Azərbaycan Respublikasının Əmək Məcəlləsi


Maddə 231. Daha yüngül işə keçirmə



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

Maddə 231. Daha yüngül işə keçirmə 
Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi 
rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
Maddə 232. İşçinin sağlamlığının mühafizəsi məqsədi ilə başqa yüngül işə keçirildiyi və əmək haqqının 
saxlandığı hallar 
1. İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən 
yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi 
gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır.
2. Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti 
keçirilmiş   işçilərə   keçirildikləri   bütün   vaxt   ərzində,   lakin   dörd   aydan   çox   olmayaraq   əvvəlki   iş 
yerində aldığı əmək haqqı saxlanılır.
3. İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və 
müvafiq   həkim   məsləhət   komissiyası   və   ya   müvafiq   icra   hakimiyyəti   orqanının  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyaları 
vasitəsi ilə)]
  rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş 
yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və 
ya   əlillik,   18   yaşınadək   sağlamlıq   imkanlarının   məhdudluğu  müəyyən   edildiyi   vaxtadək 
ödənilməlidir. (
44
)
Maddə 233. Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması 
1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında 
qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.
2. İşçilər havanın temperaturu 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin 
soyuq   vaxtında,   temperaturu   müsbət   14   dərəcə   Selsidən   aşağı   olan   örtülü,   lakin   isidilməyən  
binalarda  işləyərkən   onlara   bu   maddə   ilə   müəyyən   olunmuş   qaydada   fasilələr   verilir   və   iş 
dayandırılır.
3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu və 
küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur.
4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə 
ödənilir.
5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma 
kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. (
48
)
Maddə 234. Əməyin mühafizəsinin təmin edilməsi üçün iş dayandırıldıqda başqa işə keçirmə 
Əməyin   mühafizəsinin   təmin   edilməsi   məqsədi   ilə   bu   Məcəllənin   230   və   233-cü   maddələrində 
nəzərdə tutulmuş hallarda iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər. Bu halda işçi azmaaşlı işə 
keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanılır.
Otuz altıncı fəsil. Əməyin mühafizəsi normalarına və qaydalarına əməl 
olunmasına nəzarət və işəgötürənlərin məsuliyyəti


Maddə 235. Əməyin mühafizəsi üzrə qaydalara və müvafiq normativ hüquqi aktlara əməl edilməsinə 
dövlət nəzarəti 
1. Əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə dair normativ hüquqi 
aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini 
həyata keçirən  orqan  
[Azərbaycan  Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 
(Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)]
 nəzarət edir.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 
ilə)]
  və onun vəzifəli  şəxslərinin  öz səlahiyyətləri  daxilində  qəbul etdikləri  qərarlar  hökmən icra 
olunmalıdır. Bu qərarlardan  qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya)  məhkəməyə 
şikayət verilə bilər. (
41
)
Maddə 236. Əməyin mühafizəsi üzrə qanunvericiliyə əməl edilməsinə ictimai nəzarət 
1.   Əməyin   mühafizəsi   üzrə   qanunvericiliyə   əməl   edilməsinə   ictimai   nəzarəti   əmək   kollektivinin 
müvəkkil etdiyi şəxslər və həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri həyata keçirirlər.
2.   Əməyin   mühafizəsi   üzrə   əmək   kollektivinin   müvəkkil   etdiyi   şəxsin,   həmkarlar   ittifaqları 
təşkilatının nümayəndəsinin iş yerlərində əməyin mühafizəsi vəziyyətini maneəsiz yoxlamaq, aşkara 
çıxarılmış   pozuntuların   aradan   qaldırılmasını   vəzifəli   şəxslərdən   tələb   etmək,   habelə   təqsirkar 
şəxslərin məsuliyyətə cəlb edilməsi barədə işəgötürən qarşısında məsələ qaldırmaq hüququ vardır.
3. Əməyin mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini yerinə yetirməsi üçün işəgötürən ona hər həftə 
orta əmək haqqını ödəməklə iş vaxtında azı iki saat vaxt ayırır.
Maddə 237. Əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət sahəsində həmkarlar 
ittifaqlarının hüquqları 
1.   Həmkarlar   ittifaqları   «Həmkarlar   ittifaqları   haqqında»   Azərbaycan   Respublikası   Qanununda 
nəzərdə tutulmuş hüquqları çərçivəsində əməyin mühafizəsi qaydalarına və müvafiq normativ hüquqi 
aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər.
2.   Həmkarlar   ittifaqları   əməyin   mühafizəsi   üzrə   normativ   aktların   hazırlanmasında   və   müəyyən 
edilmiş   qaydada   razılaşdırılmasında   iştirak   edirlər,   onlarla   razılaşdırılmamış   aktların   qüvvəyə 
minməsinə qarşı müvafiq dövlət orqanları vasitəsiilə etiraz etmək hüququna malikdirlər.
3. Həmkarlar ittifaqlarının nümayəndələri istehsal obyektlərinin və vasitələrinin sınağı və istismara 
qəbulu   üzrə   dövlət   komissiyalarının   işində,   istehsalatda   bədbəxt   hadisələrin   təhqiqində,   əməyin 
mühafizəsi   vəziyyətini,   onun   yaxşılaşdırılması   üçün   kollektiv   müqavilələrdə   nəzərdə   tutulmuş 
tədbirlərin yerinə yetirilməsi üzrə yoxlamalarda iştirak edirlər. Vəzifəli şəxslər əməyin mühafizəsi 
tələblərini pozduqda, istehsalatda baş vermiş bədbəxt hadisələri gizləmdikdə həmkarlar ittifaqlarının 
təqsirkar   şəxslərin   məsuliyyətə   cəlb   edilməsi   üçün   dövlət   orqanları   qarşısında   məsələ   qaldırmaq 
hüququ var.
4. İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yarandıqda həmkarlar ittifaqlarının hüququ 
var ki, əməyin mühafizəsi üzrə konstruksiya çatışmazlıqları olan maşınların, mexanizmlərin və digər 
məhsul növlərinin istehsalını, insanların sağlamlığına zərərli təsir göstərən materialların, texniki və 
texnoloji vasitələrin tətbiqini, habelə əməyin mühafizəsi haqqında qanunvericiliyə zidd olan işləri və 
işəgötürən   tərəfindən   qəbul   edilmiş   qərarların   fəaliyyətinin   dayandırılması   barədə   əmək 
qanunvericiliyinə   əməl   olunmasına   dövlət   nəzarətini   həyata   keçirən   orqan  
[Azərbaycan 
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə