Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə57/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   53   54   55   56   57   58   59   60   ...   190

261.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz 

əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə 

üçün haqq tələb edə bilər. 

261.2. Haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda 

isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. 

Maddə 262. Servituta xitam verilməsi 

262.1. Yüklü olan və ya ixtiyarı verilmiş daşınmaz əşya tamamilə məhv olarkən hər cür 

servituta xitam verilir. 

262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan 

qalxdığına görə xitam verilə bilər. 

262.3. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində 

öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini 

məhkəmə yolu ilə tələb edə bilər. 

262.4. Servituta xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməlidir. 

262.5. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisi yüklü olan daşınmaz 

əşyanın mülkiyyətçisi olursa, o, servituta xitam verə bilər. Xitam verilənədək servitut 

əşya hüququ kimi saxlanılır. 

262.6. Əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, 

yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Əgər 

ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisinin hələ də marağı varsa, lakin bu marağı 

yüklülüyə nisbətən cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən və ya 

tamamilə əvəz edilə bilər. 

II. Uzufrukt 

Maddə 263. Uzufrukt anlayışı 

263.1. Uzufrukt əşyanın və ya hüquqların elə yüklülüyüdür ki, bu zaman xeyrinə 

yüklülük müəyyənləşdirilən şəxs (uzufruktuar) onlardan istifadə etmək və fayda 

götürmək hüququna malikdir, lakin mülkiyyətçidən fərqli olaraq bu əşyanı və hüquqları 

girov qoymaq, özgəninkiləşdirmək və ya vərəsəlik üzrə vermək hüququna malik deyildir. 

Uzufrukt ayrı-ayrı faydaların istisna edilməsi ilə məhdudlaşdırıla bilər. 

263.2. Uzufrukt pullu və pulsuz ola bilər. 

263.3. Uzufrukt müvəqqəti və ya uzufruktuarın bütün ömrü boyu mövcud ola bilər. 



Maddə 264. Uzufruktun verilməsi şərtləri 


Uzufruktun verilməsi üçün daşınar əşyalar və ya hüquqlar ilə bağlı halda onların 

uzufruktuara keçməsi, daşınmaz əşyalarla bağlı halda isə onların daşınmaz əmlakın 

dövlət reyestrində qeydə alınması zəruridir. Uzufrukt verilərkən mülkiyyət hüququ 

haqqında müddəalar qüvvədə olur. Uzufruktun verilməsi bunu nəzərdə tutur ki, onun 

tərkib hissələri müəyyənləşdirilə biləndir. 

Maddə 265. Uzufruktuarın hüquq və vəzifələri 

265.1. Uzufruktdan əvvəl mülkiyyətçi və uzufruktuar uzufrukt üzrə verilən obyektlərin 

vəziyyətini təsvir edə bilərlər. 

265.2. Mülkiyyətçinin razılığı olmadan uzufruktuar istifadə məqsədini dəyişdirə bilməz. 

265.3. Uzufruktuarın ixtiyarı var ki, əşyadan onun adi təsərrüfat tətbiqi nəticəsində əldə 

edilməmiş bəhəri və faydanı da əldə etsin. Bu halda o, belə tətbiq nəticəsində əşyaya 

dəymiş ziyanın əvəzini mülkiyyətçiyə ödəməyə borcludur. 

265.4. Əgər uzufruktuar etməyə borclu olmadığı xərclər çəkmişsə və ya yeniliklər tətbiq 

etmişsə, qaytarma zamanı tapşırıqsız idarəçi kimi onlar üçün kompensasiya tələb edə 

bilər. Əgər onun yaratdığı qurğular üçün mülkiyyətçi kompensasiya vermək niyyətində 

deyildirsə, o həmin qurğuları geri götürə bilər, lakin əşyanın əvvəlki vəziyyətini bərpa 

etməyə borcludur. 

265.5. Uzufruktuar əşyaya sahiblik, ondan istifadə və əşyadan fayda götürmək hüququna 

malikdir. O, əşyanın idarə olunmasını təmin edir. Öz hüququnu həyata keçirərkən o, 

vicdanlı təsərrüfatçılıq qaydalarına uyğun hərəkət etməlidir. Uzufruktuar əşyanın normal 

aşınması üçün məsuliyyət daşımır. O, cari xərcləri ödəməyə, əşyanı təmir etməyə, habelə 

ona normal təsərrüfat qulluğunun qayğısına qalmağa borcludur. 

265.6. Mülkiyyətçinin əşyanın dəyişdirilməsi və ya dəyərinin azaldılması nəticəsində 

kompensasiya iddiaları, habelə uzufruktuarın xərclər üçün kompensasiya və ya qurğuların 

geri götürülməsi iddiaları əşyanın qaytarılmasından bir il sonra müddətin keçməsinə görə 

qüvvədən düşür. 

265.7. Bəhərlər uzufruktuarın ixtiyarlı olduğu dövrdə təsərrüfatın lazımınca aparılması 

çərçivəsində yetişdirilmişsə, uzufruktuara mənsubdur. 

265.8. Uzufrukt obyektləri üzrə haqq və digər vaxtaşırı xidmətlər, hətta onların icra 

müddəti istifadə hüququna xitam verildikdən sonra çatdıqda belə, uzufruktuarın 

hüququnun başlandığı gündən hüququna xitam verildiyi anadək ona mənsubdur. 

265.9. Əgər uzufrukt yalnız müəyyən şəxsə verilməyibsə, uzufruktuar onu həyata 

keçirilmək üçün başqa şəxsə verə bilər. Bu şəxs barəsində mülkiyyətçi öz hüquqlarını 

bilavasitə həyata keçirir. 



265.10. Uzufruktuar uzufruktun mövcud olduğu bütün dövr üçün əşyanı müvafiq surətdə 

sığorta etdirməyə borcludur. Uzufruktun qüvvədə olduğu müddətdə uzufruktuar artıq 

sığortalanmış əşya üzrə sığorta haqqı ödəməlidir. 

265.11. Əgər əşya və ya onun bir hissəsi məhv olarsa, zədələnərsə və ya onun saxlanması 

üçün gözlənilməz xərclər lazım gələrsə, uzufruktuar bunu ləngimədən mülkiyyətçiyə 

bildirməlidir. O, mənfi nəticələri aradan qaldırmaq üçün mülkiyyətçinin həyata keçirdiyi 

tədbirlərə və hərəkətlərə dözməlidir. Mülkiyyətçi müvafiq tədbirləri görməyə borclu 

deyildir. Əgər bu tədbirləri uzufruktuar özü həyata keçirirsə, uzufrukt qurtardıqda o 

həmin tədbirlər və hərəkətlər nəticəsində əşyaya əlavə etdiyi predmetləri ayıra bilər və ya 

bunun üçün mülkiyyətçidən müvafiq kompensasiya tələb edə bilər. 

265.12. Əgər uzufruktuar normal təsərrüfat fəaliyyəti daxilində ayrı-ayrı predmetləri 

özgəninkiləşdirərsə, özgəninkiləşdirilən predmetlərin yerini onun əldə etdiyi predmetlər 

tutmalıdır. 

265.13. Uzufruktuar əşyanın məhv olması və dəyərinin azalması üçün, əgər zərərin onun 

təqsiri üzündən baş vermədiyini sübuta yetirməzsə, məsuliyyət daşıyır. O, istifadəyə daxil 

olmamış və işlədilmiş predmetlərin əvəzini verməlidir. O, əşyadan düzgün istifadə ilə 

əlaqədar predmetlərin dəyərinin azalmasının əvəzini ödəməyə borclu deyildir. 

265.14. Daşınmaz əşyanın uzufruktuarı göz qoymalıdır ki, daşınmaz əşyadan həddən 

artıq istifadə edilməsin. Bu həddən artıq əldə edilmiş bəhərlər mülkiyyətçiyə mənsubdur. 

265.15. Uzufruktuara torpaq sahəsinin təsərrüfat təyinatında mülkiyyətçi üçün mühüm 

zərərə səbəb ola biləcək hər hansı dəyişikliklər etməyə icazə verilmir. O, torpaq sahəsini 

əhəmiyyətli dərəcədə dəyişdirə bilməz. 

265.16. Əgər ayrı qayda müəyyənləşdirilməyibsə, uzufruktuar işlətdiyi əşyalara 

mülkiyyət hüququ əldə edir, lakin istifadə hüququ qüvvəyə minənədək onların mövcud 

olmuş dəyərinin əvəzini ödəməyə borcludur. 

Maddə 266. Uzufruktla yüklü edilmiş əşyanın mülkiyyətçisinin hüquq və vəzifələri 

266.1. Mülkiyyətçi əşyadan hər bir qanunsuz istifadəyə və ya təyinatından kənar 

istifadəyə etiraz edə bilər. Əgər uzufruktuar etiraza məhəl qoymursa, mülkiyyətçi 

vurulmuş ziyanın əvəzinin ödənilməsini və ya uzufrukta xitam verilməsini məhkəmə 

qaydasında tələb edə bilər. 

266.2. Mülkiyyətçi əşyasının və ya hüquqlarının təhlükədə olduğunu sübuta yetirərsə, 

uzufruktuardan girov tələb edə bilər. Əgər uzufruktun predmeti istehlak edilən əşyalardan 

və ya qiymətli kağızlardan ibarətdirsə, o, qarantiyanı sübut gətirmədən və əşya 

verilənədək tələb edə bilər. Qiymətli kağızlarla bağlı halda onların depozitə qoyulması 

yetərli qarantiyadır. Qarantiya alınması üçün iddia istifadə hüququnu saxlamaqla 

predmeti mülkiyyətçiyə bağışlamış şəxs barəsində irəli sürülə bilməz. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə