Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə53/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   49   50   51   52   53   54   55   56   ...   190

246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, 

torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra «

Torpaqların dövlət 

ehtiyacları üçün alınması haqqında

» Azərbaycan Respublikası Qanununun V 

fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə 

köçməkdə köməklik göstərir. 

246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün 

alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə 

alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, 

qurğular və bu kimi digər obyektlər) da şamil edilir. 

246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın 

obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. 

246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya 

məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında 

yaranan digər münasibətlər «

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında

» 

Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. (

7



23

26



46



Maddə 247. Torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə 

məruz qalan şəxslərə verilən kompensasiya 

247.1. «

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan 

Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği 

aşağıdakı üsullarla hesablanır: 

247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi; 

247.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi 

üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud 

torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə

yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən 

edilməsi. 

247.2. «

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan 

Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla 

bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır: 

247.2.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, 

torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə 

bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, 

dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları 

zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək 

malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa 

edilsin; 


247.2.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya; 

247.2.3. torpağın (tikilinin) «

Torpaqların dövlət ehtiyacları üçün alınması 

haqqında

» Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar 

qiyməti; 

247.2.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin 

alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) 

torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər; 

247.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi 

nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi 

gəlirinə dəyən və ya dəyə biləcək zərər; 

247.2.6. alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata 

keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli 

gələn bütün xərclər və itkilər. 

247.3. «

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan 

Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınan torpağa veriləcək 

kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınmır: 

247.3.1. alınmaya səbəb olan təcililiyin dərəcəsi; 

247.3.2. alınmanın təsirinə məruz qalan şəxsin torpaqdan çıxmaqdan boyun 

qaçırması; 

247.3.3. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin azalması; 

247.3.4. torpağın gələcəkdə istifadəsindən irəli gələ biləcək qiymətinin artması; 

247.3.5. alınan torpaqda hər hansı tikilinin lazımi vəziyyətdə saxlanılması üçün 

zəruri olan yenidən qurulmasına və kənd təsərrüfatı məqsədləri üçün torpaqda 

məhsulun davamlı becərilməsinə vəsait qoyuluşu halları istisna olmaqla, 

«

Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında

» Azərbaycan 

Respublikasının Qanununa uyğun olaraq siyahıya alınma tarixindən sonra alınan 

torpağa sərf edilən yenidənqurma və digər əlavələrlə bağlı xərclər. 

247.4. Dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı 

formalarda ödənilir: 

247.4.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal 

potensialına malik olan torpaq sahəsi

247.4.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, 

ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili; 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə