43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən
qaydada dövlət
qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki,
mülkiyyətində ayrıca əmlakı vardır, öz
öhdəlikləri üçün bu əmlakla
cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və
həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı
və ya cavabdeh
olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
43.2. Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən, yaxud fiziki
və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər,
üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə
məşğul ola və ya məşğul olmaya bilər.
43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə
digər hüquqi şəxslər kimi iştirak edir.
Bu hallarda Azərbaycan
Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları
həyata keçirirlər.
43.4. Bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi
şəxslər kimi iştirak edirlər. Bu hallarda bələdiyyənin
səlahiyyətlərini onun
hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən
ibarət olan (kommersiya hüquqi şəxsləri)
və ya əsas məqsədi mənfəət
götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında
bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri)
, habelə ümumdövlət və (və
ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi
şəxslər)
qurumlar ola bilər.
[27]
43.6. Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər,
fondlar, hüquqi şəxslərin ittifaqları formasında,
habelə qanunvericilikdə
nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi
şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda
məşğul ola bilərlər ki, bu
fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail
olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini
həyata keçirmək üçün qeyri-kommersiya
hüquqi şəxsləri təsərrüfat
cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə və “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Dostları ilə paylaş: