Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə179/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   175   176   177   178   179   180   181   182   ...   190

1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat 

vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu 

Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət 

daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə 

dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. (

12



Maddə 1109. Yanğının söndürülməsi zamanı əmələ gəlmiş zərərin əvəzinin ödənilməsi 

Yanğının söndürülməsi, qonşu mənzillərə və binalara yayılmasının qarşısının alınması 

zamanı başqa şəxslərə dəymiş zərərin əvəzini yanğının törənməsində təqsiri olan şəxs 

ödəyir. (

12



Maddə 1110. Heyvanın vurduğu zərərin əvəzinin ödənilməsi 



Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. 

Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti 

yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, 

zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. 



Maddə 1111. Binanın uçması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi 

1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində 

əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca 

saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. 

1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində 

vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin 

qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar 

istisna təşkil edir. 



Maddə 1112. Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi 

Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. 

nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 

Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən 

azad edilir. 

Maddə 1113. Birlikdə törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyət 

1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən 

qarşısında birgə məsuliyyət daşıyırlar. 

1113.2. Zərərçəkənin ərizəsi ilə və onun mənafeləri üçün məhkəmə zərəri birlikdə 

vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Həmin hissələr bu 

Məcəllənin 1114.2-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən müəyyənləşdirilir. 




Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 

1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, 

nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin 

həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz 

miqdarında geriyə tələb (reqres) hüququ vardır. 

1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər 

birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun 

məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün 

olmadıqda hissələr bərabər sayılır. 

1114.3. Təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin 

vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə 

minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə 

reqres hüququ vardır. 

1114.4. Bu Məcəllənin 1103-1105-ci maddələrində göstərilmiş əsaslar üzrə zərərin 

əvəzini ödəmiş şəxslərin zərərvurmuş şəxsə reqres hüququ yoxdur. 

Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları 

Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün 

məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada 

ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) 

və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 

Maddə 1116. Zərərçəkənin təqsirinin və zərərvuranın əmlak vəziyyətinin nəzərə alınması 

1116.1. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərin əvəzi ödənilmir. 

1116.2. Əgər zərərin əmələ gəlməsinə və ya artmasına zərərçəkənin özünün kobud 

ehtiyatsızlığı şərait yaratmışdırsa, zərərçəkənin və zərərvuranın təqsirinin dərəcəsindən 

asılı olaraq əvəz ödənilməsi miqdarı azaldılmalıdır. Zərərçəkənin kobud ehtiyatsızlığa yol 

verdiyi, zərərvuranın təqsirinin olmadığı və təqsirdən asılı olmayaraq məsuliyyətinin baş 

verdiyi hallarda, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, əvəz ödənilməsinin 

miqdarı azaldılmalı və ya zərərin əvəzini ödəməkdən imtina edilməlidir. Fiziki şəxsin 

həyatına və ya sağlamlığına zərər vurulduqda onun əvəzini ödəməkdən imtina edilməsinə 

yol verilmir. Əlavə xərclərin əvəzi ödənilərkən, ailə başçısının ölümü ilə əlaqədar zərərin 

əvəzi ödənilərkən, habelə dəfn xərclərinin əvəzi ödənilərkən zərərçəkənin təqsiri nəzərə 

alınmır. 

1116.3. Zərərin qəsdən törədilmiş hərəkətlər nəticəsində vurulduğu hallar istisna olmaqla, 

məhkəmə fiziki şəxsin vurduğu zərərin əvəzinin ödənilməsi miqdarını onun əmlak 

vəziyyətini nəzərə almaqla azalda bilər. (

12




60-

cı fəsil. Fiziki şə

xsin h

əyatına və

 

ya sağlamlığına vurulmuş zə

r

ə

rin 

ə

v

ə

zinin öd

ə

nilm

ə

si 

Maddə 1117. Müqavilə öhdəliklərinin və ya digər vəzifələrin icrası zamanı fiziki şəxsin 

həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi 

Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin 

və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına 

vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü 

nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. 

Maddə 1118. Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakteri 

1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən 

zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın 

(gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən 

müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının 

qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, 

başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin 

həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun 

olmadığı müəyyənləşdirilsin. 

1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və 

ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, 

eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin 

edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin 

əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi 

hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc 

(gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 

1118.3. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin 

əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artıla bilər. 



Maddə 1119. Sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın (gəlirin) 

müəyyənləşdirilməsi 

1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun 

xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini 

itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində 

müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi 

dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini 

itirməsi dərəcəsinə uyğun gəlməlidir. 

1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm 

də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin 

gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə