Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə184/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   180   181   182   183   184   185   186   187   ...   190

1159.4. Dördüncü növbədə—xalalar və bibilər, dayılar və əmilər. 

1159.5. Beşinci növbədə—xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, 

onlar sağ olmadıqda isə onların uşaqları. 

Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik 

Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin 

vərəsəliyini istisna edir. 

Maddə 1161. Vərəsəlik zamanı əmək qabiliyyəti olmayan şəxslərin hüquqları 

Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək 

qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan 

dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli 

məbləğin ölçüsü miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər. 

Maddə 1162. Sağ qalan arvadın (ərin) birgə mülkiyyətdə paya hüququ 

Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası 

əmlak hissəsinə aid deyildir. 

Maddə 1163. Boşanmış ər-arvadın vərəsəlik zamanı vəziyyəti 

Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. 



Maddə 1164. Nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum 

edilmə 

Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik 

xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə 

arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. 



Maddə 1165. Vərəsələri olmayan əmlakın xəzinəyə keçməsi 

1165.1. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç 

biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum 

edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, 

əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və 

sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir. 

1165.2. Səhmlər və ya birgə əmlakdakı hissə, pay şəklində əmlakın vərəsələri olmadıqda, 

bu əmlak həmin hüquqi şəxslərə keçir. (

12



30





64-cü f

ə

sil. V

ə

siyy

ə

t üzr

ə

 v

ə

r

ə

s

ə

lik 


Maddə 1166. Vəsiyyət anlayışı 

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr 

sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 

Maddə 1167. Vəsiyyət edə bilən şəxs 

Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə 

yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət 

qabiliyyətli şəxs vəsiyyət edə bilər. 



Maddə 1168. Vəsiyyətnamənin şəxsən vəsiyyət edən tərəfindən tərtibi 

Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə 

vasitəsi ilə tərtibinə yol verilmir. 

Maddə 1169. Birgə vəsiyyətnamə 

Vəsiyyətnamədə bir miras qoyanın sərəncamı olmalıdır. Vəsiyyətnamənin iki və ya daha 

çox şəxs tərəfindən birgə tərtibinə yol verilmir. Yalnız ərlə arvad qarşılıqlı vərəsəlik 

haqqında birgə vəsiyyətnamə tərtib edə bilərlər. Bu vəsiyyətnamə ərin və ya arvadın 

tələbi ilə, lakin onların hər ikisinin sağlığında ləğv edilə bilər. 

Maddə 1170. Vəsiyyət edənin payları müəyyənləşdirməsi 

1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını 

müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. 

Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər 

bölüşdürülür. 

1170.2. Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə 

yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər 

alırlar. 



Maddə 1171. Mirasın vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülməsi 

Əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin 

edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar 

almalıdırlar. 



Maddə 1172. Vəsiyyətnamədən kənarda qalmış əmlaka vərəsəlik 

Əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını 

əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata 

keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik 

əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. 



Maddə 1173. Vəsiyyət üzrə vərəsələr arasında payların mütənasib artırılması 

Yalnız vəsiyyətnamə ilə təyin edilmiş vərəsələr olduqda, əgər vəsiyyət üzrə hər bir 

vərəsənin öz payı müəyyənləşdirilmişdirsə, lakin onların hamısının payları birlikdə 

götürüldükdə mirası tam əhatə etmirsə, onların payları mütənasib surətdə artırılır. 



Maddə 1174. Miras payının müəyyənləşdirilməsində üçüncü şəxsin iştirakının yolverilməzliyi 

Vəsiyyət edən mirasdan kimin və hansı miqdarda pay almalı olduğunu 

müəyyənləşdirməyi başqa şəxsə tapşıra bilməz. 

Maddə 1175. Vərəsələri dəqiq müəyyənləşdirməyin mümkün olmaması 

Əgər vəsiyyət edən vərəsənin şəxsiyyətini bir neçə şəxsə uyğun gələ bilən əlamətlərlə 

müəyyənləşdirmişdirsə və onlardan hansını nəzərdə tutduğunu təyin etmək mümkün 

deyildirsə, onların hamısı bərabər pay hüququ ilə vərəsə sayılırlar. 



Maddə 1176. Vəsiyyət üzrə vərəsəlik hüququndan məhrumetmə 

1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını 

vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. 

1176.2. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs 

vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul 

etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. 



Maddə 1177. Vərəsəlik hüququnun saxlanması 

Vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış 

miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət 

üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən 

imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. 

Maddə 1178. Qanun üzrə vərəsəliyin yolverilməzliyi 

Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında 

bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun 

üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına 



mütənasib surətdə alırlar. (

12



65-ci f

ə

sil. V

ə

siyy

ə

tnam

ənin forması

 

Maddə 1179. Notariat forması 

1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və 

ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə