Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə2/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   2   3   4   5   6   7   8   9   ...   190

7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə

mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. 



Maddə 8. Mülki qanunvericiliyin məkana görə qüvvəsi 

8.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının istisnasız olaraq bütün ərazisində 

qüvvədədir. 

8.2. Mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün 

ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 

Maddə 9. Mülki qanunvericiliyin şəxslərə görə qüvvəsi 

9.1. Mülki qanunvericilik Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən 

bütün fiziki və hüquqi şəxslər üçün qüvvədədir. 

9.2. Mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, əgər qanunda ayrı hal nəzərdə 

tutulmayıbsa, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin 

iştirak etdiyi münasibətlərə də tətbiq olunur. 

9.3. Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya 

nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. 



Maddə 10. İşgüzar adətlər 

10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, 

qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-

edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 

10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. 

Maddə 11. Mülki qanunvericiliyin analogiya üzrə tətbiqi 

11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə 

birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin 

münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri 

tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 

11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin 

hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir 

(hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat 

tələbləri nəzərə alınmalıdır. 

11.3. Mülki hüquqları məhdudlaşdıran və ya məsuliyyət müəyyənləşdirən mülki 

qanunvericilik normalarının analogiya üzrə tətbiqinə yol verilmir. 



11.4. Xüsusi münasibətləri tənzimləyən mülki qanunvericilik müddəaları (istisna 

normaları) analogiya üzrə tətbiq edilməməlidir. 

11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun 

qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. 

(

12



Maddə 12. Mülki hüquqların siyasi hüquqlardan asılı olmaması 

12.1. Mülki hüquqların həyata keçirilməsi 

Azərbaycan Respublikasının Konstitusiyası

 və 


ya qanunları ilə müəyyənləşdirilmiş siyasi hüquqlardan asılı deyildir. 

12.2. Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış 

hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər. 

Maddə 13. Sahibkarlıq fəaliyyəti 

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi 

əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər 

göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. (

12



2-ci f



ə

sil. Mülki hüquq v

ə

 v

ə

zif

ə

l

ə

r, onlar

ın müdafiə

si 

Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 

14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, 

habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki 

qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən 

əmələ gəlir. 

14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 

14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə 

qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa 

əqdlər. 

14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə 

mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş 

aktları. 

14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 

14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 

14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər 

nəticələrinin yaradılması. 




14.2.6. Başqa şəxsə zərər vurulması. 

14.2.7. Əsassız varlanma. 

14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 

14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı 

hadisə. 

14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə 



tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan 

əmələ gəlir. (

12



Maddə 15. Mülki hüquqların həyata keçirilməsi 



15.1. Fiziki və hüquqi şəxslər özlərinə mənsub mülki hüquqları, o cümlədən onları 

müdafiə etmək hüququnu öz istədikləri kimi həyata keçirirlər. 

15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi

qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə 

səbəb olmur. (

12



Maddə 16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 

16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə 

həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə 

yol verilmir. 

16.2. Mülki hüquqlardan rəqabəti məhdudlaşdırmaq məqsədi ilə istifadə edilməsinə, 

habelə bazarda hakim mövqedən sui-istifadə olunmasına yol verilmir. (

12



Maddə 17. Mülki hüquqların müdafiəsi 



17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, 

ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara 

hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 

17.2. Mülki hüquqların məhkəmə müdafiəsini 

Azərbaycan Respublikası Mülki Prosessual 

Məcəlləsinin

 müəyyənləşdirdiyi iş aidiyyətinə uyğun olaraq ümumi yurisdiksiya 

məhkəmələri və iqtisadi məhkəmələr həyata keçirirlər. Müqavilədə tərəflər arasındakı 

mübahisənin məhkəməyə müraciət edilənədək nizama salınması nəzərdə tutula bilər. 

17.3. Mülki hüquqların inzibati qaydada müdafiəsi yalnız qanunvericilikdə nəzərdə 

tutulmuş hallarda həyata keçirilir. İnzibati qaydada qəbul edilmiş qərardan məhkəməyə 

şikayət verilə bilər. (

12




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə