Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli


Maddə 68. Asılı təsərrüfat cəmiyyəti



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə11/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   7   8   9   10   11   12   13   14   ...   190

Maddə 68. Asılı təsərrüfat cəmiyyəti 

68.1. Təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud məsuliyyətli 

cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya səhmdar cəmiyyətinin 

səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) 

ortaqlığa və ya cəmiyyətə mənsub olur. 

68.2. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxunu və 

ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxunu 

əldə edən təsərrüfat ortaqlığı və ya cəmiyyəti bu barədə məlumatı ləngimədən dərc 

etdirməlidir. 

Maddə 69. Tam ortaqlıq 

69.1. Ortaqlıq o halda tam ortaqlıq sayılır ki, onun iştirakçıları (tam ortaqları) 

nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və 

ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. 

69.2. Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər. 

69.3. Tam ortaqlığın firma adına onun bütün iştirakçılarının adları və «tam ortaqlıq» 

sözləri daxil edilməli və ya «və ortaqları» və «tam ortaqlıq» sözləri əlavə edilməklə bir və 

ya bir neçə iştirakçının adı daxil edilməlidir. 



Maddə 70. Tam ortaqlığın nizamnaməsi 

Tam ortaqlığın nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən 

məlumatlardan əlavə, ortaqlığın şərikli kapitalının miqdarı və tərkibi haqqında; hər bir 

iştirakçının şərikli kapitaldakı payının miqdarı və dəyişdirilməsi qaydası haqqında; 

onların mayalarının tərkibi və maya qoyması qaydası haqqında; maya qoyulması üzrə 

vəzifələrin pozulmasına görə iştirakçıların məsuliyyəti haqqında şərtlər göstərilməlidir. 



Maddə 71. Tam ortaqlıqda idarəetmə 

71.1. Tam ortaqlığın fəaliyyəti bütün iştirakçıların ümumi razılığı ilə idarə edilir. Tam 

ortaqlığın nizamnaməsində qərarın iştirakçıların səs çoxluğu ilə qəbul olunduğu hallar 

nəzərdə tutula bilər. 

71.2. Əgər nizamnamədə tam ortaqlıq iştirakçılarının səslərinin sayını 

müəyyənləşdirməyin başqa qaydası nəzərdə tutulmayıbsa, tam ortaqlığın hər 

iştirakçısının bir səsi vardır. 

71.3. Ortaqlığın hər bir iştirakçısı ortaqlığın işlərini aparmağa vəkil edilib-

edilmədiyindən asılı olmayaraq işlərin aparılmasına dair bütün sənədlərlə tanış ola bilər. 

Bu hüquqdan imtina və ya onun məhdudlaşdırılması, o cümlədən ortaqlıq iştirakçılarının 

razılaşması üzrə imtina və ya məhdudlaşdırma əhəmiyyətsizdir. 



Maddə 72. Tam ortaqlığın işlərinin aparılması 

72.1. Əgər tam ortaqlığın nizamnaməsində onun bütün iştirakçılarının işləri birlikdə 

aparması və ya işlərin aparılmasının ayrı-ayrı iştirakçılara tapşırılması 

müəyyənləşdirilməyibsə, tam ortaqlığın hər bir iştirakçısı ortaqlıq adından fəaliyyət 

göstərə bilər. 

72.2. Ortaqlığın iştirakçıları onun işlərini birlikdə apararkən hər bir əqdin bağlanması 

üçün ortaqlığın bütün iştirakçılarının razılığı tələb edilir. 

72.3. Əgər ortaqlığın iştirakçıları onun işlərinin aparılmasını iştirakçıların birinə və ya 

bəzilərinə tapşırarlarsa, qalan iştirakçılar ortaqlıq adından əqdlər bağlamaq üçün 

ortaqlığın işlərinin aparılmasının tapşırıldığı iştirakçıdan (iştirakçılardan) etibarnamə 

almalıdırlar. 

72.4. Üçüncü şəxslərlə münasibətlərdə ortaqlıq onun iştirakçılarının səlahiyyətlərini 

məhdudlaşdıran nizamnamə müddəalarına istinad edə bilməz, amma əqdin bağlandığı 

vaxt ortaqlıq iştirakçısının ortaqlıq adından fəaliyyət göstərmək hüququ olmadığını 

üçüncü şəxsin bildiyini və ya bilməli olduğunu ortaqlığın sübuta yetirdiyi hallar istisna 

təşkil edir. 

72.5. Ortaqlığın işlərinin aparılması üzrə bir və ya bir neçə iştirakçıya verilmiş 

səlahiyyətlərə məhkəmə ciddi əsaslar olduqda, o cümlədən vəkil edilmiş şəxs (şəxslər) öz 

vəzifələrini kobudcasına pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı 

aşkara çıxdıqda ortaqlığın bir və ya bir neçə digər iştirakçısının tələbi ilə xitam verə bilər. 

Məhkəmə qərarına əsasən ortaqlığın nizamnaməsində müvafiq dəyişikliklər edilir. 

Maddə 73. Tam ortaqlıq iştirakçısının vəzifələri 

73.1. Tam ortaqlığın iştirakçısı nizamnamənin şərtlərinə uyğun olaraq ortaqlığın 

fəaliyyətində iştirak etməyə borcludur. 

73.2. Tam ortaqlığın iştirakçısı ortaqlıq qeydə alınanadək onun şərikli kapitalına maya 

qoymağa borcludur. 

73.3. Tam ortaqlıq iştirakçısının ixtiyarı yoxdur ki, qalan iştirakçıların razılığı olmadan 

öz adından öz mənafeləri və ya üçüncü şəxslərin mənafeləri üçün ortaqlığın fəaliyyət 

predmetini təşkil edən əqdlərlə eyni xarakterli əqdlər bağlasın. 

73.4. Bu qayda pozulduqda ortaqlıq öz mülahizəsi ilə həmin iştirakçıdan ortaqlığa 

vurulmuş zərərin əvəzini ödəməyi və ya bu cür əqdlər üzrə əldə etdiyi bütün faydanı 

ortaqlığa verməyi tələb edə bilər. 

Maddə 74. Tam ortaqlığın mənfəətinin və zərərinin bölüşdürülməsi 



74.1. Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər 

razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli 

kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür. Ortaqlıq iştirakçısının mənfəət və 

zərərdə iştirakdan kənar edilməsi barədə razılaşma əhəmiyyətsizdir. 

74.2. Əgər ortaqlığın düşdüyü zərər nəticəsində onun xalis aktivlərinin dəyəri şərikli 

kapitalının miqdarından az olarsa, ortaqlığın götürdüyü mənfəət, xalis aktivlərin dəyəri 

artıb şərikli kapitalın miqdarını ötənədək onun iştirakçıları arasında bölüşdürülmür. 

Maddə 75. Tam ortaqlıq iştirakçılarının onun öhdəlikləri üzrə məsuliyyəti 

75.1. Tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə 

subsidiar məsuliyyət daşıyırlar. 

75.2. Tam ortaqlığın təsisçisi olmayan iştirakçısı onun ortaqlığa daxil olmasından əvvəl 

əmələ gəlmiş öhdəliklər üzrə digər iştirakçılarla bərabər məsuliyyət daşıyır. 

75.3. Ortaqlıqdan çıxmış iştirakçı ortaqlığın onun çıxdığı anadək əmələ gəlmiş 

öhdəlikləri üzrə ortaqlığın onun çıxdığı il üçün fəaliyyəti barəsində hesabatın təsdiq 

edildiyi gündən iki il ərzində qalan iştirakçılarla bərabər məsuliyyət daşıyır. 

75.4. Bu maddədə nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılması və ya aradan 

qaldırılması haqqında ortaqlıq iştirakçılarının razılaşması əhəmiyyətsizdir. 



Maddə 76. Tam ortaqlıq iştirakçılarının tərkibinin dəyişdirilməsi 

76.1. Tam ortaqlığın hər hansı iştirakçısı ortaqlıqdan çıxdıqda və ya öldükdə, 

iştirakçılardan biri xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud 

fəaliyyət qabiliyyətli və ya müflis sayıldıqda, məhkəmənin qərarına əsasən iştirakçılardan 

biri barəsində yenidən təşkil prosedurlarına başlandıqda, ortaqlıqda iştirak edən hüquqi 

şəxs ləğv olunduqda və ya iştirakçılardan birinin kreditoru tərəfindən tutma onun şərikli 

kapitaldakı payına uyğun əmlak hissəsinə yönəldildikdə ortaqlıq öz fəaliyyətini, əgər bu, 

ortaqlığın nizamnaməsində və ya qalan iştirakçıların razılaşmasında nəzərdə tutulubsa, 

davam etdirə bilər. 

76.2. Tam ortaqlıq iştirakçılarının ixtiyarı var ki, iştirakçılardan hər hansı birinin 

məhkəmə qaydasında ortaqlıqdan çıxarılmasını qalan iştirakçıların yekdil qərarı ilə və 

bunun üçün ciddi əsaslar olduqda, məsələn, həmin iştirakçı öz vəzifələrini kobudcasına 

pozduqda və ya onun işləri ağılla aparmağa qadir olmadığı aşkara çıxdıqda tələb etsinlər. 

Maddə 77. İştirakçının tam ortaqlıqdan çıxması 

77.1. Tam ortaqlıq iştirakçısının ixtiyarı var ki, ortaqlıqda iştirakdan imtina etdiyini 

bildirərək ortaqlıqdan çıxsın. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə