Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə24/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   20   21   22   23   24   25   26   27   ...   190

107-10.6. Cəmiyyətin icra orqanının və ya direktorlar şurasının (müşahidə şurasının) 

üzvü mülkiyyətində olan qiymətli kağızlarla əqdi bağlamazdan əvvəl bu barədə məlumatı 

kütləvi informasiya vasitələrində açıqlamalıdır. 

107-10.7. Cəmiyyətin səhmlərinin iyirmi faizinə malik olan səhmdar cəmiyyətin icra 

orqanının üzvü seçilə bilməz. (

3



Maddə 107-11. Səhmdar cəmiyyətinin təftiş komissiyası (müfəttişi)  

107-11.1. Səhmdarların sayı əllidən çox olan cəmiyyətlərdə maliyyə-təsərrüfat 

fəaliyyətinə nəzarətin həyata keçirilməsi üçün ümumi yığıncaqda təftiş komissiyası 

(müfəttiş) seçilir (təyin edilir). Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda 

səhmdarların sayı əllidən çox olmayan cəmiyyətlərdə də təftiş komissiyası (müfəttiş) 

seçilə (təyin edilə) bilər. 

107-11.2. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) formalaşdırılması qaydaları, onun 

tərkibi və fəaliyyətinin qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilir. 

107-11.3. Cəmiyyətin təftiş komissiyasının üzvlüyünə (müfəttiş kimi) fiziki şəxslər seçilir. 

Təftiş komissiyasının üzvü (müfəttiş) cəmiyyətin səhmdarı, direktorlar şurasının 

(müşahidə şurasının) və cəmiyyətin icra orqanlarının üzvü ola bilməz. 

107-11.4. Cəmiyyətin təftiş komissiyasının üzvlərinin (müfəttişin) səlahiyyət müddəti 

nizamnamə ilə üç ildən artıq olmayan müddətə müəyyən edilir. 

107-11.5. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təftişi cəmiyyətin təftiş 

komissiyasının (müfəttişin) təşəbbüsü ilə ümumi yığıncağın və ya direktorlar şurasının 

(müşahidə şurasının) qərarı ilə və ya cəmiyyətin səsli səhmlərinin on faizindən artıq 

hissəsinə malik olan səhmdarların və cəmiyyətin icra orqanının tələbi ilə həyata keçirilir. 

107-11.6. Cəmiyyətin təftiş komissiyasının (müfəttişin) tələbi ilə cəmiyyətin bütün 

orqanları və vəzifəli şəxsləri cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar olan 

sənədləri təqdim etməlidirlər. (

3



Maddə 108. Səhmdar cəmiyyətinin yenidən təşkili və ləğvi 

108.1. Səhmdar cəmiyyəti səhmdarların ümumi yığıncağının qərarı ilə könüllü surətdə 

yenidən təşkil və ya ləğv edilə bilər. Səhmdar cəmiyyətinin yenidən təşkilinin və ləğvinin 

başqa əsasları və qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 



108.2. Səhmdar cəmiyyəti məhdud məsuliyyətli cəmiyyətə çevrilə bilər. 

Maddə 109. Kooperativlər haqqında əsas müddəalar 


109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün 

üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun 

üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. 

109.2. Kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin 

nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə 

pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs 

hüququ olan fiziki və (və ya) hüquqi şəxsdir. 

109.3. Kooperativin ortaq (assosiativ) üzvü bu Məcəllənin tələblərinə cavab verən və 

kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı və 

yalnız mütləq pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak 

etmək və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla səs hüququna malik 

olmayan fiziki və (və ya) hüquqi şəxsdir. 

109.4. Kooperativ üzvünün əmlak pay haqqı nizamnamə ilə müəyyənləşdirilən qaydada 

və həcmdə üzvlər tərəfindən ödənilən daşınar və (və ya) daşınmaz əmlakdan, habelə pulla 

qiymətləndirilən əmlak hüquqlarından ibarət olan pay haqqıdır. Əmlak pay haqqı mütləq 

və əlavə ola bilər. 

109.5. Mütləq əmlak pay haqqı üzv tərəfindən mütləq qaydada ödənilən, kooperativin 

fəaliyyətində iştirak etmək, səs vermək və əsas kooperativ ödənişlərini almaq hüququ 

verən əmlak payıdır. 

109.6. Əlavə əmlak pay haqqı üzv tərəfindən bu Məcəllənin 109.5-ci maddəsində 

göstərilən pay haqqından əlavə, öz arzusu ilə ödənilən və kooperativ ödənişlərindən (əsas 

kooperativ ödənişlərindən) başqa, həmçinin dividend (əlavə kooperativ ödənişləri) almaq 

hüququ verən paydır. 

109.7. Üzvlük haqqı iştirakçının kooperativ üzvlüyünə daxil olması zamanı bununla bağlı 

xərclərin ödənilməsi üçün verilən pul məbləğidir. Kooperativ üzvünün kooperativ 

ödənişləri (əsas kooperativ ödənişləri) və dividend (əlavə kooperativ ödənişləri) almaq 

hüququ vardır. 

109.8. Kooperativ ödənişləri (əsas kooperativ ödənişləri) üzvlərin mütləq əmlak pay 

haqqına, kooperativdə şəxsi əməyinə və digər növ fəaliyyətinə mütənasib surətdə onlara 

ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 

109.9. Dividend (əlavə kooperativ ödənişləri) yalnız səs hüququna malik olan üzvlərə 

onların əlavə əmlak pay haqlarına və kooperativin ortaq (assosiativ) üzvlərinin mütləq 

əmlak pay haqlarına mütənasib surətdə ödənilən kooperativ mənfəətinin bir hissəsidir. 

109.10. Kooperativin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilən 

məlumatlardan savayı kooperativ üzvlərinin pay haqlarının miqdarı haqqında; pay 

haqlarının verilməsi qaydası və onların verilməsi öhdəliyinin pozulmasına görə 

kooperativ üzvlərinin məsuliyyəti haqqında; kooperativin idarəetmə orqanlarının tərkibi 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə