Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə188/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   182   183   184   185   186   187   188   189   190

1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı 

gündən iki il ərzində irəli sürülə bilər. 

1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət 

etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti 

mülkiyyətçinin iddiasına şamil edilmir. 

69-cu f

ə

sil. V

ə

siyy

ə

tnam

ənin icrası

 

Maddə 1232. Vəsiyyətnamənin icrası subyektləri 

Vəsiyyətnamədə göstərişin olmadığı halda onun icrası vəsiyyət üzrə vərəsələrin öhdəsinə 

qoyulur. Vərəsələr vəsiyyətnamənin icrasını qarşılıqlı razılaşmaya əsasən özlərindən 

birinə və ya başqa şəxsə etibar edə bilərlər. 



Maddə 1233. Vəsiyyətnamənin icraçısının təyin edilməsi 

Vəsiyyət sərəncamlarının dəqiq icrası məqsədi ilə vəsiyyət edən vəsiyyətnamə ilə həm 

vəsiyyət üzrə vərəsələr sırasından vəsiyyətnamənin bir və ya bir neçə icraçısını, həm də 

vərəsə olmayan başqa şəxsi təyin edə bilər. Başqa şəxsin təyin edildiyi halda 

vəsiyyətnamə icraçısının razılığı zəruridir. Bu razılığı o, vəsiyyətnamənin özündə və ya 

vəsiyyətnaməyə qoşulmuş ərizədə yazmaqla ifadə etməlidir. 



Maddə 1234. Vəsiyyətnamənin icrasından imtina 

Vəsiyyətnamənin icraçısı vəsiyyət edənin onun öhdəsinə qoyduğu vəzifədən istənilən 

vaxt imtina edə bilər. Bu barədə o, vəsiyyət üzrə vərəsələri qabaqcadan xəbərdar 

etməlidir. 



Maddə 1235. Vəsiyyətnamənin icraçısının üçüncü şəxs tərəfindən təyin edilməsi 

Vəsiyyət edən vəsiyyətnamənin icraçısını təyin etməyi üçüncü şəxsə tapşıra bilər. Həmin 

şəxs miras açıldıqdan sonra dərhal vəsiyyətnamənin icraçısını təyin etməli və bu barədə 

vərəsələrə məlumat verməlidir. O, həmin tapşırığı yerinə yetirməkdən imtina edə bilər. 

Bu barədə də o, vərəsələrə ləngimədən məlumat verməlidir. 

Maddə 1236. Vəsiyyətnamənin tamamilə və ya qismən icrası 

Vəsiyyətnamənin icraçısına vəsiyyətnaməni tamamilə və ya onun ayrı-ayrı 

sərəncamlarını icra etmək tapşırıla bilər. 

Maddə 1237. Mirasın mühafizə və idarə edilməsi 

Mirasın açıldığı andan vəsiyyətnamənin icraçısı mirası mühafizə və idarə etməyə 

başlamalıdır; o, vəsiyyətnamənin icrası üçün zəruri olan bütün hərəkətləri yerinə 



yetirməyə səlahiyyətlidir. Bu səlahiyyət daxilində vərəsələr mirası idarə etmək hüququnu 

itirirlər. 



Maddə 1238. Mirasın bir neçə icraçı tərəfindən mühafizə və idarə edilməsi 

Əgər vəsiyyətnamənin bir neçə icraçısı vardırsa, təkbaşına hərəkətlərə yalnız mirasın 

mühafizəsi məqsədi ilə yol verilir, qalan hallarda onlar arasında razılıq zəruridir. 

Maddə 1239. Vəsiyyətnamənin icrası xərclərinin əvəzinin ödənilməsi 

1239.1. Vəsiyyətnamənin icraçısı öz vəzifələrini əvəzsiz yerinə yetirir, hərçənd, 

vəsiyyətnamədə nəzərdə tutulmuşdursa, muzd da ala bilər. 

1239.2. Vəsiyyətnamənin icraçısı əmlakın mühafizəsinə və idarə edilməsinə çəkdiyi 

zəruri xərclərin əvəzinin mirasdan ödənilməsi hüququna malikdir. 

1239.3. Vərəsə olmayan vəsiyyətnamə icraçısı, bu Məcəllənin 1249-cu maddəsində 

nəzərdə tutulan hallardan başqa, digər xərcləri mirasdan ödəyə bilməz. 

Maddə 1240. İcraçının hesabatı 

Vəsiyyətnaməni icra etdikdən sonra vəsiyyətnamənin icraçısı vərəsələrin tələbi ilə onlara 

öz fəaliyyəti barəsində hesabat verməyə borcludur. Vəsiyyətnamənin icraçısı öz 

funksiyalarını bütün vərəsələr mirası qəbul edənədək yerinə yetirir. 



Maddə 1241. Vəsiyyətnamə icraçısının kənar edilməsi 

Vəsiyyətnamənin icraçısı öz vəzifələrini yerinə yetirmədikdə, maraqlı şəxs icraçının 

kənar edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 

Maddə 1242. Vəsiyyətnamə icraçısının məsuliyyəti 

Əgər vəsiyyətnamənin icraçısı vəsiyyətnamə ilə onun öhdəsinə qoyulmuş vəzifələrin 

icrasından qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kənara çıxarsa və bununla da 

vərəsələrə zərər vurarsa, bu zərər üçün məsuliyyət daşımalıdır. 



70-ci f

əsil. Mirasın qə

bul edilm

ə

si v

ə

 onun q

əbulundan imtina olunması

 

Maddə 1243. Mirasın qəbul edilməsi 

1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 

1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə 

ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda 

və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən 

qəbul edilmiş sayılır. 




1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, 

mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası 

tamamilə qəbul etmişdir. 

1243.4. Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə 

imtina edərsə, belə hərəkət mirasın qəbul olunması sayılır. (

12



Maddə 1244. Mirasın fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi 

Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və 

məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul 

edirlər. 



Maddə 1245. Mirasın nümayəndə vasitəsi ilə qəbul edilməsi 

Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər. 



Maddə 1246. Mirasın qəbul edildiyi müddət 

Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası 

qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol 

verilmir. (

12



Maddə 1247. Mirasın qəbul edilməsinin xüsusi müddəti 

Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, 

miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul 

edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. (

12



Maddə 1248. Mirasın qəbul edilməsi vaxtının uzadılması 



1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə

gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər 

mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət 

edilmədən də qəbul oluna bilər. 

1248.2. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu 

gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş 

əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin 

dəyərinin məbləği də verilir. 



Maddə 1249. Mirasa dair sərəncam verilməsinin yolverilməzliyi 

Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə 

etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn 

edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə