Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə44/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

ilə)]
 qarşısında məsələ qaldırsın.
5. Həmkarlar  ittifaqları  bu Məcəllə  ilə,  habelə digər normativ  hüquqi aktlarla  müəyyən olunmuş 
əməyin mühafizəsi normalarına və qaydalarına nəzarəti onların nəzdində fəaliyyət göstərən müvafiq 
əmək   müfəttişliyi   vasitəsiilə   həyata   keçirir.   Bu   müfəttişliyin   hüquqları   və   vəzifələri   Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Maddə 238. Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsinə görə işəgötürənlərin 
məsuliyyəti 
İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv 
müqavilələrdə   nəzərdə   tutulan   tədbirlər   yerinə   yetirilmədikdə   qanunvericilikdə   nəzərdə   tutulmuş 
hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir.
Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə 
görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət 
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan 
işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində 
dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona pensiya, müavinətlər verilməsi ilə 
əlaqədar  sosial sığorta orqanları tərəfindən  çəkilən xərclərin,  eləcə də Azərbaycan Respublikasının  
Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2.   İşəgötürənin   təqsiri   üzündən   baş   vermiş   istehsalat   qəzası   və   yaxud   peşə   xəstəliyi   nəticəsində 
sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində 
olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər 
ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən 
həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra 
hakimiyyəti   orqanı  
[Azərbaycan   Respublikasının   Nazirlər   Kabineti]
  tərəfindən   təsdiq   olunmuş 
qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən 
ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada  
işəgötürən   tərəfindən   istehsalatda   bədbəxt   hadisələr   və   peşə   xəstəlikləri   nəticəsində   peşə   əmək  
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. (
9

36

46

56
)
X bölmə. Qadınların, yaşı 18-dən az olan işçilərin və aqrar 
sahədə əmək münasibətlərinin tənzimlənməsi xüsusiyyətləri
Otuz yeddinci fəsil. Qadınların əmək hüququ və onun həyata keçirilməsində 
təminatları
Maddə 240. Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanmasının 
xüsusiyyətləri 
1.   Hamilə   və   ya   3   yaşına   çatmamış   uşağın   olması   səbəbinə   görə   qadınla   əmək   müqaviləsinin 
bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, 


habelə   qadın  əməyindən   istifadə  olunmasına  yol   verilməyən  iş  yerlərinə   işə  götürməkdən  imtina 
olunan hallara şamil olunmur.
2. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi 
bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini 
tələb etmək hüququna malikdir. Əmək müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə 
qadın hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
Maddə 241. Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər 
1. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı 
işlərdə qadın əməyinin tətbiqi qadağandır.
2. Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi 
xidmətlər   göstərən,   habelə   fiziki   işlər   görmədən   yeraltı   iş   yerlərinə   düşüb   -   qalxmaqla   ayrı-ayrı 
vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.
3. Qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir 
yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.
4. Qadınların əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır şeylərin 
əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər:
a) başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan 
əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;
b)   ümumi   çəkisi   10   kiloqramdan   çox   olmayan   əşyanın   bir   metr   yarımdan   artıq   olmayan 
hündürlüyə qaldırılması;
c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox 
olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;
ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət 
edən digər vasitələrlə əşyaların daşınması.
5. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş işlərin görülməsinə cəlb 
olunması qadağandır.
6. Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin 
(vəzifələrin),   habelə   yeraltı   işlərin   siyahısı   müvafiq   icra   hakimiyyəti   orqanı  
[Azərbaycan 
Respublikasının Nazirlər Kabineti]
 tərəfindən təsdiq edilir.
Maddə 242. Qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb 
olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması 
1. Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq 
işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların 
ezamiyyətə göndərilməsinə yol verilmir.
2. 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş 
vaxtından   artıq   işlərə,   istirahət,   bayram   və   iş   günü   hesab   olunmayan   digər   günlərdə   işə   cəlb 
edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir. (
39

44
)


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə