|
Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli
246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda,
torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra «
Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında
» Azərbaycan Respublikası Qanununun V
fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə
köçməkdə köməklik göstərir.
246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün
alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə
alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər,
qurğular və bu kimi digər obyektlər) da şamil edilir.
246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın
obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz.
246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya
məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında
yaranan digər münasibətlər «
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında
»
Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. (
7
,
23
,
26
,
46
)
Maddə 247. Torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə
məruz qalan şəxslərə verilən kompensasiya
247.1. «
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında
» Azərbaycan
Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği
aşağıdakı üsullarla hesablanır:
247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi;
247.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi
üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud
torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə,
yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən
edilməsi.
247.2. «
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında
» Azərbaycan
Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla
bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır:
247.2.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki,
torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə
bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları,
dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları
zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək
malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa
edilsin;
247.2.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya;
247.2.3. torpağın (tikilinin) «
Torpaqların dövlət ehtiyacları üçün alınması
haqqında
» Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar
qiyməti;
247.2.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin
alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan)
torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər;
247.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi
nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi
gəlirinə dəyən və ya dəyə biləcək zərər;
247.2.6. alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata
keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli
gələn bütün xərclər və itkilər.
247.3. «
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında
» Azərbaycan
Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınan torpağa veriləcək
kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınmır:
247.3.1. alınmaya səbəb olan təcililiyin dərəcəsi;
247.3.2. alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun
qaçırması;
247.3.3. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin azalması;
247.3.4. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin artması;
247.3.5. alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün
zəruri olan yenidən qurulmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda
məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla,
«
Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında
» Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan
torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər.
247.4. Dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı
formalarda ödənilir:
247.4.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal
potensialına malik olan torpaq sahəsi;
247.4.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə,
ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili;
Dostları ilə paylaş: |
|
|