Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə8/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   4   5   6   7   8   9   10   11   ...   252
AR-Mülki-Məcəlləsi-2

İkinci bölmə


 
ŞƏXSLƏR
 
3-cü fəsil.
 
Fiziki şəxslər
 
Maddə 24. Fiziki şəxs anlayışı
24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan 
fərdidir.
24.2. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan 
Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və 
vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir.
 
Maddə 25. Fiziki şəxsin mülki hüquq qabiliyyəti
25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara 
malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki 
şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır.
25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və 
ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.
25.3. Vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu 
hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür.
25.4. Fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz.
Maddə 26. Ad hüququ
 
26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı 
olmaq hüququ vardır.
26.2. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.
26.3. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs 
təxəllüsdən (uydurma addan) istifadə edə bilər.
26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını 
dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı 
ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. 
Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına 


məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın 
olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki 
şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz 
hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.
26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi 
vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada 
qeydə alınmalıdır.
26.6. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir.
26.7. Fiziki şəxsin adından qanunsuz istifadə nəticəsində ona vurulmuş 
ziyanın əvəzi bu Məcəlləyə müvafiq surətdə ödənilməlidir.
26.8. Fiziki şəxsin adı onun şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna 
toxunan üsullarla və ya formada təhrif edildikdə və ya istifadə olunduqda bu 
Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə