Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   9   10   11   12   13   14   15   16   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 


IV. XİDMƏTİN HÜQUQLARI
 
9. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində normativ 
hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
9.2. Xidmətin bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun struktur bölmələrini 
yaratmaq, yenidən təşkil etmək və ya ləğv etmək barədə Nazirliyə təkliflər vermək;
9.3. fövqəladə hallar və terror təhlükələri zamanı və ya belə hallar baş verdikdə, strateji əhəmiyyətli 
müəssisələrin, qurğuların və digər obyektlərin mühafizəsinin təmin edilməsində iştirak etmək;
9.4. sərəncamında olan maliyyə vəsaitlərini qanunvericiliklə müəyyən olunmuş qaydada idarə etmək;
9.5. qanunvericiliklə müəyyən edilmiş qaydada öz ehtiyacları üçün silah, sursat, rabitə vasitələri, 
xüsusi texnika və digər texniki vasitələrin alınması barədə Nazirliyə təkliflər vermək, onların 
saxlanılmasını və mühafizəsini təmin etmək;
9.6. Xidmətin hərbi qulluqçularına qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah və xüsusi 
vasitələr vermək;
9.7. Xidmətin səlahiyyətlərinə aid edilən məsələlər barədə lazım olan məlumatları və sənədləri əldə 
etmək üçün strateji obyektlərin rəhbərlərinə, eyni zamanda icra hakimiyyəti və yerli özünüidarəetmə 
orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) tələb 
etmək;
9.8. Xidmətin hərbi qulluqçularının, mülki işçilərinin, pensiyaçılarının, onların ailə üzvlərinin 
sağlamlığının qorunması istiqamətində kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər 
sosial müdafiə tədbirlərinin həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək;
9.9. öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq orqanları 
(qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
9.10. xüsusi siqnallar və rabitə vasitələri ilə təchiz edilmiş, tanınma nişanı və rəngi olan xüsusi 
nəqliyyat vasitələrinə malik olmaq;
9.11. Xidmətin fəaliyyət dairəsinə uyğun sahələr üzrə mütəxəssislərin hazırlanması və kadrların
əlavə 
təhsili işini təşkil etmək;
9.12. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər 
hüquqları həyata keçirmək.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə