Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


[14]   Maddə 22. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə7/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   2   3   4   5   6   7   8   9   10   ...   252
AR-Mülki-Məcəlləsi-2

[14]
 
Maddə 22. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə 
orqanlarının vurduqları zərərin əvəzinin ödənilməsi
– 
çıxarılmışdır.
 
[15]
 
 
Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi
23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu 
ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını 
pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, 
bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun 
olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, 
əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, 
eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və 
ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
[16]
 
23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və 
ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya 
vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib 
edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, 
həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat 
verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
[17]
 
23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla 
qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin 
kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.
23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar 
yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması 
nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ 
vardır.
23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu 
ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, 
barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin 
məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.
23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair 
qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də 
tətbiq edilir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə