Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə17/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   13   14   15   16   17   18   19   20   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi


 
41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il 
ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa 
bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə 
xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə 
qaydasında ölmüş elan edilə bilər.
41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu 
və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən 
sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər.
41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni 
qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan 
hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü 
saya bilər.
 
Maddə 42. Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri
42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar 
edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.
42.2. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan 
edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan 
hissəsinin qaytarılmasını tələb edə bilər.
42.3. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı 
ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan 
edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin.
42.4. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə 
keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında 
qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona 
qaytarılır.
4-cü fəsil.
 
Hüquqi şəxslər
 
§1. Əsas müddəalar
 

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə