Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə182/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   178   179   180   181   182   183   184   185   ...   190

zərərçəkənə məlumat verdiyi hallar istisna olmaqla) və ya ona bu məhsulu göndərmiş 

şəxs istehsalçı sayılır. İstehsalçının adı məlum olsa da, məhsulu ilk satanın kim olduğunu 

müəyyənləşdirmək mümkün olmadıqda idxal malına da bu qayda tətbiq edilir. (

12



Maddə 1129. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət 

daşıyan şəxslər 

1129.1. Malın qüsurları nəticəsində vurulmuş zərərin əvəzini zərərçəkənin seçimi üzrə 

məhsulun satıcısı və ya istehsalçısı ödəməlidir. 

1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və 

ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. 

1129.3. Mal (iş, xidmət) haqqında tam və ya düzgün informasiya verilməməsi nəticəsində 

vurulmuş zərərin əvəzini bu Məcəllənin 1129.1 və 1129.2-ci maddələrində göstərilmiş 

şəxslər ödəməlidirlər. 



1129.4. Keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi 

halda, bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir. (

12



Maddə 1130. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzinin 

ödənilməsi müddətləri 

1130.1. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulan zərərin əvəzi, əgər zərər 

malın (işin, xidmətin) müəyyənləşdirilmiş yararlıq müddəti ərzində əmələ gəlmişdirsə, 

ödənilməli, yararlıq müddətinin müəyyənləşdirilmədiyi halda isə malın (işin, xidmətin) 

istehsal edildiyi gündən on il ərzində əmələ gəlmişdirsə, ödənilməlidir. 

1130.2. Aşağıdakı hallarda zərərin əvəzi onun vurulduğu vaxtdan asılı olmayaraq 

ödənilməlidir: 

1130.2.1. qanunun tələbləri pozularaq yararlıq müddəti müəyyənləşdirilmədikdə; 

1130.2.2. malın satıldığı, işin görüldüyü və ya xidmətin göstərildiyi şəxsə yararlıq 

müddəti qurtardıqdan sonra zəruri olan hərəkətlər və bu hərəkətlərin yerinə 

yetirilmədiyi halda mümkün nəticələr barəsində xəbərdarlıq edilmədikdə. (

12



Maddə 1131. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün 

məsuliyyətdən azad edilmə əsasları 

Malın satıcısı və ya istehsalçısı, işin və ya xidmətin icraçısı zərərin qarşısıalınmaz 

qüvvənin təsiri və ya istehlakçının maldan, işin, xidmətin nəticələrindən istifadə və onları 

saxlama qaydalarını pozması nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, məsuliyyətdən 

azad edilir. 

Maddə 1132. Sübutetmə yükü 



Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında 

sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. 



Onuncu bölm

ə

. V

ə

r

ə

s

ə

lik hüququ 

62-ci f

ə

sil. V

ə

r

ə

s

ə

lik hüququnun ümumi müdd

əaları

 

Maddə 1133. Vərəsəlik anlayışı 

1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və 

ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 

1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə 

keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud 

vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 



Maddə 1134. Vərəsələr 

1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ 

olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 

1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ 

olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən 

sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi 

şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 

Maddə 1135. Hüquqi şəxslər vərəsələr kimi 

Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsəliyə mirasın açıldığı vaxtadək təşkil edilmiş hüquqi 

şəxslər çağırılırlar. 

Maddə 1136. Nikahdankənar uşaqlar atanın vərəsələri kimi 

Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş 

qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun 

uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər. 



Maddə 1137. Ləyaqətsiz vərəsə 

Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da 

özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının 

artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son 

iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz 

vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar 

məhkəmə tərəfindən təsdiq edilsin. 



Maddə 1138. Vərəsə ola bilməyən valideynlər 

Valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları 

bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras 

qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran 

şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən 

təsdiq edilsin. 



Maddə 1139. Məhkəmə tərəfindən vərəsəlik hüququndan məhrum edilmə 

Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz 

vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə 

edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. 



Maddə 1140. Ləyaqətsiz vərəsənin bağışlanması 

Əgər miras qoyan vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlər törətdiyinin 

üstü açılmış şəxsi bağışlayarsa və bu qərarını vəsiyyətnamədə aydın şəkildə ifadə edərsə, 

həmin şəxs bu hərəkətlərinə baxmayaraq vərəsəliyə buraxılır. Bağışlamanın geri 

götürülməsinə yol verilmir. 

Maddə 1141. Başqa miras qoyanın əmlakını miras almaq hüququ 

Vərəsəlik hüququndan məhrum edilmə vərəsəlik hüququndan məhrum edilmiş həmin 

şəxsin başqa miras qoyanın əmlakının vərəsəsi olmasına maneçilik törətmir. 

Maddə 1142. Ləyaqətsiz vərəsə sayılmış şəxsin vəzifələri 

Əgər şəxs mirası aldıqdan sonra məhkəmə tərəfindən ləyaqətsiz vərəsə sayılarsa, 

vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarmağa borcludur. 

Maddə 1143. Ləyaqətsiz vərəsə sayılma barəsində iddianın irəli sürülməsi müddəti 

Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa 

sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. 

Maddə 1144. Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin miras payı 

Vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə 

keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür. (

12



Maddə 1145. Mirasın açılması 

Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 



Maddə 1146. Mirasın açıldığı vaxt 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə