tələblərinə uyğunlaşdırılanadək qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə
əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan
[Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Dövlət Əmək Müfəttişliyinin vasitəsi ilə)]
tərəfindən
dayandırılmalıdır. Belə hallarda işçilərin əmək haqqı bu Məcəllənin 169-cu maddəsi ilə müəyyən
edilmiş qaydada ödənilir.
Maddə 219. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin təlimi
1. Dövlət müvafiq
təhsil müəssisələrində ölkədə mövcud istehsalat xüsusiyyətlərini nəzərə almaqla
əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təmin edir.
2. İşəgötürənlər həmkarlar ittifaqları təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi üzrə işçilərin təlimi
və
əlavə təhsili sistemini təşkil etməli və qanunvericiliyə müvafiq həyata keçirməlidirlər.
3. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi
üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır.
4. İşçilərin təlim inin və
əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə
tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlim
atlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən
zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir.
5. Zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək təhlükə mənbəyi olan
maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə götürülən işçilərin qabaqcadan əməyin
mühafizəsi üzrə təlim atlandırılması keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol
verilmir. İşəgötürən bu təlim atlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu
aparmağa borcludur. (
58
)
Maddə 220. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi
1. Məqsəd və təyinatından asılı olaraq əməyin mühafizəsi dövlət büdcəsindən və müəssisənin gəliri
hesabına maliyyələşdirilir.
2. Dövlət büdcəsində və yerli büdcələrdə əməyin mühafizəsi üçün ayrıca sətirlə ayrılmış büdcə
təxsisatından əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin maliyyələşdirilməsi, məqsədli dövlət və
regional proqramlarının hazırlanması və yerinə yetirilməsi üçün istifadə olunur.
3. İşəgötürən və ya müəssisənin mülkiyyətçisi hər il əmək şəraitindən və əməyin təhlükəsizliyi
vəziyyətindən, zədələnmələrin və xəstələnmələrin səviyyəsindən asılı olaraq əməyin mühafizəsi üzrə
tədbirlərin keçirilməsi üçün lazımi maliyyə vəsaiti və material ayırır. Bu vəsaitlərin başqa məqsədlərə
sərf edilməsi qadağandır.
4. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə
müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin
məbləğinin iki faizindən az olmamalıdır.
5. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər. (
8
)
Maddə 221. Əməyin mühafizəsi fondu
1. Dövlət və müəssisələr səviyyəsində əməyin mühafizəsi
fondu yaradıla bilər. Dövlət Əməyin
Mühafizəsi Fondu müvafiq icra hakimiyyəti orqanı orqanı
[Azərbaycan Respublikasının Nazirlər