Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə177/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   173   174   175   176   177   178   179   180   ...   190

1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması 

təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin 

nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq 

fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. 

1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə 

iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona 

xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya 

ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin 

əvəzinin ödənilməsi hüququndan məhrum etmir. 

Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu 

(delikt) üçün məsuliyyəti 

1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) 

üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin 

vurduğu zərərin əvəzini ödəməlidir. 

1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək 

müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən 

fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və 

işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət 

göstərməli olsun. 

Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin 

vurduqları zərər üçün məsuliyyət 

Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin 

qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli 

özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul 

edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan 

Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 



Maddə 1101. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz 

hərəkətləri ilə vurulmuş zərər üçün məsuliyyət 

1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan 

tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz 

tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin 

əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli 

şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla 

müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 

1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti 

nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci 



maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla 

müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 

1101.3. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda 

ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə 

müəyyənləşdirilsin. 

Maddə 1102. Öz məsuliyyətini sığorta etdirmiş şəxs tərəfindən zərərin əvəzinin ödənilməsi 

Öz məsuliyyətini könüllü və ya icbari sığorta qaydasında zərərçəkənin xeyrinə sığorta 

etdirmiş fiziki və ya hüquqi şəxs sığorta ödənişinin vurulmuş zərərin əvəzini tam 

ödəməyə kifayət etmədiyi halda sığorta ödənişi ilə zərərin faktik miqdarı arasındakı fərqi 

ödəyir. (

12



Maddə 1103. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq 

pozuntusu üçün məsuliyyət 

1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki 

hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) 

və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, 

məsuliyyət daşıyırlar. 

1103.2. Əgər qəyyumluğa möhtac azyaşlı müvafiq tərbiyə, müalicə müəssisəsində və ya 

qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə 

azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən 

yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur. 

1103.3. Əgər azyaşlı təhsil, tərbiyə, müalicə müəssisəsinin və ya ona nəzarət etməyə 

borclu olan digər müəssisənin və ya müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti 

altında olduğu dövrdə zərər vurmuşdursa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri 

üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır. 

1103.4. Valideynlərin (övladlığa götürənlərin), qəyyumların, təhsil, tərbiyə, müalicə 

müəssisələrinin və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək 

vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli 

əmlak əldə etdikdə xitam verilmir. 

1103.5. Əgər valideynlər (övladlığa götürənlər), qəyyumlar və ya bu Məcəllənin 1103.3-

cü maddəsində göstərilmiş digər fiziki şəxslər ölmüşlərsə və ya zərərçəkənin həyatına və 

ya sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək üçün yetərli vəsaitə malik deyildirlərsə

tam fəaliyyət qabiliyyətli olmuş zərərvuranın isə bu cür vəsaiti vardırsa, məhkəmə 

zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, 

zərərin əvəzinin tamamilə və ya qismən zərərvuranın özünün hesabına ödənilməsi barədə 

qərar qəbul edə bilər. 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə