Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə180/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   176   177   178   179   180   181   182   183   ...   190

istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma 

müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə 

məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən 

götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman 

sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına 

əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış 

məbləğlərdə nəzərə alınır. 

1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından 

əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə 

hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta 

aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün 

qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. 

Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz 

edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. 

1119.4. Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad 

edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən 

muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla nəzərə alınır. 

1119.5. Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək 

zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit 

dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha 

yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra 

işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik 

imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) 

müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu 

qazanc (gəlir) nəzərə alınır. (

32



33



Maddə 1120. Yetkinlik yaşına çatmayan şəxsin sağlamlığı pozulduqda zərərin əvəzinin 



ödənilməsi 

1120.1. On dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına 

çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə 

pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə 

bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. 

1120.2. Zərərçəkən azyaşlı on dörd yaşına çatdıqda, habelə qazancı (gəliri) olmayan on 

dörd yaşından on səkkiz yaşınadək yetkinlik yaşına çatmayana zərər vurulduqda zərərin 

vurulması üçün məsuliyyət daşıyan şəxs zərərçəkənə sağlamlığın pozulması ilə bağlı 

xərclərdən əlavə, əmək qabiliyyətinin itirilməsi və ya azalması ilə bağlı zərərin əvəzini 

də, lakin altı manatdan az olmamaqla ödəməyə borcludur. 

1120.3. Əgər yetkinlik yaşına çatmayanın sağlamlığı pozularkən onun qazancı 

olmuşdursa, zərərin əvəzi bu qazancın miqdarı əsas götürülməklə, lakin altı manatdan az 

olmamaqla ödənilir. 



1120.4. Əvvəllər sağlamlığına zərər vurulmuş yetkinlik yaşına çatmayanın əmək 

fəaliyyətinə başladıqdan sonra ixtiyarı var ki, əldə etdiyi qazanc əsas götürülməklə, lakin 

tutduğu vəzifə üzrə müəyyənləşdirilmiş muzdun və ya iş yeri üzrə eyni ixtisaslı işçinin 

qazancının miqdarından çox olmamaqla zərərin əvəzinin ödənilməsi miqdarının 

artırılmasını tələb etsin. (

32



Maddə 1121. Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin 

ödənilməsi 

1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin 

ödənilməsi hüququ vardır: 

1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq 

təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 

1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 

1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu 

yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə 

başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və 

bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad 

(ər) və ya digər ailə üzvü—əmək qabiliyyətindən asılı olmayaraq; 

1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində 

əmək qabiliyyətini itirmiş şəxslər. 

1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq 

etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, 

arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə 

qulluq qurtardıqdan sonra da saxlayır. 

1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 

1121.3.1. yetkinlik yaşına çatmayanlara—on səkkiz yaşına çatanadək

1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə—əyani təhsil forması üzrə təhsil 

müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 

1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı 

kişilərə—ömürlük; 

1121.3.4. əlillərə—əlillik müddəti üçün; 

1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və 

bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya 

digər ailə üzvünə—qulluq etdikləri on dörd yaşına çatanadək. 



Maddə 1122. Ailə başçısının öldüyü halda dəymiş zərərin əvəzinin ödənilməsi miqdarı 

1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan 

şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən 

müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni 

onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik 

idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin 

tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər 

də daxil edilir. 

1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü 

ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də 

öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri 

qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil 

edilmir. 

1122.3. Ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan 

hər kəsə təyin edilmiş əvəz miqdarı, aşağıdakı hallar istisna olmaqla, sonralar yenidən 

hesablanmamalıdır: 

1122.3.1. ailə başçısı öldükdən sonra uşaq doğulması; 

1122.3.2. ölmüş ailə başçısının uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına 

qulluq etməklə məşğul olan şəxslərə əvəz ödənişi təyin edilməsi və ya əvəz 

ödənilməsinə xitam verilməsi. 

1122.4. Əvəz miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. 

Maddə 1123. Zərərin əvəzinin ödənilməsi miqdarının sonradan dəyişdirilməsi 

1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə 

əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən 

azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz 

miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. 

1123.2. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına 

nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin 

həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər. 

1123.3. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak 

vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun 

azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə 

bilər. 


1123.4. Əgər zərər vurmuş fiziki şəxsin əmlak vəziyyəti əlilliklə, sağlamlıq imkanlarının 

məhdudluğu ilə və ya pensiya yaşına çatmaqla əlaqədar olaraq zərərin əvəzinin 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə