Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə185/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   182   183   184   185   186   187   188   189   190

1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və 

imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları 

təsdiqləsin. (

42



Maddə 1180. Vəsiyyətnamənin notarius tərəfindən yazılması 

1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında 

yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş 

texniki vasitələr tətbiq edilə bilər. 

1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən 

oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. 



Maddə 1181. Notariusa bərabər tutulan şəxslər 

Vəsiyyətnamə təsdiqlənərkən aşağıdakılar notariusa bərabər tutulurlar: 

1181.1. Xəstəxananın, hospitalın, digər müalicə müəssisəsinin, sanatoriyanın baş 

həkimi, rəisi, onların tibbi hissə üzrə müavinləri və növbətçi həkimi və ya əlillər



sağlamlıq imkanları məhdud uşaqlar, qocalar evinin baş həkimi, xüsusi təhsil 

müəssisəsinin rəhbəri—əgər vəsiyyət edən bu müəssisədə müalicə edilirsə və ya 

yaşayırsa; 

1181.2. Axtarış, coğrafi və digər bu cür ekspedisiyaların rəisi—əgər vəsiyyət edən 

belə ekspedisiyadadırsa; 

1181.3. Dəniz və ya hava gəmisinin kapitanı—əgər vəsiyyət edən dəniz və ya 

hava gəmisindədirsə; 

1181.4. Hərbi hissənin, birləşmənin, müəssisənin və məktəbin komandiri (rəisi)—

əgər hərbi hissənin yerləşdiyi məntəqədə notarius yoxdursa və əgər vəsiyyət edən 

hərbi hissədə hərbi qulluqçudursa və ya həmin hissədə qulluq edən mülki şəxs, 

yaxud onun ailə üzvüdürsə; 

1181.5. Azadlıqdan məhrumetmə yerinin rəisi—əgər vəsiyyət edən azadlıqdan 

məhrumetmə yerindədirsə. (

30



Maddə 1182. Vəsiyyətnamənin başqa şəxs tərəfindən imzalanması 



Əgər vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, onun 

xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən 

vəsiyyətnaməni imzalaya bilmədiyi göstərilməlidir. 

Maddə 1183. Lal-kar və kor şəxsin vəsiyyətnaməsi 



1183.1. Əgər vəsiyyət edən lal-kardırsa və ya lal-kar və savadsızdırsa, vəsiyyət 

sərəncamını o, notariusda iki şahidin və işin məğzini ona izah edə bilən və 

vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə 

təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. 

1183.2. Kor və ya savadsız olan vəsiyyət edən vəsiyyət sərəncamını notariusda üç şahidin 

yanında tərtib etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona oxunmalıdır. 

1183.3. Əgər vəsiyyət edən lal-kar-kordursa və ya lal-kar-kor və savadsızdırsa, vəsiyyət 

sərəncamını notariusda dörd şahidin və işin məğzini ona izah edə bilən və 

vəsiyyətnamənin məzmununun vəsiyyət edənin iradəsinə uyğunluğunu öz imzası ilə 

təsdiqləyə bilən bir nəfər şəxsin yanında tərtib etməlidir. 

1183.4. Vəsiyyətnaməni şahidlər yaza və oxuya bilərlər, lakin vəsiyyətnaməni onu yazan 

oxumamalıdır. 

1183.5. Qeyddə onu kimin yazdığı və vəsiyyət edənə oxuduğu göstərilməlidir. Qeyd 

şahidlər tərəfindən imzalanmalı və notarius tərəfindən təsdiqlənməlidir. 



Maddə 1184. Vəsiyyətin şahidləri 

Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət 

üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, 

arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. 



Maddə 1185. Vəsiyyətnamə sirri 

Notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət 

edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə

dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər. 



Maddə 1186. Ev vəsiyyətnaməsi 

Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. 



Maddə 1187. Vəsiyyətnamənin depozitə qoyulması 

1187.1. Vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub 

bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının 

vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində 

notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. 

1187.2. Bu növ vəsiyyətnamənin saxlanması onun notariusda (və ya Azərbaycan 



Respublikasının konsulluqlarında) rəsmən depozitə qoyulması ilə təmin edilməlidir. (

42



Maddə 1188. Vəsiyyətnamənin texniki vasitələrdən istifadə edilməklə tərtibi 


Vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə 

bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki 

şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki

vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. 

Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz 

adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsi ilə 

vəsiyyətnaməni təsdiqləməlidirlər. 

Maddə 1189. Qapalı vəsiyyətnamə 

1189.1. Vəsiyyət edənin arzusu ilə şahidlər vəsiyyətnaməni onun məzmunu ilə tanış 

olmadan (qapalı vəsiyyət) təsdiqləməlidirlər. Bu halda şahidlər vəsiyyətnamənin tərtibi 

zamanı vəsiyyət edənin yanında olmalıdırlar. 

1189.2. Qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamənin vəsiyyət edən 

tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətnamənin məzmununu 

bilmədiklərini göstərməlidirlər. 

Maddə 1190. Vəsiyyətnamənin tərtib edildiyi tarix 

Vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi 

vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi 

zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, 

habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. 

Maddə 1191. Maraqlı şəxslərin vəsiyyətnamənin məzmunu ilə tanış olması 

Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri 

vəsiyyətnamənin məzmunu ilə tanış edir. Bu barədə müvafiq protokol tərtib edilməlidir. 

Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd 

edilməlidir. 

Maddə 1192. Ehtiyat vərəsə 

1192.1. Vəsiyyət edən özünün təyin etdiyi vərəsənin miras açılanadək ölməsi və ya 

mirası qəbul etməməsi, yaxud vərəsəlik hüququndan məhrum edilməsi halı üçün 

vəsiyyətnamədə başqa vərəsənin (ehtiyat vərəsənin) adını göstərə bilər. 

1192.2. Bu Məcəllənin 1134-1136-cı maddələrinə görə vərəsə ola bilən istənilən şəxs 

ehtiyat vərəsə ola bilər. 



66-

cı fə

sil. Mirasda m

ə

cburi pay 

Maddə 1193. Mirasda məcburi pay anlayışı 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə