Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə187/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   182   183   184   185   186   187   188   189   190

Vəsiyyət tapşırığını alan vəsiyyət tapşırığının miras açılan gündən hesablanan üç illik 

iddia müddəti ərzində icra olunmasını tələb edə bilər. 



Maddə 1214. Məcburi pay alınarkən vəsiyyət tapşırığı 

Vəsiyyət tapşırığının icrasının həvalə edildiyi vəsiyyət üzrə vərəsənin məcburi pay almaq 

hüququ da olduqda, o, vəsiyyət tapşırığını yalnız vəsiyyət edilmiş əmlakın məcburi 

paydan əlavə aldığı hissəsi həddində icra edir. 



Maddə 1215. Vəsiyyət tapşırığını alanın məsuliyyəti 

Vəsiyyət tapşırığını alan miras qoyanın borcları üçün məsuliyyət daşımır. 



Maddə 1216. Vəsiyyət tapşırığından imtina 

Vəsiyyət tapşırığını alan vəsiyyət tapşırığını qəbul etməkdən imtina edə bilər. Bu halda 

mirasın müvafiq hissəsi vəsiyyət tapşırığının həvalə olunacağı vərəsəyə qalır. 

Maddə 1217. Vəsiyyət tapşırığının icrasından azad edilmə 

Əgər vəsiyyət tapşırığını alan onu qəbul etməkdən imtina edərsə, vəsiyyət tapşırığının 

icrasının həvalə olunduğu vərəsə onu icra etmək vəzifəsindən azad edilir. 

Maddə 1218. Vəsiyyət tapşırığının vərəsələrə keçməsi 

Əgər vəsiyyət tapşırığını alan miras açıldıqdan sonra vəsiyyət tapşırığının qəbuluna 

razılıq verməyə macal tapmadan ölərsə, vəsiyyət tapşırığını almaq hüququ tapşırığı onun 

əvəzinə qəbul edəcək vərəsələrinə keçir. 



Maddə 1219. Ümumi faydalı məqsədlər üçün vəsiyyət tapşırığı 

1219.1. Vəsiyyət edən vərəsəyə ümumi faydalı məqsədlər üçün hər hansı hərəkətin 

icrasını tapşıra bilər. Bu hərəkət həm əmlak, həm də qeyri-əmlak xarakteri daşıya bilər. 

1219.2. Əgər tapşırılmış hərəkət əmlaka aiddirsə, vəsiyyət tapşırığını tənzimləyən 

normalar tətbiq edilir. 

1219.3. Vəsiyyətdə ümumi faydalı məqsədlər üçün hər hansı hərəkətin icrasının 

tapşırıldığı vərəsənin öldüyü halda bu öhdəliyin icrası mirası qəbul etmiş digər vərəsələrə 

keçir. 


1219.4. Vərəsəyə tapşırılmış hərəkətin icrasını ondan vəsiyyətnamənin icraçısı, beləsi 

olmadıqda isə hər hansı vərəsə, habelə maraqlı siyasi partiya, ictimai birlik, həmkarlar 

ittifaqı və dini təşkilat, fond, dövlət hakimiyyəti və ya yerli özünüidarə orqanları 

məhkəmə yolu ilə tələb edə bilərlər. 




68-ci f

ə

sil. V

ə

siyy

ə

tnam

ə

nin d

əyişdirilmə

si v

ə

 ya l

əğvi

 

Maddə 1220. Vəsiyyətnamənin dəyişdirilməsi imkanları 

1220.0. Vəsiyyət edən vəsiyyətnaməni aşağıdakı üsullarla həmişə dəyişdirə və ya ləğv 

edə bilər: 

1220.0.1. əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini 

birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; 

1220.0.2. notariat orqanına ərizə verməklə; 

1220.0.3. vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya 

onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə. 



Maddə 1221. Ləğv edilmiş vəsiyyətnamənin bərpasının yolverilməzliyi 

Sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib 

edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz. 

Maddə 1222. Bir neçə vəsiyyətnamə 

Əgər vəsiyyət edən bir neçə vəsiyyətnamə tərtib etmişdirsə, lakin onlar bir-birini 

tamamlayır və tam əvəz etmirsə, bütün vəsiyyətnamələr qüvvədə qalır. Əvvəlki 

vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda qüvvədə 

qalır. 

Maddə 1223. Notariat vəsiyyətnaməsinin üstünlüyü 

1223.1. Əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri 

notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə 

üstünlük verilir. 

1223.2. Notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. 

Maddə 1224. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılmasının əsasları 

1224.0. Vəsiyyətnamə aşağıdakı hallarda qüvvədən düşür: 

1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə

1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun 

tərəfindən özgəninkiləşdirildikdə; 

1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə. 




Maddə 1225. Vəsiyyətnamənin etibarsızlığı 

1225.1. Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda 

etibarsız sayılır. 

1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə 

zidd olan şərtlər etibarsızdır. 

1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, 

habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə 

bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 



Maddə 1226. Ayrı-ayrı vəsiyyət sərəncamlarının etibarsızlığı 

1226.1. Mirasda olmayan əşyaya vərəsəliyə çağırmağa əsas verən vəsiyyət sərəncamı 

etibarsızdır. 

1226.2. Əgər kiməsə miras əmlakda olmayan pul məbləği vəsiyyət edilmişdirsə, 

vəsiyyətnamənin bu cür sərəncamı etibarsızdır. 

1226.3. Vərəsənin mirası müəyyən dövr üçün və ya miras qoyanın öldüyü gündən deyil

sonralar alacağı barədə, habelə vərəsənin ölümündən sonra mirasın kimə keçməli olduğu 

barədə vəsiyyət sərəncamı etibarsızdır. 



Maddə 1227. Vəsiyyət sərəncamının icrasının qeyri-mümkünlüyü nəticəsində etibarsızlığı 

Vəsiyyət sərəncamı vərəsə tərəfindən sağlamlıq vəziyyətinə və ya digər obyektiv 

səbəblərə görə yerinə yetirilə bilmədikdə vərəsənin iddiası üzrə etibarsız sayıla bilər. 

Maddə 1228. Vəsiyyət sərəncamlarından birinin etibarsızlığının nəticələri 

Əgər bir neçə vəsiyyət sərəncamından biri etibarsızdırsa və ya qüvvədən düşmüşdürsə və 

miras qoyan başqa sərəncamlar verməmişdirsə, vəsiyyətnamənin qalan sərəncamları 

qüvvədə qalır. 



Maddə 1229. Vəsiyyətnamənin etibarsızlığı halında mirasın alınması 

Vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan 

məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. 

Maddə 1230. Vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edilməsi 

Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar 

üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 

Maddə 1231. İddia verilməsi müddəti 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə