Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə9/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   5   6   7   8   9   10   11   12   ...   190

56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil 

edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər 

birinə keçir. 

56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-

hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri 

təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 



Maddə 57. Təhvil aktı və bölünmə balansı 

57.1. Təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün 

kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə 

etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. 

57.2. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul 

etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş 

orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin 

dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində 

dəyişikliklər edilməsi üçün təqdim olunur. 

57.3. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, 

habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi 

haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına 

almaqdan imtina edilməsinə səbəb olur. 

Maddə 58. Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının hüquqları üçün 

təminatlar 

58.1. Hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri 

(iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 

55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən 

təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. 

58.2. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil 

edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından 

əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. 

58.3. Əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini 

müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş 

hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. 

Maddə 59. Hüquqi şəxsin ləğvi 

59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq 

varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. 



59.2. Hüquqi şəxs aşağıdakı hallarda ləğv edilə bilər: 

59.2.1. onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə 

vəkil edilmiş orqanının qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün 

nəzərdə tutulan müddətin qurtarması və ya yaradılması zamanı qarşıya qoyulan 

məqsədin əldə edilməsi ilə əlaqədar olaraq

59.2.2. hüquqi şəxsin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları 

ilə əlaqədar onun qeydiyyatının məhkəmə tərəfindən etibarsız sayıldığı halda; 

59.2.3. lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla qadağan 

edilmiş fəaliyyət həyata keçirildikdə və ya qanunvericilik digər şəkildə dəfələrlə 

və ya kobudcasına pozulduqda və ya ictimai birlik və ya fond onun nizamnamə 

məqsədlərinə zidd fəaliyyətlə müntəzəm məşğul olduqda, habelə bu Məcəllədə 

nəzərdə tutulan başqa hallarda məhkəmənin qərarı ilə. 

59.3. Bu Məcəllənin 59.2-ci maddəsində göstərilən əsaslar üzrə hüquqi şəxsin ləğv 

edilməsi tələbini məhkəməyə qanunla bu cür tələb irəli sürmək hüququ verilmiş dövlət 

orqanı və ya yerli özünüidarə orqanı irəli sürə bilər. Hüquqi şəxsin ləğv edilməsi 

haqqında məhkəmənin qərarı ilə onun təsisçilərinə (iştirakçılarına) və ya hüquqi şəxsin 

nizamnaməsi ilə onun ləğvi üçün vəkil edilmiş orqana hüquqi şəxsin ləğvini həyata 

keçirmək vəzifələri həvalə edilə bilər. 

59.4. Hüquqi şəxs müflis olma nəticəsində də ləğv edilir. 

59.5. Əgər ləğv edilən hüquqi şəxsin əmlakının dəyəri kreditorların tələblərinin 

ödənilməsi üçün yetərli deyildirsə, o yalnız müflis olma nəticəsində ləğv edilə bilər. 

Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş şəxsin vəzifələri 

60.1. Hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri 

(iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı bu barədə 

hüquqi şəxslərin 

dövlət qeydiyyatını həyata keçirən orqana

 ləngimədən məlumat verməyə borcludurlar. 

Həmin orqan isə hüquqi şəxsin ləğv prosesində olduğu barədə məlumatları hüquqi 

şəxslərin dövlət reyestrinə daxil edir. 

60.2. Hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri 

(iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğvetmə komissiyasını 

(təsviyəçini) təyin edir və bu Məcəlləyə uyğun olaraq ləğvetmə qaydasını və müddətlərini 

müəyyənləşdirirlər. 

60.3. Ləğvetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək 

səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası ləğv edilən hüquqi şəxsin adından 

məhkəmədə çıxış edir. 

Maddə 61. Hüquqi şəxsin ləğvi qaydası 



61.1. Ləğvetmə komissiyası hüquqi şəxsin dövlət qeydiyyatı haqqında məlumatın dərc 

edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və kreditorlarının tələblərinin 

bildirilməsi qaydası və müddəti haqqında məlumat dərc etdirir. Bu müddət ləğvetmə 

haqqında məlumatın dərc edildiyi gündən etibarən iki aydan az ola bilməz. Ləğvetmə 

komissiyası kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, 

habelə hüquqi şəxsin ləğvi haqqında kreditorlara bildiriş göndərir. 

61.2. Kreditorların tələblərinin irəli sürülməsi müddəti qurtardıqdan sonra ləğvetmə 

komissiyası aralıq ləğvetmə balansı tərtib edir. Balansa ləğv edilən hüquqi şəxsin 

əmlakının tərkibi, kreditorların irəli sürdükləri tələblərin siyahısı, habelə bu tələblərə 

baxılması nəticələri haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansını hüquqi 

şəxsin ləğvi haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya 

nizamnamə ilə buna vəkil edilmiş orqanı təsdiq edir. 

61.3. Əgər ləğv edilən hüquqi şəxsdə olan pul vəsaiti kreditorların tələblərini ödəmək 

üçün yetərli deyildirsə, ləğvetmə komissiyası hüquqi şəxsin əmlakını açıq hərracda satır. 

61.4. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası bu 

Məcəllənin 62-ci maddəsində müəyyənləşdirilmiş növbəlik qaydasında, aralıq ləğvetmə 

balansına uyğun olaraq, onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. 

61.5. Kreditorlar ilə hesablaşmalar başa çatdıqdan sonra ləğvetmə komissiyası ləğvetmə 

balansını tərtib edir. Həmin balansı hüquqi şəxsin ləğvi haqqında qərar qəbul etmiş 

hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı 

təsdiq edir. Ləğvetmə komissiyası təsdiq olunmuş ləğvetmə balansını hüquqi şəxslərin 

dövlət qeydiyyatını həyata keçirən 

müvafiq icra hakimiyyəti orqanına

 göndərir. 

61.6. Kreditorların tələbləri ödənildikdən sonra hüquqi şəxsin qalan əmlakı, əgər hüquqi 

şəxsin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun təsisçilərinə 

(iştirakçılarına) verilir. 

61.7. Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil 

edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. 

Maddə 62. Kreditorların tələblərinin ödənilməsi 

62.1. Hüquqi şəxs ləğv edilərkən onun kreditorlarının tələbləri aşağıdakı növbə ilə 

ödənilir: 

62.1.1. birinci növbədə ləğv edilən hüquqi şəxsin əmlakının girov qoyulması ilə 

təmin edilmiş öhdəliklər üzrə kreditorların tələbləri ödənilir; 

62.1.2. ikinci növbədə müvafiq vədəli ödənişlərin kapitallaşdırılması yolu ilə o 

fiziki şəxslərin tələbləri ödənilir ki, ləğv edilən hüquqi şəxs onların qarşısında 

həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyət daşıyır; 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə