Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

3.   İşəgötürən   intizam   tənbehini   verərkən   işçinin   şəxsiyyətini,   kollektivdə   nüfuzunu,   peşəkarlıq 
səviyyəsini,   onun   törətdiyi   xətanın   xarakterini   nəzərə   almalıdır.   Bu   maddənin   ikinci   hissəsində 
göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada 
xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni 
hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə 
müvafiq icra hakimiyyəti orqanı  
[Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri, dövlət 
konsernləri,   şirkətləri   və   idarələri]
  tərəfindən   həyata   keçirilir.   İşəgötürən   inzibati   və   ya   cinayət 
məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.
Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları 
1.   İntizam   tənbehi   verilməmişdən   əvvəl   işəgötürən   işçidən   yazılı   izahatın   verilməsini   tələb   edir. 
İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay 
keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin 
müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. 
Müəssisənin   maliyyə-təsərrüfat   fəaliyyətinin   auditinin   (yoxlanılmasının,   təftişinin   aparılmasının) 
nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin 
xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat 
bu müddətə daxil edilmir. (
62
)
Maddə 188. İntizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs 
1. İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam 
vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə 
intizam   tənbehi   vermək   səlahiyyətini   əmri   (sərəncamı,   qərarı)   ilə   özünün   müavinlərindən   birinə, 
müəssisədən   kənarda   yerləşən   struktur   bölməsinin   rəhbərinə   həvalə   edə   bilər.   Həmin   əmrdə 
(sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə 
həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
3. Bu maddənin birinci  və ikinci  hissələrində  göstərilən  vəzifəli  şəxslərdən  savayı başqa vəzifəli 
şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq belə 
mənbəh işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilibsə, onun 
əmri hüquqi qüvvəsi olmayan əmr hesab edilir.
Maddə 189. İntizam tənbehinin verilməsi şərtləri 
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına 
görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, 
əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, 
qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.


4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, 
onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli 
məlumatların göstərilməsi yolverilməzdir.
Maddə 190. İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi 
1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
2.   İşçi   verilən   intizam   tənbehindən   nəticə   çıxararaq   əmək   funksiyasını   yüksək   səviyyədə   yerinə 
yetirərsə,   müəssisədaxili   əmək   və   intizam   qaydalarını   pozmazsa,   işəgötürən   işdə   fərqləndirmə 
qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
3.   İşçi   intizam   tənbehi   verilərkən   işəgötürən   tərəfindən   qanunvericiliyin   tələblərinin   və   onun 
hüquqlarının   pozulduğunu   iddia   edərsə,   bu   Məcəllədə   nəzərdə   tutulmuş   qaydada   fərdi   əmək 
mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
4. İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə 
yetirdiyinə,   müəssisədaxili   intizam   qaydalarına   əməl   etdiyinə   görə   işçi   bu   Məcəllənin   185-ci 
maddəsində   nəzərdə   tutulmuş   hər   hansı   həvəsləndirmə   vasitələri   ilə   mükafatlandırılarsa,   həmin 
mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
VIII bölmə. İşəgötürənin və işçinin qarşılıqlı maddi 
məsuliyyəti
Otuzuncu fəsil. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətini müəyyən 
edən hallar
Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti 
1.   Əmək   münasibətləri   prosesində   əmək   müqaviləsi   üzrə   işəgötürən   və   işçi   öhdəliklərini   yerinə 
yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda 
göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyır.
2.   Aşağıdakı   şərtlərin   eyni   zamanda   hər   üçü   olduqda   tərəflərin   birinin   digərinə   qəsdən   və   ya 
ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:
a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;
b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;
c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri 
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin 
digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri 
olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
Maddə 193. İşəgötürən tərəfindən mülkiyyətçiyə vurulan ziyana görə məsuliyyət 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə