STRATEJİ TƏHLİL | Say 1 (12) • 2015
16
Odessadan ermənilərin ilk dəstəsi okt-
yabrın 30-da türklərə qarşı vuruşmaq üçün
Qafqaza gəldi. Bu dəstədə 135 nəfər, ikinci
qrupda isə 1000-ə qədər adam var idi.
Don rayonundakı Mariopol, Yuzovka, Ye-
nikeyev və Makeevka qəsəbələrində yaşa-
yan ermənilər 400 nəfəri Tiflis komitəsinin
sərəncamına göndərdilər [20]. Onlar az son-
ra cəbhəyə yola salındılar.
Rus ordusu noyabrın 1-də türk sərhədini
keçdi. Noyabrın 2-də isə Rusiya Osmanlı
dövlətinə müharibə elan etdi.
Əvvəllər islahatlar arzusu ilə yaşayan
erməni təşkilatları müharibənin yekununda
Anadoluda ermənilərə muxtariyyət, daha
sonra tam müstəqillik alacaqlarına ümid
edirdilər. Məqsədlər fərqli olsa da, çarizmi
və erməni təşkilatlarını Osmanlı dövlətinə
qarşı düşmənçilik birləşdirirdi.
Erməni dəstələrinin hazırlanması işi sürətləndirildi. Bolqarıstandan gələn
An-dranik Ozanyan Tiflisdə Qafqaz canişini ilə görüşərək, başında durduğu
dəstə üçün onun sərəncamına əsasən bir neçə min tüfəng aldı [14, s.104, 107].
Onun ətrafı terrorçularla dolu idi. Çarizm sənədlərində bununla bağlı olaraq
yazılırdı:
“Andranik məşhur terrorçuları silahlı dəstələrə başçı təyin etdi” [21,
v.13].
Andranikin fəaliyyətinə dair “Kaspi” qəzetinin 1914-cü il 5 noyabr tarix-
li nömrəsində yazılırdı:
“Erməni azadlıq hərəkatının veteranı, az qala Türkiyə
ermənilərinin əfsanəvi qəhrəmanı olan Andranik indi türk ordusunun arxasında
əməliyyat keçirən bütün erməni könüllü dəstələrinin başçısıdır. ...Qafqazda oldu-
ğu bir neçə gün ərzində ona baş əyirlər. ...Andranikin keçdiyi dəmiryol vağzalla-
rında könüllülər ona qoşulurlar...” [26].
Birinci erməni drujinasına Andranik, ikincisinə Dro, üçüncüsünə Keri,
dördüncüsünə Amazasp başçılıq edirdilər. Beşinci dəstə də yaradıldı və “Ararat
dəstəsi” adlandırıldı. Onların hamısının ümumi rəhbəri Vardan idi. Dəstələri ça-
rizm təchiz edirdi. Daha sonra yeni bir dəstə İşxanın rəhbərliyi altında yaradıldı.
Ona “Tapon dəstəsi” deyilirdi.
Vanda bomba, sursat və top anbarı yaradıldı. Van gölündə hərəkət üçün 5
motorlu qayıq alındı. Şəhər işğal edildikdən sonra Daşnaksütyun kürdləri və
türkləri məhv etmək, soyub-talamaq əmrini verdi. Erməni dəstələri dinc türk,
müsəlman əhalinin yaşadıqları kəndlərə girərək onları kütləvi surətdə qırır,
ərzaqlarını qarət edir və evlərini talayırdılar. Hökumət və jandarma binalarını
yandırırdılar. Bundan sonra həmin kəndlərə rus ordusu daxil olurdu. Çarizm
hakimiyyət orqanlarının sənədlərində yazıldığı kimi, erməni dəstələri xaqlı
qarət edir, rus ordusu isə dəstələrin ələ keçirdikləri qəniməti onlardan alırdı.
Buna görə də daşnaklar rus komandanlığına nifrət edirdilər.
Birinci erməni drujinasına
Andranik, ikincisinə
Dro, üçüncüsünə Keri,
dördüncüsünə Amazasp
başçılıq edirdilər. Beşinci
dəstə də yaradıldı və “Ararat
dəstəsi” adlandırıldı. Onların
hamısının ümumi rəhbəri
Vardan idi. Dəstələri çarizm
təchiz edirdi. Daha sonra yeni
bir dəstə İşxanın rəhbərliyi
altında yaradıldı. Ona “Tapon
dəstəsi” deyilirdi.
Say 1 (12) • 2015 |
STRATEJİ TƏHLİL
17
1914-cü il noyabrın 5-də Bakıdan 80,
noyabrın 6-da 120, Mərvdən isə 25 nəfər
erməni türklərlə döyüşmək üçün cəbhəyə
yollandı [22; 23; 24]. “Mşak” qəzeti 1914-cü
ilin noyabr ayında 700 nəfər silahlı qnçakçı-
nın dağlara qalxaraq Türkiyəyə qarşı hərbi
əməliyyatlara başlayacaqlarını yazırdı. Eyni
bəyanatı Zeytun erməniləri də vermişdi [25].
Dro Kanayanın rəhbərlik etdiyi 500
nəfərlik dəstə noyabr ayının əvvəllərində İq-
dırdan Bəyazidə getdi [27, v. 185]. Az sonra
dinc əhaliyə qarşı qırğınlara başladı.
Bakıda Erməni Mədəniyyət İttifa-
qının Mərkəzi Komitəsi müharibədə
“vətənpərvərlik işinə yardım” adı altında
kampaniya aparırdı. Müxtəlif vəzifələrdə
çalışan ermənilər pul verirdilər. Məsələn,
D.B.Avak Yüzbaşyan Siqnaxskinin şəhər
kontorunda işləyən qulluqçuları sen-
tyabr ayı üçün 39 rubl 6 qəpik, yenə onun
Bibiheybətdəki mədənlərinin qulluqçu və
fəhlələri sentyabr ayı üçün 21 rubl 95 qəpik,
M.X.Avakovun şəhər kontorunun qulluqçu-
ları 20 rubl 30 qəpik və s. pul köçürmüşdülər.
Bütövlükdə ermənilər Bakıda yalnız bir ay müddətində 18.804 rubl 81 qəpik
pul toplamışdılar [28].
Aparılan antitürk təbliğatı nəticəsində Osmanlı ordusundakı erməni əsgərləri
xəyanət edir və silahları ilə birlikdə kütləvi şəkildə Rusiya tərəfə keçirdilər. İllər
boyu Osmanlı imperiyasında rahat bir şəkildə yaşamış ermənilərin xəyanət
edərək Türkiyəyə qarşı vuruşmaları türkləri hiddətləndirirdi. Bununla bağlı ola-
raq Odessa şəhər jandarma idarəsinin aldığı məlumatda deyilirdi ki, türklər
aşağı kasta hesab etdikləri ermənilərə etibar etmirlər. Çünki ermənilər silahlar
alır və səhra istehkamları qururlar [29, v.26].
1914-cü ilin noyabr ayında Suxumidən 300 nəfər erməni Arşak, Artun,
Bazar və Sarkisin rəhbərliyi ilə yerli silahlı dəstələrə qatılmaq üçün Cənubi
Azərbaycana yola düşdülər. “Mşak” qəzeti daha 100 nəfərin oraya gedəcəyini
yazırdı [30].
Həmin ilin noyabr ayında Andranikin dəstələri Cənubi Azərbaycanda qır-
ğınlara başladı. Onun dəstəsinin fəaliyyəti rus qərargahı tərəfindən yüksək
qiymətləndirildi. Andranik ən yüksək mükafata və qızıl silaha, dəstəsinin 121
üzvü isə Georgi xaçına layiq görüldü [31].
Aramın rəhbərliyi altında ermənilərin bir hissəsi Xoya, oradan da Dilmana
keçdi [32]. Burada dinc əhaliyə qarşı amansız qırğınlar törətdi. Sonralar, 1915-
ci il 26 aprel tarixli 90-cı sayında dərc etdiyi məqaləsində“Orizon” qəzeti ya-
zırdı:
“Məlumdur ki, katolikosun himayəsi altında Qafqazda artıq üçüncü ildir
Aparılan antitürk təbliğatı
nəticəsində Osmanlı
ordusundakı erməni əsgərləri
xəyanət edir və silahları
ilə birlikdə kütləvi şəkildə
Rusiya tərəfə keçirdilər. İllər
boyu Osmanlı imperiyasında
rahat bir şəkildə yaşamış
ermənilərin xəyanət edərək
Türkiyəyə qarşı vuruşmaları
türkləri hiddətləndirirdi.
Bununla bağlı olaraq Odessa
şəhər jandarma idarəsinin
aldığı məlumatda deyilirdi
ki, türklər aşağı kasta hesab
etdikləri ermənilərə etibar
etmirlər. Çünki ermənilər
silahlar alır və səhra
istehkamları qururlar.