Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

Maddə 243. Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə keçirilməsi 
1. Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar 
zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.
2. Yaş yarımına çatmamış uşağı olan qadınlar əmək funksiyasını yerinə yetirməklə yanaşı, uşağını 
yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş 
yarımına çatanadək başqa yüngül işə keçirməli və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin 
yaradılmasını təmin etməlidir.
3.   Qadınlar   bu   maddədə   nəzərdə   tutulmuş   hallarda   başqa   yüngül   işə   keçirilərkən   onların   əsas 
vəzifələri üzrə orta əmək haqqı saxlanılır.
4. Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək haqqının azaldılması 
qadağandır.
Maddə 244. Uşağın yedizdirilməsi üçün fasilələr 
1. Yaş yarımına  çatmamış  uşağı  olan qadınlara  iş vaxtı  ərzində  istirahət  və  yemək üçün  verilən 
ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. 
Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış 
iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir.
2. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır.
3.   Qadının   istəyi   ilə   uşağın   yedizdirilməsi   üçün   fasilələr   cəmlənərək   nahar   və   istirahət   vaxtına 
birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın 
uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun 
iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.
Maddə 245. Qadınlar üçün natamam iş vaxtı müəyyən edilən hallar və həkim müayinəsi zamanı əmək 
haqqının saxlanılması 
1. Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy 
əsasında   xəstə   ailə   üzvünə   qulluq   edən   qadınların   xahişi   ilə   işəgötürən   onlara   işlənmiş   vaxta 
mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu 
halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.
2. Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində 
dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək 
haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait 
yaratmalıdır. (
44
)
Maddə 246. Uşaqlarını anasız böyüdən işçilər üçün təminatlar 
Məcəllənin bu fəslində azyaşlı uşaqları olan qadınlar üçün müəyyən edilmiş hüquqlar üzrə bütün 
təminatlar uşaqlarını müəyyən səbəbdən (uşaqların anası öldükdə, valideynlik hüququndan məhrum 
edildikdə, müəyyən müddət müalicə müəssisələrində və azadlıqdan məhrumetmə yerlərində olduqda) 
anasız təkbaşına böyüdən atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına şamil edilir.
Otuz səkkizinci fəsil. Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin 
xüsusiyyətləri


Maddə 247. Yaşı 18-dən az olan işçilərin əmək hüququ və onun xüsusiyyətləri 
1. Əmək, peşə vərdişlərinin və əmək stajının az olması və fizioloji vəziyyəti ilə bağlı olan amillər 
nəzərə   alınaraq   bu   Məcəllə   ilə   yaşı   18-dən   az   olan   işçilərin   əməyindən   istifadə   olunmasının 
xüsusiyyətləri və onlar üçün müvafiq təminatlar nəzərdə tutulur.
2. İşəgötürən tərəfindən bu Məcəllə ilə yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara 
əməl olunması məcburidir.
3. Yaşı 18-dən az olan işçilərlə əmək müqaviləsi bağlayarkən onların əmək və peşə vərdişlərinin 
artırılması   üçün   işəgötürən   tərəfindən   təmin   edilməli   olan   əlavə   şərtlər,   öhdəliklər   nəzərdə 
tutulmalıdır.  Yaşı   18-dən   az   olan   işçilərin   iş   günü   ərzində   peşə   hazırlığına   sərf  etdikləri   vaxt 
işəgötürənin razılığı ilə iş vaxtı kimi nəzərə alınır. (
21

55
)
Maddə 248. Yaşı 18-dən az olan şəxslərin işə düzəlməsində təminatları 
Yaşı   18-dən   az   olan   şəxslərin   azyaşlı   olduğuna   və   ya   əmək   vərdişlərinin,   yaxud   peşəkarlıq 
səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz.
Maddə 249. İşə qəbul zamanı yol verilən yaş həddi 
1. Yaşı 15-dən az olan şəxslərin, bir qayda olaraq, işə qəbul edilməsinə yol verilmir.
2. Gəncləri istehsalata hazırlamaq üçün orta ümumtəhsil məktəblərinin, peşə məktəblərinin, litseylərin 
və orta ixtisas tədris müəssisələrinin 14 yaşına çatmış şagirdlərinin istehsalat təlim i keçirilməsi üçün 
dərsdən   asudə   vaxtda   onların   səhhətinə   ziyan   yetirməyən   yüngül   işlər   yerinə   yetirməklə, 
valideynlərin, yaxud onları əvəz edən şəxslərin razılığı ilə işə qəbul edilməsinə yol verilir. (
53
)
Maddə 250. Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər 
Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, 
habelə   əxlaqi   kamilliyinin   inkişafına   mənfi   təsir   göstərən   amilli   gecə   klublarında,   barlarında, 
kazinolarda,   o   cümlədən   spirtli   içkilərin,  narkotik   vasitələrin  və   toksik   preparatların   istehsalı, 
daşınması, satışı və saxlanılması işlərində,  həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və 
onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə  yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq 
edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az  
olan   şəxslərin   bu   təhsilini   tam   həcmdə   almaq   imkanından   məhrum   edə   bilən   işlərə   götürülməsi  
qadağandır. (
21

38
)
Maddə 251. Yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət qoyulan işlər 
1. Yaşı 18-dən az olan  işçilərin  bu maddə ilə  müəyyən  edilmiş  normalardan  artıq ağır əşyaların 
qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.
2.  16   yaşından   18  yaşadək   olan   işçilərin   əmək   funksiyasına   yalnız   aşağıdakı   normalar   həddində 
ümumi çəkisi olan ağır əşyaların əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin 
göstərilməsi) daxil edilə bilər:
a) kişilərin başqa işləri görməklə yanaşı, eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox 
olmayan   əşyaların   əl   ilə   qaldırılaraq   başqa   yerə   daşınması,   habelə   ümumi   çəkisi   10 
kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq olmayan hündürlüyə qaldırılması;


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə