Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 27. Fiziki şəxsin yaşayış yeri



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə9/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   5   6   7   8   9   10   11   12   ...   252
AR-Mülki-Məcəlləsi-2

Maddə 27. Fiziki şəxsin yaşayış yeri
27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir 
neçə yaşayış yeri ola bilər.
27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik 
hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında 
olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə 
tərk edirsə, o, yaşayış yerini itirmir.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti
28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri 
ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr 
yaratmaq və icra etmək qabiliyyətidir.
28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, 
yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) 
fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına 
çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.
28.4. On altı yaşı tamam olmuş yetkinlik yaşına çatmayan əmək 
müqaviləsi üzrə işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və ya 
himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, tam fəaliyyət 
qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya 
himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı ilə, 


belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan 
tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya).
[18]
 
28.5. Valideynlər, övladlığa götürənlər və himayəçi tam fəaliyyət 
qabiliyyətli sayılmış yetkinlik yaşına çatmayanın öhdəlikləri üçün, o 
cümlədən onun ziyan vurması nəticəsində əmələ gəlmiş öhdəliklər üçün 
məsuliyyət daşımırlar.
28.6. On səkkiz yaşına çatanadək nikaha girməyə qanunun yol verdiyi 
halda, on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girdiyi vaxtdan tam 
həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah bağlanması nəticəsində əldə 
edilmiş fəaliyyət qabiliyyəti nikahın on səkkiz yaşına çatanadək pozulduğu 
halda da tam həcmdə saxlanılır.
28.7. Nikah etibarsız sayıldıqda məhkəmə yetkinlik yaşına çatmayan ərin 
(arvadın) tam fəaliyyət qabiliyyətini məhkəmə tərəfindən müəyyənləşdirilən 
andan itirməsi barədə qərar qəbul edə bilər.
28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin 
mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən 
şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 
Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan 
sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət 
qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun 
razılığı ilə etibarlı hesab edilə bilər.
[19]
 
28.9. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya 
sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət 
qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə 
qərarına əsasən ləğv edilir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə