Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 34. Qəyyumluq və himayəçilik orqanları



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə13/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   9   10   11   12   13   14   15   16   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 34. Qəyyumluq və himayəçilik orqanları


34.1. 
Qəyyumluq 
və 
himayəçilik 
orqanları 
qanunvericiliklə 
müəyyənləşdirilir.
34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət 
qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi 
gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində 
qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə 
qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və 
himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə 
nəzarət edir.
 
Maddə 35. Qəyyumlar və himayəçilər
35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı 
olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs 
üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum 
olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə 
ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya 
himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun 
və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz 
verə bilərlər.
35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət 
qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum 
edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər.
35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun 
əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini 
yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı 
olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda 
və ya himayədə olanın arzusu nəzərə alınmalıdır.
35.4. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan və müvafiq tərbiyə, 
müalicə, əhalinin sosial müdafiəsi və ya digər oxşar müəssisələrdə olan və ya 
bu müəssisələrə yerləşdirilmiş fiziki şəxslərin qəyyumları və himayəçiləri 
həmin müəssisələrdir.
35.5. Qəyyumluq və himayəçilik vəzifələri, qanunla nəzərdə tutulan 
hallardan başqa, əvəzsiz icra edilir.
35.6. Yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və 
himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə 
yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda 


yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol 
verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin 
müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış 
yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat 
verməyə borcludurlar.
35.7. Qəyyumlar və himayəçilər öz qəyyumluğunda və ya himayəsində 
olanların saxlanması, onlara baxılmasının və onların müalicəsinin təmin 
edilməsi, onların təhsil alması və tərbiyələnməsi qayğısına qalmağa, onların 
hüquq və mənafelərini qorumağa borcludurlar.
35.8. Bu Məcəllənin 35.7-ci maddəsində göstərilən vəzifələr məhkəmə 
tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış yetkinlik yaşına çatmış 
fiziki şəxslərin himayəçilərinə həvalə edilmir.
35.9. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət 
qabiliyyətli sayılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda qəyyum və ya 
himayəçi qəyyumluqda və ya himayədə olanın fəaliyyət qabiliyyətli sayılması 
və onun üzərindən qəyyumluğun və ya himayəçiliyin götürülməsi barədə 
məhkəmə qarşısında vəsatət qaldırmağa borcludur.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə