Maddə 275. Girov və ya ipoteka hüququna xitam verilməsi
Girov və ya ipoteka hüququna onların təmin etdiyi tələb ləğv olunduqda xitam verilir.
(
12
)
§ 2. Girov
Maddə 276. Girov predmeti
276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və
kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya
sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt
olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və
tələblər girov predmeti ola bilər.
276.2. Bölünməz əşyalar hissə-hissə girov qoyula bilməz.
276.3. Əşyanın mülkiyyətçisinin razılığı olmadan icarə hüququnun girov qoyulmasına
yol verilmir.
276.4. Azərbaycan Respublikasının dövlətə məxsus aktivləri, onun beynəlxalq ehtiyatları
və gələcəkdə yarana biləcək aktivləri dövlət borcu və ya dövlət tərəfindən zəmanət
verilmiş borc üzrə öhdəliklərinin yerinə yetirilməsinin təminatı məqsədilə girov qoyula
bilməz. (
31
)
Maddə 277. Ümumi mülkiyyətdə olan əşyanın girov qoyulması
277.1. Ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı
olduqda girov qoyula bilər.
277.2. Ümumi paylı mülkiyyətin mülkiyyətçilərindən hər hansı biri ümumi əşyaya
hüquqdakı payını digər mülkiyyətçilərin razılığı olmadan girov qoya bilər. Girov
saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o satıldıqda bu Məcəllənin satın
almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.
Maddə 278. Girov hüququnun şamil edildiyi əşya
Girov saxlayanın girov predmeti olan əşyaya hüququ (girov hüququ), əgər müqavilədə
ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına da şamil edilir. Girov qoyulmuş
əmlakdan istifadə nəticəsində əldə edilmiş bəhərə, məhsula və gəlirə girov hüququ
müqavilədə nəzərdə tutulduğu hallarda şamil edilir.
Maddə 279. Girovla təmin edilən tələb
Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik
təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə
pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov
qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və
tutma xərcləri daxildir.
Maddə 280. Girov müqaviləsi
280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır.
280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun
predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti
göstərilməlidir.
280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında
təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır.
280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına
səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.
Maddə 281. Girov hüququnun əmələ gəlməsi
281.1. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət
qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir.
281.2. Əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ
girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikdə
isə onun bağlandığı an əmələ gəlir.
Maddə 282. Sonrakı girov
282.1. Girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər.
282.2. Sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol
verilir.
282.3. Sonrakı girov zamanı sonrakı girov saxlayanın tələbləri əvvəlki girov saxlayanın
tələbləri ödənildikdən sonra girov predmetinin dəyərindən ödənilir.
Maddə 283. Girov qoyulmuş əmlakın saxlanması və salamatlığı
283.1. Girov qoyulmuş əşyanın kimdə olmasından asılı olaraq girov qoyan və ya girov
saxlayan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa:
283.1.1. girov qoyulmuş əşyanı itirilmə və zədələnmə risklərindən onun tam
dəyərində, əşyanın tam dəyəri girovla təmin edilən tələbin ölçüsündən artıqdırsa,
tələbin ölçüsündən az olmayan məbləğdə sığorta etdirməlidir;
283.1.2. girov qoyulmuş əşyanın salamatlığının təmin edilməsi, o cümlədən
üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi üçün tədbirlər
görməlidir;
283.1.3. girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsi
yarandıqda digər tərəfi dərhal xəbərdar etməlidir.
283.2. Girov saxlayan və girov qoyan digər tərəfdə olan girov qoyulmuş əşyanın
mövcudluğunu, miqdarını, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik
surətdə yoxlaya bilərlər.
283.3. Girov saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əşyanın
itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl
xitam verilməsini tələb edə bilər.
Maddə 284. Girov predmetindən istifadə və ona dair sərəncam verilməsi
284.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan girov
predmetindən onun təyinatına uyğun istifadə edə bilər, o cümlədən ondan bəhər və gəlir
götürə bilər.
284.2. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov
saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və
ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov
qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma
əhəmiyyətsizdir.
284.3. Girov saxlayan ona verilmiş girov predmetindən yalnız müqavilədə nəzərdə
tutulan hallarda istifadə edə bilər. Girov qoyanın tələbi ilə o, istifadə haqqında hesabat
verməlidir. Müqaviləyə əsasən girov saxlayanın üzərinə əsas öhdəliyin ödənilməsi
məqsədi ilə və ya girov qoyanın mənafeləri üçün girov predmetindən bəhər və gəlir
götürmək vəzifəsi qoyula bilər.
Maddə 285. Girov qoyulmuş əşyanın məhv olmasının, itirilməsinin və ya zədələnməsinin
nəticələri
285.1. Əgər girov müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyulmuş
əşyanın təsadüfən məhv olması, itirilməsi və ya təsadüfən zədələnməsi riski girov
qoyanın üzərinə düşür.
285.2. Girov saxlayan ona verilmiş girov predmetinin tamamilə və ya qismən məhv
olması, itirilməsi və ya zədələnməsi üçün, əgər bu Məcəllənin 455-ci maddəsinə uyğun
olaraq məsuliyyətdən azad edilə biləcəyini sübuta yetirməsə, məsuliyyət daşıyır.
285.3. Girov saxlayan girov predmetinin ona verildiyi zaman hansı məbləğdə
qiymətləndirildiyindən asılı olmayaraq girov predmetinin itirilməsinə görə onun həqiqi
Dostları ilə paylaş: |