Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 32. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə12/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   8   9   10   11   12   13   14   15   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 32. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması
 
32.1. Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop 
maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz 
ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə 
tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin 
edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. O, yalnız 
himayəçisinin razılığı ilə başqa əqdlər bağlaya bilər, habelə qazanc, pensiya 
və digər gəlirlər götürə bilər və bunlar barəsində sərəncam verə bilər. Lakin 
bu cür fiziki şəxs bağladığı əqdlər üzrə və vurduğu ziyan üçün müstəqil 
surətdə əmlak məsuliyyəti daşıyır. Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış 
fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan 
bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə 
bilər.
[25]
 
32.2. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb 
olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin 


məhdudlaşdırılmasını ləğv edir. Fiziki şəxsin üzərində təyin edilmiş 
himayəçilik məhkəmənin qərarına əsasən ləğv olunur.
 
Maddə 33. Qəyyumluq və himayəçilik
33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya 
məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin 
müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində 
qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə 
təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri 
Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.
33.2. Qəyyumlar və himayəçilər istənilən şəxslərlə münasibətlərdə, o 
cümlədən məhkəmədə öz qəyyumluğunda olanların hüquq və vəzifələrini 
xüsusi səlahiyyət almadan müdafiə edirlər.
33.3. Yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa 
götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik 
hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa 
səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən 
valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini 
müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və 
himayəçilik təyin edilir.
33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə 
psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan 
sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir.
33.5. Qəyyumlar qəyyumluqda olanların qanun üzrə nümayəndələri olur 
və onların adından və onların mənafeləri üçün bütün zəruri əqdləri 
bağlayırlar.
33.6. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına 
çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya 
psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması 
nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış 
fiziki şəxslər üzərində himayəçilik təyin edilir.
[26]
 
33.7. Himayəçilər himayəçilikdə olan fiziki şəxslərin müstəqil surətdə 
bağlamağa ixtiyarı çatmadığı əqdlərin bağlanmasına razılıq verirlər. 
Himayəçilər himayədə olanlara öz hüquqlarını həyata keçirməkdə və 
vəzifələrini icra etməkdə kömək göstərir, habelə onları üçüncü şəxslərin sui-
istifadəsindən qoruyurlar.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə