Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə183/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   179   180   181   182   183   184   185   186   ...   190

Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə 

qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 



Maddə 1147. Mirasın açıldığı yer 

1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın 

açıldığı yer sayılır. 

1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya 

onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və 

ya onun əsas hissəsinin olduğu yer sayılır. 



Maddə 1148. Xaricdə yaşayan şəxslərin mirasının açıldığı yer 

Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının 

ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan 

Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas 

hissəsinin olduğu yer sayılır. 

Maddə 1149. Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer 

Xaricdə daimi yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın 

açıldığı yer onun yaşadığı ölkə sayılır. 

Maddə 1150. Xaricdə mirasın açılması 

Azərbaycan Respublikasında yaşamış Azərbaycan Respublikası vətəndaşı xarici dövlətdə 

mirası həmin dövlətin qanunvericiliyinə uyğun alır. 

Maddə 1151. Miras əmlak 

1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak 

hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 

1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi 

mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 

Maddə 1152. Gələcək əmlakın vəsiyyət edilməsi 

Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o 

halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. 

Maddə 1153. Şəxsi xarakterli hüquq və vəzifələrin vərəsəlik üzrə verilməsinin yolverilməzliyi 

Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və 

vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və 



borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr 

mirasın tərkibinə daxil deyildir. 



Maddə 1154. Miras qoyanın qeyri-əmlak hüquqlarının müdafiəsi 

Miras qoyanın mirasa daxil olmayan qeyri-əmlak hüquqlarını vərəsələr qanunda nəzərdə 

tutulan qaydada həyata keçirə və müdafiə edə bilərlər. 

Maddə 1155. Mirasa daxil olmayan əmlak 

1155.1. Ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin 

predmetləri və qəbirlər mirasa daxil deyildir və vərəsələr arasında bölüşdürülmür. Bu 

predmetlər bərqərar olmuş adətə görə vərəsənin mülkiyyətinə verilir. Həmin predmetləri 

mirasdan imtina etmiş vərəsə də qəbul edə bilər. 

1155.2. Miras qoyanın şəxsiyyətinə, ailəsinə və ya bütün mirasa aid sənədlər ümumi 

əmlak kimi qalır. 

Maddə 1156. Vəsiyyətnamədə nəzərdə tutulan əmlakın artırılmasının nəticələri 

Əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan 

daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, 

vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam 

verilmədikdə bu əmlak mirasa daxil olmur. 

Maddə 1157. Miras şərikləri 

Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak 

şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras 

qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı 

verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın 

dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin 

edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 

Maddə 1157-1. Miras şərikləri tərəfindən mirasın idarə edilməsi  

1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. 

İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib 

surətdə sadə səs çoxluğu ilə qəbul edilir. 

1157-1.2. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras 

şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. 

1157-1.3. Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına 

mütənasib surətdə çəkirlər. (

12

) 




Maddə 1158. Mirasdan əşyanın tələb edilməsi hüququ 

1158.1. Əgər vəsiyyət edən vərəsə üçün əşyanı yanlış qoymuşdursa, həmin əşyanın 

mülkiyyətçisi əşyanı ümumi qaydada tələb edə bilər. 

1158.2. Əgər ölənin əmlakında başqa şəxsin əmlakı gizli şəkildə mövcuddursa, əmlakın 

bu hissəsi aşkar edilməli və müvafiq şəxsə verilməlidir. 

63-cü f

ə

sil. Qanun üzr

ə

 v

ə

r

ə

s

ə

lik 

Maddə 1159. Qanun üzrə vərəsələr 

1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr 

sayılırlar: 

1159.1.1. Birinci növbədə—ölənin uşaqları, miras qoyanın ölümündən sonra 

doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 

1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və 

ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər 

tutulurlar. 

1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə 

vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq 

valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş 

valideyninə çatası paydan bərabər miras alırlar. 

1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri 

mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 

1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun 

övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan 

qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları 

öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə 

digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha 

mənsub olmur. 

1159.2. İkinci növbədə—ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və 

qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın 

açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə 

vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras 

alırlar. 

1159.3. Üçüncü növbədə—həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin 

anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o 

halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə