Azərbaycan respublikasinin müLKİ MƏCƏLLƏSİ [1] Ümumi HİSSƏ Birinci bölmə


Maddə 37. Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə



Yüklə 1,97 Mb.
Pdf görüntüsü
səhifə15/252
tarix21.10.2023
ölçüsü1,97 Mb.
#129254
1   ...   11   12   13   14   15   16   17   18   ...   252
AR-Mülki-Məcəlləsi-2

 
Maddə 37. Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə 
ilə idarə edilməsi
37.1. Qəyyumluqda və ya himayədə olanın daşınar və qiymətli daşınmaz 
əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda qəyyumluq və 
himayəçilik orqanı özünün müəyyənləşdirdiyi idarəçi ilə həmin əmlakın 
etibarnamə ilə idarə edilməsinə dair müqavilə bağlayır. Bu halda qəyyum və 
ya himayəçi qəyyumluqda və ya himayədə olanın etibarnamə ilə idarəetməyə 
verilməmiş əmlakı barəsində öz səlahiyyətlərini saxlayır. Qəyyumluqda və ya 
himayədə olanın əmlakının etibarnamə ilə idarə edilməsi səlahiyyətlərini 
həyata keçirərkən idarəçiyə bu Məcəllənin 36.2 və 36.3-cü maddələrində 
nəzərdə tutulan qaydalar tətbiq edilir.
37.2. Qəyyumluqda və ya himayədə olanın əmlakının etibarnamə ilə 
idarə edilməsinə əmlakın etibarnamə ilə idarə edilməsinə dair müqaviləyə 
xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar üzrə, habelə 
qəyyumluğa və ya himayəçiliyə xitam verildiyi hallarda xitam verilir.
 
Maddə 38. Qəyyumların və himayəçilərin öz vəzifələrinin icrasından 
azad və kənar edilməsi. Qəyyumluğa və himayəçiliyə xitam verilməsi
38.1. Yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya 
övladlığa götürüldükdə qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya 
himayəçini öz vəzifələrinin icrasından azad edir.
38.2. Qəyyumluqda olan müvafiq tərbiyə, müalicə, əhalinin sosial 
müdafiəsi müəssisəsinə və ya digər oxşar müəssisəyə yerləşdirildikdə 
qəyyumluq və himayəçilik orqanı bundan əvvəl təyin edilmiş qəyyumu və ya 
himayəçini, əgər bu, qəyyumluqda olanın mənafelərinə zidd deyilsə, öz 
vəzifələrinin icrasından azad edir.


38.3. Üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, 
qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a.) qəyyum və ya 
himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər.
38.4. Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə 
yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah 
məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi 
köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya 
himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin 
qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər 
görə bilər.
38.5. Qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının 
ərizəsinə əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli 
sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv 
edilməsi haqqında qərar çıxardıqda yetkinlik yaşına çatmış fiziki şəxs 
üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir.
38.6. Qəyyumluqda olan azyaşlı on dörd yaşına çatdıqda onun üzərində 
qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə 
bu barədə əlavə qərar çıxarılmadan yetkinlik yaşına çatmayanın himayəçisinə 
çevrilir.
38.7. Qəyyumluqda olan yetkinlik yaşına çatmayanın on səkkiz yaşına 
çatdığı, habelə nikaha girdiyi və yetkinlik yaşına çatanadək tam fəaliyyət 
qabiliyyəti əldə etdiyi digər hallarda yetkinlik yaşına çatmayan üzərində 
himayəçiliyə xüsusi qərarsız xitam verilir.

Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə