Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə17/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   13   14   15   16   17   18   19   20   ...   190

93.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı 

payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər 

və ya başqa qaydada güzəşt edə bilər. 

93.2. Cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə 

özgəninkiləşdirilməsinə, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə 

tutulmayıbsa, yol verilir. 

93.3. Cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının 

miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər, bu şərtlə ki, 

cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında həmin hüququn 

həyata keçirilməsinin ayrı qaydası nəzərdə tutulmasın. Əgər cəmiyyətin iştirakçıları 

xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun 

iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan 

istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər. 

93.4. Məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsinə uyğun olaraq iştirakçının payının 

(onun bir hissəsinin) üçüncü şəxslərə özgəninkiləşdirilməsi mümkün olmadıqda, 

cəmiyyətin digər iştirakçıları isə onu satın almaqdan imtina etdikdə cəmiyyət iştirakçının 

payını əldə etməyə borcludur. 

93.5. İştirakçının payını (onun bir hissəsini) məhdud məsuliyyətli cəmiyyətin özünün əldə 

etdiyi halda cəmiyyət onu özünün nizamnaməsində nəzərdə tutulan müddətlərdə və 

qaydada başqa iştirakçılara və ya üçüncü şəxslərə satmağa və ya bu Məcəllənin 90.4 və 

90.5-ci maddələrinə uyğun olaraq öz nizamnamə kapitalını azaltmağa borcludur. 

93.6. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı paylar cəmiyyətin 

iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə və hüquqi şəxslərin hüquq varislərinə bu 

şərtlə keçir ki, cəmiyyətin nizamnaməsində payların onlara yalnız cəmiyyətin qalan 

iştirakçılarının razılığı ilə keçməsi nəzərdə tutulmasın. Payın keçməsinə razılıq 

verməkdən imtina edilməsi cəmiyyətin nizamnaməsində nəzərdə tutulan qaydada və 

şərtlərlə cəmiyyətin həmin payın həqiqi dəyərini iştirakçının vərəsələrinə (hüquq 

varislərinə) ödəməsi və ya həmin dəyərə bərabər əmlakı onlara naturada verməsi 

vəzifəsinin yaranmasına səbəb olur. 

Maddə 94. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı payına tutmanın 

yönəldilməsi 

94.1. İştirakçının şəxsi borcları üzrə tutmanın onun məhdud məsuliyyətli cəmiyyətin 

əmlakındakı payına yönəldilməsinə yalnız onun başqa əmlakının borclarını ödəməyə 

kifayət etmədiyi halda yol verilir. Həmin iştirakçının kreditorları məhdud məsuliyyətli 

cəmiyyətdən tutmanın yönəldilməsi məqsədi ilə cəmiyyətin əmlakının borclunun 

nizamnamə kapitalındakı payına uyğun hissəsinin dəyərini ödəməyi və ya bu əmlak 

hissəsini ayırmağı tələb edə bilərlər. Cəmiyyətin əmlakının ayrılmalı hissəsi və ya onun 

dəyəri kreditorların tələb irəli sürdükləri məqamda tərtib edilmiş balans üzrə 

müəyyənləşdirilir. 



94.2. İştirakçının məhdud məsuliyyətli cəmiyyətin əmlakındakı bütün payına tutmanın 

yönəldilməsi onun cəmiyyətdə iştirakına xitam verir. 



Maddə 95. Məhdud məsuliyyətli cəmiyyət iştirakçısının cəmiyyətdən çıxması 

Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı 

olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. 

Maddə 96. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətdən çıxarkən hesablaşmalar 

96.1. Məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin 

nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə 

kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə 

razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz 

edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri 

iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. 

96.2. Əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan 

istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. 

Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir. 

96.3. Cəmiyyət iştirakçısının vərəsəsi və ya onun iştirakçısı olan hüquqi şəxsin hüquq 

varisi cəmiyyətə daxil olmadıqda onunla hesablaşmalar bu maddənin qaydalarına uyğun 

aparılır. 

Maddə 97. Əlavə məsuliyyətli cəmiyyət 

97.1. Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə 

müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət əlavə məsuliyyətli cəmiyyət 

sayılır. Belə cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə öz mayalarının dəyərinin 

cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilən, hamısı üçün eyni olan misli miqdarında 

özlərinin əmlakı ilə birgə subsidiar məsuliyyət daşıyırlar. İştirakçılardan biri müflis 

olduqda cəmiyyətin öhdəlikləri üzrə onun məsuliyyəti, əgər cəmiyyətin nizamnaməsində 

məsuliyyətin bölünməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, qalan iştirakçılar arasında 

onların mayalarına mütənasib surətdə bölünür. 

97.2. Əlavə məsuliyyətli cəmiyyətin firma adında cəmiyyətin adı, habelə «məhdud 

məsuliyyətli cəmiyyət» sözləri göstərilməlidir. 

97.3. Əlavə məsuliyyətli cəmiyyətə, əgər bu maddədə ayrı qayda nəzərdə tutulmayıbsa, 

bu Məcəllənin məhdud məsuliyyətli cəmiyyət haqqında qaydaları tətbiq edilir. 

Maddə 98. Səhmdar cəmiyyəti 

98.1. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar 

cəmiyyəti sayılır. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə