Maddə 45. Hüquqi şəxsin yaradılması
45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması
yolu ilə yaradılır.
45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa,
təsisçilər
müqavilə bağlayaraq
hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə
birgə fəaliyyət qaydasını, özlərinin əmlakının
ona verilməsi və onun
fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər.
Maddə 46. Hüquqi şəxsin təsisçilərinin məsuliyyəti
Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına
qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə
birgə məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: