16
195.
“Eurovision-2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında Azərbaycan
Respublikasının Prezidentinin Sərəncamı (19 may 2011-ci il, № 1512)..................................................................506
196. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı (7 iyul 2011-ci il, № 1621)..........................................................................507
197. “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq
olunması haqqında azərbaycan respublikasi prezidentinin sərəncami (20 iyul 2011-ci il, №1644).........................517
17
B İ R İ N C İ B Ö L M Ə
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTİTUSİYASI VƏ AZƏRBAYCAN
RESPUBLİKASININ MƏCƏLLƏLƏRİ
1
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI
(Çıxarış)
* * *
II fəsil
DÖVLƏTİN ƏSASLARI
M a d d ə 1 2 . Dövlətin ali məqsədi
I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat
səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
M a d d ə 1 4 . Təbii ehtiyatlar
Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan
Respublikasına mənsubdur.
M a d d ə 1 5 . İqtisadi inkişaf və dövlət
I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının
yüksəldilməsinə xidmət edir.
II. Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır,
azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.
* * *
III fəsil
ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI
* * *
M a d d ə 3 7 .
İstirahət hüququ
I. Hər kəsin istirahət hüququ vardır.
II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət
və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
M a d d ə 3 9 . Sağlam ətraf mühitdə yaşamaq hüququ
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.
II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun
sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər
vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş
növlərinin qorunmasına təminat verir.
18
M a d d ə 4 0 . Mədəniyyət hüququ
I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək
hüququ vardır.
II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidə-
lərini qorumalıdır.
* * *
M a d d ə 6 9 . Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları
I. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının
vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
II. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının
qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
* * *
M a d d ə 7 7 . Tarix və mədəniyyət abidələrinin qorunması
Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.
M a d d ə 7 8 . Ətraf mühitin qorunması
Ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
2
AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK MƏCƏLLƏSİ
(Çıxarış)
* * *
VII BÖLMƏ
XARİCİ ŞƏXSLƏRİN AYRI-AYRI KATEQORİYALARI ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ
3 0 - c u f ə s i l
XARİCİ DÖVLƏTLƏRİN NÜMAYƏNDƏLİKLƏRİ VƏ ONLARIN ƏMƏKDAŞLARI, HABELƏ DİGƏR XARİCİ
ŞƏXSLƏR ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ
M a d d ə 1 9 6 . Xarici dövlətlərin diplomatik nümayəndəlikləri üçün gömrük güzəştləri
Xarici dövlətlərin Azərbaycan Respublikasının ərazisində olan diplomatik nümayəndəlikləri Azərbaycan
Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına
riayət edilməsi şərtilə, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə nüma-
yəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının ərazisinə gətirə və
Azərbaycan Respublikasının ərazisindən apara bilərlər. Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası
gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən kənarda və ya iş vaxtından kənar vaxtda malların gömrük
rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər göstərilməsinə görə ödənişlər istisna edilir.
M a d d ə 1 9 7 . Xarici dövlətin diplomatik nümayəndəliyinin başçısı və nümayəndəliyin diplomatik
heyətinin üzvləri üçün gömrük güzəştləri
Xarici dövlətin diplomatik nümayəndəliyinin başçısı və nümayəndəliyinin diplomatik heyətinin üzvləri
həmçinin onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəq-
liyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət etmək şərti ilə, gömrük rüsumlarından,
vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə ilkin təsərrüfat ləvazimatı da daxil olmaqla, şəxsi
istifadə üçün olan malları Azərbaycan Respublikası ərazisinə gətirə və Azərbaycan Respublikası ərazisindən apara
bilərlər. Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən