Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə190/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   182   183   184   185   186   187   188   189   190

1270.3. Ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina 

edə bilər. 



Maddə 1271. Mirası qəbul etməkdən nümayəndə vasitəsi ilə imtina 

Mirasdan nümayəndə vasitəsi ilə imtina tapşırıqda (etibarnamədə) imtina səlahiyyətinin 

xüsusi nəzərdə tutulduğu halda mümkündür. 

Maddə 1272. Mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti 

Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı 

şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 

Maddə 1273. Mirasın qəbulunun hüquqi nəticələrinin baş verməsi vaxtı 

Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan 

baş verir. 

Maddə 1273-1. Vərəsənin susması  

Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya 

ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri 

tətbiq edilir. (

12

) 



71-ci f

əsil. Mirasın bölüşdürülmə

si

 

Maddə 1274. Mirasın bölüşdürülməsi anlayışı 

Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya 

vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 

Maddə 1275. Miras qoyan tərəfindən mirasın bölüşdürülməsi qaydasının müəyyənləşdirilməsi 

Miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o 

cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar 

ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə 

aparılır. 

Maddə 1276. Mirasdan payın naturada ayrılması 

Hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını 

tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan 

edilməsin. 



Maddə 1277. Hədiyyənin vərəsənin payına daxil edilməsi 


Miras bölüşdürülərkən hər bir vərəsənin payına onun miras açılanadək iki il ərzində miras 

qoyandan hədiyyə kimi aldığı əmlakın dəyəri də daxil edilir. (

12



Maddə 1278. Miras şəriklərinin razılaşması üzrə mirasın satılması 



Miras şəriklərinin razılaşması üzrə bütün mirasın satılmasına və pulların vərəsələr 

arasında onların paylarına uyğun bölüşdürülməsinə yol verilir. 



Maddə 1279. Mirasın bir miras şərikinə keçməsi 

Miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. 

Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. 

Maddə 1280. Mirasın bölüşdürülməsinin dayandırılması 

Miras şərikləri razılığa gələ bilərlər ki, mirasın bölüşdürülməsi müəyyən müddətə 

dayandırılsın. 

Maddə 1281. Bölünməz əmlaka paylı mülkiyyət 

Əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda 

müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə 

səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi 

mülkiyyəti olur. 

Maddə 1282. Kənd təsərrüfatı təyinatlı torpağın vərəsələr arasında bölüşdürülməsi 

1282.1. Əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın 

mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə 

qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq 

orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə 

ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli 

təsərrüfatın mövcudluğunu təmin etsin. 

1282.2. Bölgüyə yalnız vərəsələrin özlərinin təsərrüfatla məşğul olmağa hazırlaşdıqları 

halda yol verilir. Əgər vərəsələrdən heç biri təsərrüfatla məşğul olmaq istəməzsə, onların 

razılaşması üzrə torpaq orada yerləşən təsərrüfatla birlikdə satıla bilər və vərəsələr öz 

paylarını pul şəklində ala bilərlər. 

Maddə 1283. Kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsinin yolverilməzliyi 

Əgər kənd təsərrüfatı təyinatlı torpağın bölüşdürülməsi mümkün deyildirsə, torpaq kəndli 

təsərrüfatında yaşayan və miras qoyanla birlikdə təsərrüfatı aparmış vərəsəyə, belə vərəsə 

olmadıqda isə təsərrüfat aparmağa iqtidarı və arzusu olan şəxsə verilməlidir. 



Maddə 1284. Payın kompensasiyası 


Torpaq sahəsini ala bilməyən vərəsə başqa əmlakdan müvafiq pay, belə əmlak kifayət 

etmədikdə isə müəyyənləşdirilmiş qaydada müvafiq kompensasiya alır. 



Maddə 1285. Kəndli təsərrüfatının vərəsəlik üzrə keçməsi 

1285.1. Əgər kəndli təsərrüfatı həyət təsərrüfatıdırsa və həyətin sonuncu üzvü 

vəsiyyətnamə qoymamışdırsa, həyətin ümumi əmlakı qanun üzrə vərəsələrə həyət 

təsərrüfatının dağılmaması şərti ilə keçir. 

1285.2. Həyətin sonuncu üzvünün vəsiyyətnamə ilə bir neçə vərəsə təyin etdiyi halda, 

ümumiyyətlə, torpaq təsərrüfatına aid olan qayda tətbiq edilməlidir. 



Maddə 1286. Kəndli təsərrüfatına ümumi mülkiyyət 

Miras şəriklərinin razılaşması üzrə torpaq və orada yerləşən kəndli təsərrüfatı onların 

ümumi mülkiyyətində qala bilər. 

Maddə 1287. Mayası bağlanmış vərəsənin miras bölgüsündə payı 

1287.1. Əgər vərəsənin mayası bağlanmışdırsa, lakin o hələ doğulmamışdırsa, mirasın 

bölüşdürülməsi yalnız həmin vərəsənin doğumundan sonra mümkündür. 

1287.2. Əgər mayası bağlanmış, lakin hələ doğulmamış vərəsə sağ doğularsa, qalan 

vərəsələr mirası yalnız ona düşən payı ayırmaqla bölüşdürə bilərlər. Yeni doğulanın 

mənafelərinin müdafiəsi məqsədi ilə onun nümayəndələri bölgüdə iştiraka dəvət 

edilməlidirlər. 

Maddə 1288. Borc tələblərinin vərəsələrdən birinin öhdəsinə qoyulması 

Miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin 

vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq 

surətdə artırılmış pay verilməsinə yol verilir. 



Maddə 1289. Pay almağın təmin edilməsi öhdəliyi 

Hər bir miras şəriki digər miras şəriklərinin müvafiq payları almasını təmin etməyə 

borcludur. Miras şəriki bölgü nəticəsində tələb hüququ əldə etdikdə, digər miras şərikləri 

borclunun ödəniş qabiliyyətinə bölgü məqamında, bu cür öhdəliyin icra müddəti 

çatmadıqda isə öhdəliyin icrası məqamında öz paylarına uyğun kömək göstərməlidirlər. 

Maddə 1290. Payın mütənasib azaldılması 

Əgər vəsiyyətnamə ilə müəyyənləşdirilmiş payların cəminin bütün mirasdan çox olduğu 

aşkara çıxarsa, hər bir vərəsənin payı mütənasib surətdə azaldılır. 

Maddə 1291. Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması 



Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə 

məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın 

xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə 

almalıdır. 



Maddə 1292. Paya dair sərəncam vermək hüququ 

1292.1. Hər bir miras şəriki öz miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən 

birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən 

təsdiqlənməlidir. 

1292.2. Miras şəriki öz payından olan ayrı-ayrı predmetlərə dair sərəncam verə bilməz. 

1292.3. Miras şəriki öz payına dair sərəncam verərkən digər miras şəriklərinin satın 

almaqda üstünlük hüququ vardır. Satın almaqda üstünlük hüququ iki ay ərzində həyata 

keçirilməlidir. Bu hüquq vərəsəlik üzrə keçir. 



Maddə 1293. Satın almaqda üstünlük hüququna xitam verilməsi 

Pay miras şərikinə verildikdən sonra satın almaqda üstünlük hüququna xitam verilir. 



Maddə 1294. Pay özgəninkiləşdirilərkən kreditorların təmin edilməsi 

Payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək vəzifəsi payı əldə edənə 

həmin payın miqdarına uyğun olaraq keçir. 

Maddə 1295. Payın bərabərləşdirilməsi 

Vərəsəliyə çağırılmış vərəsələr miras onların arasında bölüşdürülənədək öz paylarını 

bərabərləşdirmək üçün, əgər miras qoyan ayrı qayda müəyyənləşdirməyibsə, miras 

qoyanın sağlığında ondan valideynlərin əmlakından ayırma şəklində aldıqlarının hamısını 

mirasa aid etməlidirlər. (

12



Maddə 1296. Övladın sıradan çıxmasının nəticələri 

Əgər vərəsə kimi payı bərabərləşdirməyə borclu olan övlad miras açılanadək və ya 

açıldıqdan sonra sıradan çıxarsa, payı bərabərləşdirmək vəzifəsi onun payını almalı olan 

vərəsənin öhdəsinə qoyulur. (

12



Maddə 1297. Miras payı bərabərləşdirilərkən xüsusi töhfənin nəzərə alınması 



Ailə təsərrüfatında əməyi ilə, miras qoyanın peşə və kommersiya fəaliyyətində iştirakla, 

özünün çəkdiyi xeyli xərclərlə, yaxud başqa şəkildə miras qoyanın əmlakının 

qorunmasına və artırılmasına xüsusi töhfə vermiş övlad (enən xətt üzrə qohum) miras 

qoyanın əmlakı bölüşdürülərkən onunla birlikdə qanun üzrə vərəsə sayılan və miras tələb 

edən qohumlarla bərabərləşdirilməsini tələb edə bilər. 



Maddə 1298. Miras payını bərabərləşdirməyi tələb etməyin yolverilməzliyi 

Əgər qohum xidmətləri üçün muzd almışdırsa və ya muzd qabaqcadan 

müəyyənləşdirilmişdirsə və ya qohum göstərdiyi xidmətlər əsasında digər hüquqi əsaslar 

üzrə hər hansı tələb irəli sürə bilərsə, miras payının bərabərləşdirilməsi tələb edilə bilməz. 



Maddə 1299. Ədalətli bölgü tələbi 

1299.1. Miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və mirasın həcminə 

uyğun olaraq ədalətlə aparılmalıdır. 

1299.2. Əmlak bölgüsü zamanı miras payının bərabərləşdirilməsi məbləği mirasın ümumi 

məbləğindən çıxılır və bərabərləşdirmə tələbinə hüququ olan miras şərikinin payına əlavə 

edilir. 


Maddə 1300. Vərəsənin olduğu yeri müəyyənləşdirmək vəzifəsi 

Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr 

onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan 

tədbirlər görməyə borcludurlar. 



Maddə 1301. Vərəsənin gəlməməsinin nəticələri 

1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer 

müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası 

bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 

1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü 

haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə

digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan 

vərəsənin payını ayıra bilərlər. 

1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer 

müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər 

alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş 

qaydada əmlakı bölüşdürə bilərlər. 



Maddə 1302. Vərəsəlikdə üstünlük hüququ 

Miras qoyanla birlikdə əmlaka ümumi mülkiyyət hüququ olan vərəsələrin ümumi 

mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır. 

Maddə 1303. Yaşayış evini almaqda üstünlük hüququ 



Miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış vərəsənin əmlak bölgüsü 

zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı 

predmetlərini almaqda üstünlük hüququ vardır. 

Maddə 1304. Vərəsələrin əmlak mənafelərinin nəzərə alınması 

Üstünlük hüququnun həyata keçirilməsi zamanı miras bölgüsündə iştirak edən digər 

vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak onlara çatası payı almağa 

kifayət etməzsə, üstünlük hüququnu həyata keçirən vərəsələr onlara müvafiq pul və ya 

əmlak kompensasiyası verməlidirlər. 

Maddə 1305. Kompensasiyaya möhlət verilməsi 

Üstünlük hüququnu həyata keçirən vərəsələrin tələbi ilə məhkəmə kompensasiyanın 

həcmini nəzərə almaqla, ona on ildən çox olmayan müddətə möhlət verə bilər. 

72-ci f

ə

sil. V

ə

r

ə

s

ə

l

ə

r t

ə

r

ə

find

ən kreditorların 

t

ə

min edilm

ə

si 

Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 

1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən 

hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 

1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, 

vərəsələr birgə məsuliyyət daşıyırlar. 

1306.3. Məcburi pay almış vərəsələr də miras qoyanın borcları üçün məsuliyyət 

daşıyırlar. (

12



Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü 

Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın 

borclarının mirasdan çox olduğunu sübut etməlidir. 

Maddə 1308. Borcun ödənilməsinin vərəsəyə həvalə edilməsi 

Vəsiyyət edən bütünlüklə borcun və ya onun bir hissəsinin ödənilməsini bir və ya bir 

neçə vərəsəyə həvalə edə bilər. 

Maddə 1309. Mirasın açılması barədə kreditorlara məlumat vermək vəzifəsi 

Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras 

qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 

Maddə 1310. Kreditorların tələblərinin irəli sürülməsi müddəti 



1310.1. Miras qoyanın kreditorları mirasın açıldığının onlara məlum olduğu gündən altı 

ay ərzində mirası qəbul etmiş vərəsələrə qarşı tələblərini, bunların müddətinin çatıb-

çatmamasından asılı olmayaraq, irəli sürməlidirlər. 

1310.2. Əgər vərəsələrin kreditorları mirasın açıldığını bilməmişlərsə, vərəsələrə qarşı 

tələbi onun müddətinin çatdığı gündən bir il ərzində irəli sürməlidirlər. 

1310.3. Bu qaydalara riayət edilməməsi kreditorların tələb hüququnu itirməsinə səbəb 

olur. (

12



Maddə 1311. Ümumi iddia müddətlərinin tətbiqi 

1311.1. Kreditorların tələbləri irəli sürməsi müddəti miras qoyanın sonuncu xəstəliyi 

zamanı ona qulluq edilməsi və onun müalicəsi, əmək haqqı verilməsi, dəfn, mirasın 

mühafizə və idarə edilməsi ilə bağlı xərclər haqqında tələblərə, habelə üçüncü şəxslərin 

əmlaka mülkiyyət hüquqlarının tanınması və onlara mənsub əmlakı tələb etmək haqqında 

tələblərinə şamil edilmir. 

1311.2. Bu Məcəllənin 1311.1-ci maddəsində göstərilmiş tələblər barəsində ümumi iddia 

müddətləri tətbiq edilir. (

12



Maddə 1312. İcra müddətinin təxirə salınması 



Əgər kreditor tələbi icra müddəti çatanadək irəli sürmüşdürsə, vərəsə icranı müddət 

çatanadək təxirə sala bilər. Müddət çatdıqda kreditor ümumi iddia müddəti ərzində icranı 

tələb edə bilər. 

Maddə 1313. Miras qoyanın kreditorlarının üstünlüyü 

Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında 

üstünlüyə malikdirlər. 

Maddə 1314. Dövlətin kreditorlar qarşısında məsuliyyəti 

Vərəsələri olmayan əmlak dövlətə keçdikdə, miras qoyanın borcları üzrə o, vərəsə kimi 

məsuliyyət daşıyır. 

Maddə 1315. Mirasın kreditor tərəfindən alınmasının nəticələri 

Əgər miras qoyan öz əmlakını kreditora vəsiyyət etmişdirsə, bu, kreditorun tələb 

hüququnun əvəzləşdirilməsi sayıla bilməz. 

Maddə 1316. Kreditorların təmin edilməsi qaydası 

Kreditorların tələblərini vərəsələr, əgər onların arasında razılaşmada ayrı qayda 

müəyyənləşdirilməyibsə, birdəfəlik ödənişlər yolu ilə ödəməlidir. (

12




73-cü f

əsil. Mirasın qorunması

 

Maddə 1317. Mirasın qorunması anlayışı 

1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət 

olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı 

və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. 

1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər. (

12

) 



Maddə 1318. Vərəsələrin axtarılması  

Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər 

görür. (

12

) 



Maddə 1319. Əmlak idarəçisinin təyin edilməsi  

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak 

idarəçisini təyin edə bilər. (

12

) 



Maddə 1320. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər  

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir. (

12

) 



74-cü f

ə

sil. V

ə

r

ə

s

əlik şə

had

ə

tnam

ə

si

 

Maddə 1321. Vərəsəlik şəhadətnaməsi anlayışı 

1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından 

vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 

1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması 

məcburidir. 

1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin 

şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik 

şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı 

bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir 

hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən 

vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. (

12



Maddə 1322. Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət 

Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra 

istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, 



başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan 

da tez verilir. (

12



Maddə 1323. Şəhadətnaməyə yazılmağa razılıq 



Bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası 

qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. 

Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməlidir. 

Maddə 1324. Vərəsənin vərəsəsinə vərəsəlik şəhadətnaməsi verilməsi 

Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu 

müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin 

miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. 



Maddə 1325. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsi verilməsi 

Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. 

Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun 

olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin 

verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan 

məhrum etmir. 

 

«Azərbaycan» qəzetində dərc edilmişdir (Xüsusi buraxılış, 19 may 2000-ci il, № 1). 

«Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2000-ci il, № 4, maddə 250) 

(«VneshExpertService»). 

 

 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə