Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə15/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   11   12   13   14   15   16   17   18   ...   190

yetirilməsini və ya xitamını, düşdükləri zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq 

vardır. (

3



45



Maddə 90-1. Məhdud məsuliyyətli cəmiyyətdə mənfəətin bölüşdürülməsi  



90-1.1. Məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş xalis mənfəətin 

iştirakçılar arasında bölüşdürülməsi cəmiyyətin ümumi yığıncağı tərəfindən qəbul edilən 

qərar əsasında cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada həyata keçirilir. 

Həmin qərarda mənfəətin tamamilə və ya qismən bölüşdürülməsi müəyyən edilə bilər. 

90-1.2. Məhdud məsuliyyətli cəmiyyətin hər bir iştirakçısının nizamnamə kapitalındakı 

mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Cəmiyyətin nizamnaməsində 

ayrı qayda nəzərdə tutulmamışdırsa, xalis mənfəət ümumi yığıncağın qərarı qəbul 

edildikdən sonra bir ay müddətində ödənilməlidir. 

90-1.3. Məhdud məsuliyyətli cəmiyyət aşağıdakı hallarda mənfəətin bölüşdürülməsi 

haqqında qərar qəbul edə bilməz: 

90-1.3.1. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul 

edildiyi anda cəmiyyət qanunla müəyyən edilmiş müflisləşmə və ya iflas 

əlamətlərinə uyğun gəlirsə və ya həmin qərarın qəbul edilməsi nəticəsində belə 

əlamətlər əmələ gələcəksə; 

90-1.3.2. əgər bu Məcəllənin 90-1.1-ci maddəsində nəzərdə tutulan qərar qəbul 

edildiyi anda cəmiyyətin xalis aktivlərinin dəyəri onun nizamnamə kapitalından 

azdırsa və ya həmin qərarın qəbul edilməsi nəticəsində onun məbləğindən az 

olacaqsa. (

3



Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 

91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi 

yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri 

iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə 

tutulduğu halda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş 

komissiyası (müfəttiş) yaradıla bilər. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə 

cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra 

orqanı (kollegial və (və ya) təkbaşçı) yaradılır. Cəmiyyəti təkbaşçı idarəetmə orqanı onun 

iştirakçıları olmayanların sırasından da seçilə bilər. 



91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti 

və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi 

yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara 

seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək, şəxsən iştirak etmək və ya 

bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil 

olunmaq hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər 

hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi 


yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib 

səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və 

üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda 

məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin 

iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən 

məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin 

iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə 

bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi 

yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. 

91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı 

tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az 

olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş 

ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec 

olmayaraq çağırılır. 

91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı nizamnamədə 

müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq 

icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə 

şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə 

malik olan iştirakçıların tələbi ilə çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin 

növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. 

91.1-4. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə 

aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul 

edilir və yazılı surətdə rəsmiləşdirilir. 

91.2. Cəmiyyəti idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul 

etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin 

nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir. 

91.3. Məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna 

səlahiyyətinə aşağıdakılar aiddir: 

91.3.1. cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını 

dəyişdirmək; 

91.3.2. cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından 

əvvəl xitam vermək; 

91.3.3. cəmiyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun 

mənfəətini və zərərini bölüşdürmək

91.3.4. cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək; 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə