Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə181/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   177   178   179   180   181   182   183   184   ...   190

ödənilməsinin təyin edildiyi məqamdakı vəziyyətə nisbətən pisləşmişdirsə, onun tələbi ilə 

məhkəmə zərərin əvəzinin ödənilməsi miqdarını azalda bilər, amma zərərin qəsdən 

törədilmiş hərəkətlərlə vurulduğu hallar istisna təşkil edir. (

30



Maddə 1124. Dolanacaq xərclərinin yüksəlməsi və minimum əmək haqqının artması ilə 

əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının artırılması 

1124.1. Dolanacaq xərcləri artdıqda zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş 

zərərin əvəzinin ödənilməsi miqdarı qanunla müəyyənləşdirilmiş qaydada 

indeksləşdirilməlidir. 

1124.2. Minimum əmək haqqının artırıldığı halda itirilmiş qazancın (gəlirin), 

zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər 

ödənişlərin əvəzinin ödənilməsi miqdarı minimum əmək haqqının artımına mütənasib 

surətdə artırılır. 



Maddə 1125. Zərərin əvəzinin ödənilməsi üzrə ödənişlər 

1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən 

zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin 

əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri 

zərərvuranın imkanlarını nəzərə almaqla bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə 

bilər. 


1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, 

xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və 

əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə 

əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər. 



Maddə 1126. Hüquqi şəxsə xitam verildikdə zərərin əvəzinin ödənilməsi 

1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş 

qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra 

etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona 

qarşı irəli sürülür. 

1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş 

qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə 

verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun 

kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da 

müəyyənləşdirilə bilər. 



Maddə 1127. Dəfn xərclərinin əvəzinin ödənilməsi 


Zərərçəkənin ölümü nəticəsində dəyən zərər üçün məsuliyyət daşıyan şəxslər dəfn 

xərclərini çəkmiş şəxsə həmin xərclərin əvəzini ödəməlidirlər. Bu xərcləri çəkmiş fiziki 

şəxsin dəfn üçün aldığı müavinət zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 

61-ci f

əsil. Malın, işin və

 ya xidm

ətin qüsurları nə

tic

ə

sind

ə

 d

ə

y

ə

n z

ə

r

ə

rin 

ə

v

ə

zinin öd

ə

nilm

ə

si 

Maddə 1128. Malın, işin və ya xidmətin qüsurları nəticəsində dəyən zərərin əvəzinin 

ödənilməsi əsasları 

1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz 

məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya 

nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına, yaxud hüquqi şəxsin 

əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti 

göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə 

münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin 

qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir 

ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına 

görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. 

1128.2. Bu Məcəllənin 1128-ci maddəsində nəzərdə tutulan qaydalar sahibkarlıq məqsədi 

ilə istifadə edilmək üçün deyil, yalnız istehlak məqsədi ilə malın əldə edildiyi (işin 

görüldüyü, xidmətin göstərildiyi) hallarda tətbiq edilir. 

1128.3. Əgər məhsul bütün hallar nəzərə alınmaqla ondan gözlənilən etibarlığı təmin 

etmirsə, keyfiyyətsiz məhsul sayılır. 

1128.4. Məhsul yalnız sonradan dövriyyəyə daha yaxşı məhsulun daxil edilməsi 

nəticəsində keyfiyyətsiz sayılmır. 

1128.5. Bu Məcəlləyə görə istənilən daşınar əşya digər daşınar və ya daşınmaz əşyanın 

bir hissəsi olduqda da, habelə elektrik cərəyanı məhsul sayılır. Əkinçilik nəticəsində əldə 

edilmiş və hələ emal olunmamış kənd təsərrüfatı məhsulları, heyvandarlıq, arıçılıq və 

balıqçılıq məhsulları (natural kənd təsərrüfatı məhsulları) məhsullara aid edilmir. Ov yolu 

ilə əldə edilmiş məhsullar barəsində də eyni qayda tətbiq edilir. 

1128.6. Bu Məcəlləyə görə son məhsulu, məhsulun əsas ünsürünü və ya hissəsini istehsal 

etmiş şəxs istehsalçı sayılır. Öz adından, əmtəə nişanı ilə və ya digər fərqləndirici nişanla 

istehsalçı kimi çıxış edənlərin hamısı istehsalçı sayılırlar. 

1128.7. Bundan başqa, bu Məcəllədə nəzərdə tutulan şərtləri gözləməklə, öz fəaliyyəti 

sahəsində təsərrüfat məqsədləri üçün məhsulu satış, kirayəyə vermək, lizinq üçün və ya 

digər formada çıxaran şəxs istehsalçı sayılır. 

1128.8. Əgər istehsalçını müəyyənləşdirmək mümkün deyildirsə, hər hansı məhsul 

göndərən (bu barədə tələb verildikdən sonra bir ay ərzində onun istehsalçı barəsində 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə