Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə16/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   12   13   14   15   16   17   18   19   ...   190

91.3.5. cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş 

komissiyasını (müfəttişini) seçmək. 

91.4. Məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq 

üçün hər il əmlak mənafeləri ilə cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan 

peşəkar auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatının auditor 

yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı 

həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin 

auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə 

müəyyənləşdirilir. 

91.5. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin 

aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq 

hesabat) tələb olunmur.(

3



Maddə 91-1. Məhdud məsuliyyətli cəmiyyətin direktorlar şurası (müşahidə şurası)  



91-1.1. Bu Məcəllənin 91.1-ci maddəsində nəzərdə tutulmuş halda yaradılmış direktorlar 

şurası (müşahidə şurası) cəmiyyətin ümumi yığıncaqlar arasındakı dövrdə onun icra 

orqanının fəaliyyətinə nəzarəti həyata keçirir. Əgər nizamnamədə təftiş komissiyasının 

seçilməsi (müfəttişin təyin edilməsi) nəzərdə tutulmamışdırsa, bu Məcəlləyə uyğun olaraq 

təftiş komissiyasının (müfəttişin) səlahiyyətləri direktorlar şurasına (müşahidə şurasına) 

verilə bilər. 

91-1.2. Cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) yaradılması və fəaliyyəti, 

habelə səlahiyyətlərinə xitam verilməsi qaydası nizamnamə ilə müəyyən edilir. 

91-1.3. Cəmiyyətin təkbaşına rəhbəri, kollegial icra orqanının rəhbəri (üzvü), kənar 

idarəçi direktorlar şurasının (müşahidə şurasının) üzvü ola bilməz. (

3



Maddə 91-2. Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı  

91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi 

qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. 

91-2.2. Cəmiyyətin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola bilər. 

91-2.3. Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin 

seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs 

və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına 

rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna 

olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. 

91-2.4. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının 

səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) 

verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından 


ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan 

biri tərəfindən imzalanan müqavilə bağlanır. 

91-2.5. Kənar idarəçi icra orqanı kimi cəmiyyətə münasibətdə idarəetməni qeyri-

qənaətbəxş həyata keçirməsi nəticəsində və üçüncü şəxslərə ziyan vurduğu zərərə görə 

qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. (

3



Maddə 91-3. Məhdud məsuliyyətli cəmiyyətin təftiş komissiyası (müfəttişi)  

91-3.1. Bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş halda cəmiyyətin 

iştirakçılarının ümumi yığıncağının qərarı ilə təftiş komissiyası (müfəttiş) seçilir (təyin 

edilir). 

91-3.2. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması qaydaları, onun 

tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 

91-3.3. Cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki şəxslər seçilir 

(təyin edilir). Cəmiyyətin iştirakçısı olmayan şəxslərin də təftiş komissiyasına üzv 

seçilməsinə (müfəttiş təyin edilməsinə) yol verilir. Cəmiyyətin direktorlar şurasının 

(müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvü), təkbaşına rəhbər və 

ya kənar idarəçi təftiş komissiyasına üzv seçilə (müfəttiş təyin edilə) bilməz. 

91-3.4. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) cəmiyyətin maliyyə-təsərrüfat 

fəaliyyətini yoxlamaq və bu məqsədlə cəmiyyətin fəaliyyətinə aid olan bütün sənədləri 

əldə etmək hüququ vardır. Təftiş komissiyasının (müfəttişin) tələbi ilə direktorlar 

şurasının (müşahidə şurasının) və ya kollegial icra orqanının rəhbəri (üzvləri), təkbaşına 

rəhbər, kənar idarəçi şifahi və ya yazılı formada zəruri məlumatları təqdim etməyə 

borcludurlar. 

91-3.5. Cəmiyyətin təftiş komissiyası (müfəttiş) varsa, bu nəzarət orqanının rəyi olmadan 

cəmiyyətin iştirakçılarının ümumi yığıncağı cəmiyyətin illik hesabatlarını və mühasibat 

balanslarını təsdiq edə bilməz, habelə mənfəət və zərərin bölüşdürülməsinə dair qərar 

qəbul edə bilməz. (

3



Maddə 92. Məhdud məsuliyyətli cəmiyyətin yenidən təşkili və ləğvi 

92.1. Məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü 

surətdə yenidən təşkil və ya ləğv edilə bilər. Cəmiyyətin yenidən təşkilinin və ləğvinin 

başqa əsasları, habelə onun yenidən təşkili və ləğvi qaydası bu Məcəllə ilə 

müəyyənləşdirilir. 

92.2. Məhdud məsuliyyətli cəmiyyət səhmdar cəmiyyətinə çevrilə bilər. 



Maddə 93. Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalındakı payın keçməsi 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə