Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə178/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   174   175   176   177   178   179   180   181   ...   190

Maddə 1104. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi 

mülki hüquq pozuntusu üçün məsuliyyət 

1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər 

vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil 

surətdə məsuliyyət daşıyırlar. 

1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin 

əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya 

çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin 

onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. 

1104.3. Əgər on dörd yaşından on səkkiz yaşınadək olan və himayəçiliyə ehtiyac duyan 

yetkinlik yaşına çatmayan müvafiq tərbiyə, müalicə müəssisəsində və ya qanuna görə 

onun himayəçisi olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə, zərərin onun 

təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərərin hamısını və ya çatışmayan 

hissəsini ödəməyə borcludur. 

1104.4. Valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on 

dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin 

əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına 

çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda 

və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. (

12



Maddə 1105. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq 



pozuntusu üçün məsuliyyət 

1105.1. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq 

pozuntusu nəticəsində dəyən zərərin əvəzini onun qəyyumu və ya ona nəzarət etməli olan 

təşkilat, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəyirlər. 

1105.2. Qəyyumun və ya nəzarət etməli təşkilatın fəaliyyət qabiliyyəti olmayan sayılmış 

fiziki şəxs tərəfindən vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinə həmin şəxsin sonradan 

fəaliyyət qabiliyyətli sayıldığı halda xitam verilmir. 

1105.3. Əgər qəyyum ölmüşdürsə və ya zərərçəkənin həyatına və ya sağlamlığına 

vurulmuş zərərin əvəzini ödəmək üçün yetərli vəsaitə malik deyildirsə, zərərvuranın isə 

belə vəsaiti vardırsa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə 

digər halları nəzərə almaqla, zərərin hamısının və ya bir hissəsinin zərərvuranın özünün 

hesabına ödənilməsi barədə qərar qəbul edə bilər. 



Maddə 1106. Məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq 

pozuntusu üçün məsuliyyət 

Məhdud fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin törətdiyi mülki hüquq pozuntusu 

nəticəsində dəyən zərərin əvəzini zərərvuran özü ödəyir. 



Maddə 1107. Öz hərəkətlərinin mənasını başa düşə bilməyən fiziki şəxsin törətdiyi mülki 

hüquq pozuntusu üçün məsuliyyət 

1107.1. Fəaliyyət qabiliyyətli fiziki şəxs və ya on dörd yaşından on səkkiz yaşınadək olan 

yetkinlik yaşına çatmayan öz hərəkətlərinin mənasını başa düşə və ya onlara rəhbərlik 

edə bilmədiyi vəziyyətdə mülki hüquq pozuntusu törətdikdə vurduğu zərər üçün 

məsuliyyət daşımır. Əgər zərərçəkənin həyatına və ya sağlamlığına zərər vurulmuşdursa, 

məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə 

almaqla, zərərin əvəzini tamamilə və ya qismən ödəmək vəzifəsini zərərvuranın üzərinə 

qoya bilər. 

1107.2. Mülki hüquq pozuntusu törətmiş şəxs spirtli içkilərdən, narkotik vasitələrdən və 

ya psixotrop maddələrdən istifadə etməklə və ya başqa üsulla özünü hərəkətlərinin 

mənasını başa düşə və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətə özü gətirdikdə 

məsuliyyətdən azad edilmir. (

22



1107.3. Əgər psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını başa düşə və ya onlara 

rəhbərlik edə bilməyən şəxs mülki hüquq pozuntusu törətmişdirsə, məhkəmə zərərin 

əvəzini ödəmək vəzifəsini həmin şəxslə birlikdə yaşayan, zərərvuranın psixi 

pozuntusundan xəbərdar olmuş, lakin onun fəaliyyət qabiliyyəti olmayan sayılması 

məsələsini qaldırmamış arvadının (ərinin), valideynlərinin, yetkinlik yaşına çatmış 

uşaqlarının öhdəsinə qoya bilər. 



Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə 

məsuliyyət 

1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən

mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı 

maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və 

onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq 

pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin 

əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya 

zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək 

təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə 

tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin 

əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər 

qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair 

etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 

1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri 

nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin 

vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin 

vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. 

Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd 

götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə 

mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə