Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə189/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   182   183   184   185   186   187   188   189   190

ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı 

gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa 

dair sərəncam verə bilməz. 

Maddə 1250. İddia qaldırılanadək alınmış gəlirə hüquq 

Əgər qanun üzrə vərəsə vəsiyyətnamənin olduğunu bilmədən mirasa sahiblik etməyə 

başlayarsa, vəsiyyət üzrə vərəsə isə vəsiyyətnamənin etibarsız olduğunu bilməzsə və ya 

qanun üzrə və vəsiyyət üzrə vərəsələr qanun üzrə daha yaxın vərəsələrin olduğunu və ya 

başqa vəsiyyətnamənin olduğunu bilməzlərsə, iddia qaldırılanadək mirasdan aldıqları 

gəlir onlara qalır; onlar mirasa qoyduqları bütün kapitalı da tələb edə bilərlər. 



Maddə 1251. Mirasa daxil olan ayrı-ayrı əşyalar üzərində səlahiyyətsiz şəxsin sərəncəm 

verməsinin nəticələri  

Əgər səlahiyyətsiz şəxs mirasa daxil olan əşya üzərində həqiqi vərəsəyə münasibətdə 

etibarlı olan sərəncam vermişsə, o, bunun nəticəsində əldə etdiyini həqiqi vərəsəyə 

verməyə borcludur. (

12

) 



Maddə 1252. İrsi transmissiya 

Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay 

almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri 

mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər 

bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 

Maddə 1253. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsinin nəticələri 

1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə 

çatası mirası almaq imkanından məhrum etmir. 

1253.2. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə 

birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. 

Maddə 1254. Mirasın siyahısı 

Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və 

bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur. 

Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi 

Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 



Maddə 1256. Mirasın qəbulundan imtina müddəti 


Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın 

qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox 

olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında 

rəsmiləşdirilməlidir. 



Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 

1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya 

ondan qismən imtina etməyə yol verilmir. 

1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, 

hesab edilir ki, o, mirasdan imtina etmişdir. 

Maddə 1258. Vərəsənin kənd təsərrüfatı təyinatlı torpağı qəbul etməkdən imtina etməsi 

Kənd təsərrüfatı ilə məşğul olmayan vərəsə kənd təsərrüfatı təyinatlı torpağı, avadanlığı, 

əmək alətlərini, mal-qaranı qəbul etməkdən imtina edə bilər, lakin bu, ümumiyyətlə, 

mirasın qəbulundan imtina sayılmır. 



Maddə 1259. Mirasdan bir neçə payın qəbul edilməsi 

Əgər müxtəlif əsaslar üzrə vərəsəyə mirasdan bir neçə pay düşürsə, o bir payı qəbul edə, 

digərindən imtina edə bilər, yaxud bütün paylardan imtina edə bilər. 

Maddə 1260. Mirasın bir hissəsindən imtina 

Vərəsə mirasın qalan hissəsinə baxmayaraq, birləşdirilmə hüququ ilə ona mənsub olan 

miras hissəsindən imtina edə bilər. 

Maddə 1261. Başqa şəxslərin xeyrinə imtina 

Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa 

şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin 

birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan 

imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə 

bilərlər. 



Maddə 1262. Mirasdan imtina zamanı payın birləşdirilməsi 

Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini 

bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, 

vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin 

payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə 

ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 



Maddə 1263. Yeganə vərəsənin mirasdan imtina etməsi 


Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə 

vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 



Maddə 1264. Bir neçə vərəsənin xeyrinə imtina 

Əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər 

birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina 

xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. 



Maddə 1265. Mirasdan nəvələrin xeyrinə imtina 

Mirasdan nəvənin xeyrinə imtina etməyə o halda yol verilir ki, mirasın açıldığı gün onun 

miras qoyanın vərəsəsi olmalı valideyni sağ olmasın və ya nəvə vəsiyyət üzrə vərəsə 

olsun. 


Maddə 1266. Dövlətin mirası qəbul etməkdən imtinasının yolverilməzliyi 

Dövlət ona keçmiş mirası qəbul etməkdən imtina edə bilməz. 



Maddə 1267. Notariat orqanına ərizə verildikdən sonra imtinanın yolverilməzliyi 

Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik 

haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə 

yol verilmir. 



Maddə 1268. Mirasdan imtinanın geri götürülməməsi 

1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 

1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli 

şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. 



Maddə 1269. Mirasa faktik sahiblik zamanı imtina 

Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu 

üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə 

ərizə ilə o, notariat orqanına müraciət etməlidir. 



Maddə 1270. İmtina hüququnun vərəsəlik üzrə keçməsi 

1270.1. Mirasdan imtina hüququ vərəsəlik üzrə keçir. 

1270.2. Əgər vərəsə mirasın qəbulundan imtina üçün müəyyənləşdirilmiş müddət 

bitənədək ölmüşdürsə, bu müddət vərəsənin ölümündən sonra qalmış vaxt bitənədək 

qurtarmır. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə