28.7. Nikah etibarsız hesab edildikdə, ər (arvad) nikah qeydə alınan zaman keçdiyi
soyadı saxlaya bilər.
Üçüncü bölmə
Ər-arvadın hüquq və vəzifələri
6-cı fəsil
Ər-arvadın şəxsi hüquq və vəzifələri
Maddə 29. Ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi
29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin
hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və
əmlak hüquqlarına malikdirlər.
29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri
ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
29.3. Ər (arvad) özünə məşğuliyyət, sənət və yaşayış yeri seçməkdə azaddır.
29.4. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında
qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli,
övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına
qalmalıdırlar.
Maddə 30. Ər-arvadın soyad seçmək hüququ
30.1. Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad
seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin
(arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.
30.2. Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda
soyadların birləşdirilməsinə yol verilmir.
30.3. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə
səbəb olmur.
30.4. Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan
əvvəlki soyadını bərpa etmək hüququna malikdir.
7-ci fəsil
Ər-arvadın əmlakının qanuni rejimi
Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı
31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab
olunur.
31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının
qanuni rejimi fəaliyyət göstərir.
31.3. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə,
sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə
uyğun olaraq müəyyən olunur.
11
Maddə 32.
Ər-arvadın birgə mülkiyyəti
32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə
mülkiyyəti sayılır.
32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:
32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində
əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan
digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində
əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar,
qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar,
əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə
olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı
olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul
olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da
ümumi əmlak üzərində hüquqa malikdir.
Maddə 33. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam
hüququ
33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ
onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
12
33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı
üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o,
digərinin razılığı ilə hərəkət edir.
33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində
sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını
bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən
mübahisələndirilə bilər.
13
33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə
notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün
digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə
notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə
bilər.
14
Maddə 34.
Ər-arvadın hər birinin mülkiyyəti
34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə
hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri
əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.)
nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin
istifadəsində olubsa, ona məxsusdur.
Maddə 35. Ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması
Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud
da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli
artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.)
müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
Maddə 36. Ər-arvadın ümumi əmlakının bölünməsi
36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan
birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi
əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi
tələbi barədə ərizə verdikdə həyata keçirilir.
36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-
arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu
əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə
çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan
əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa
kompensasiya verilə bilər.
36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı
dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan
şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq
kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə
verilir.
36.7. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi
uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi
əmlakın bölünməsi zamanı nəzərə alınmır.
36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın
bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə
mülkiyyətini təşkil edir.
36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların
tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
Maddə 37. Ər-arvadın ümumi əmlakının bölünməsi zamanı payların müəyyən
edilməsi