Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə26/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   22   23   24   25   26   27   28   29   ...   190

miqdarı kooperativin nizamnaməsində müəyyənləşdirildikdə kooperativin digər üzvlərini 

mütləq pay haqqı miqdarından artıq məbləğdə müəyyənləşdirilə bilər. 

109-2.8. Kooperativin ortaq (assosiativ) üzvü, onun kooperativdə üzvlüyü ilə bağlı 

şərtlərin kooperativin nizamnaməsində dəyişdirilməsi halları istisna olmaqla səs 

hüququna malik deyildir. (

2



Maddə 109-3. Kooperativ üzvlüyünə qəbul 

Kooperativin üzvlüyünə qəbul, üzv olmaq istəyən şəxsin kooperativə rəsmi müraciəti 

əsasında nizamnamə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. Kooperativin 

üzvünə üzvlük kitabçası verilir. Kitabçada göstərilən yazıların məzmunu kooperativin 

nizamnaməsi ilə müəyyənləşdirilir. (

2



Maddə 109-4. Kooperativ üzvlərinin hüquq və vəzifələri 

109-4.1. Kooperativin üzvlərinin aşağıda göstərilən hüquqları vardır: 

109-4.1.1. kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq; 

109-4.1.2. kooperativin idarə edilməsində və fəaliyyətində iştirak etmək, 

kooperativin orqanlarını seçmək və onlara seçilmək; 

109-4.1.3. kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə 

də digər sənədləri ilə tanış olmaq; 

109-4.1.4. kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və 

vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər 

vermək; 

109-4.1.5. mənfəətin bölüşdürülməsində iştirak etmək və digər ödənişləri almaq; 

109-4.1.6. kooperativ ləğv edildikdə kreditorlarla hesablaşmalardan sonra 

əmlakın onun payına düşən hissəsini və ya bu hissənin dəyərini almaq; 

109.4.1.7. kooperativin üzvləri üçün nəzərdə tutulmuş imtiyazlardan və 

güzəştlərdən istifadə etmək

109.4.1.8. bu Məcəllə və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər 

hüquqları həyata keçirmək. 

109-4.2. Bu Məcəllənin 109-4.1.2-ci və 109-4.1.7-ci maddələrində nəzərdə tutulan 

hüquqlar kooperativin ortaq (assosiativ) üzvlərinə şamil olunmur. 


109-4.3. Kooperativin fəaliyyətində şəxsi əməyi ilə iştirak edən üzvlərin göstərilən 

hüquqlardan savayı, öz əməyinə görə pul və ya natura ilə əməkhaqqı almaq hüququ 

vardır. 

109-4.4. Kooperativin üzvlərinin aşağıda göstərilən vəzifələri vardır: 

109-4.4.1. kooperativə daxil olduqda nizamnamədə nəzərdə tutulmuş qaydada və 

həcmdə üzvlük haqqı və mütləq əmlak pay haqqı vermək və kooperativin fəaliyyəti 

ilə əlaqədar üzərinə götürdüyü digər öhdəlikləri yerinə yetirmək

109-4.4.2. nizamnaməyə əməl etmək, kooperativin orqanlarının qərarlarını yerinə 

yetirmək; 

104-4.4.3. bu Məcəllənin 110.4-cü maddəsində nəzərdə tutulmuş hallarda və 

qaydada kooperativdə əmələ gəlmiş zərərin ödənilməsində iştirak etmək; 

109-4.4.4. qanun və nizamnamə ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə 

yetirmək. (

2



Maddə 110. Kooperativin əmlakı 

110.1. Kooperativin mülkiyyətində olan əmlak kooperativin nizamnaməsinə müvafiq 

surətdə onun üzvlərinin paylarına bölünür. Kooperativin əmlakı (vəsaitləri) onun əsas 

fondlarından, dövriyyə vəsaitindən və balansında göstərilən digər maddi dəyərlərdən 

ibarətdir. Kooperativin əmlakının formalaşdırılması mənbələri onun öz vəsaiti və cəlb 

edilmiş vəsait ola bilər. Kooperativin öz vəsaitini onun nizamnaməsində nəzərdə tutulmuş 

əmlak pay haqları, sahibkarlıq fəaliyyətindən, öz vəsaitlərinin banklarda və digər kredit 

təşkilatlarında, qiymətli kağızlarda yerləşdirilməsindən daxil olan gəlirlər, kreditlər, 

fiziki və hüquqi şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr 

hesabına formalaşdırır. Kooperativ tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş 

qaydada cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitlərinin (əmlakının) 50 

faizindən çox olmamalıdır. Kooperativin əmlakı onun xüsusi mülkiyyətindədir. 

Kooperativin üzvü onun mülkiyyətində olan əmlakı müqavilə əsasında istifadə edilmək 

üçün kooperativə verə bilər. Kooperativ ittifaqı onun mülkiyyətində olan əmlakı müqavilə 

əsasında istifadə edilmək üçün onun üzvü olan kooperativə verə və ittifaqın 

nizamnaməsində müəyyənləşdirilmiş digər məqsədlər üçün istifadə edə bilər 

110.2. Əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin 

üzvü kooperativ qeydə alınanadək pay haqqını tamamilə verməyə borcludur. 

110.3. Kooperativin nizamnaməsi ilə müəyyənləşdirilə bilər ki, kooperativə mənsub 

əmlakın bir hissəsini nizamnamə ilə təyin edilən məqsədlər üçün istifadə olunan 

bölünməz fondlar təşkil edir. Bölünməz fondların yaradılmasına dair qərarı kooperativin 

üzvləri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, yekdilliklə 

qəbul edirlər. 




110.4. Kooperativin üzvləri əmələ gəlmiş zərəri illik balansın təsdiqindən sonra iki ay 

ərzində əlavə haqlar vermək yolu ilə ödəməyə borcludurlar. Bu vəzifə yerinə 

yetirilmədikdə kreditorların tələbi ilə kooperativ məhkəmə qaydasında ləğv edilə bilər. 

Kooperativin üzvləri onun öhdəlikləri üçün kooperativin hər bir üzvünün əlavə haqqının 

verilməmiş hissəsi həddində birgə subsidiar məsuliyyət daşıyırlar. 

110.5. Kooperativin ləğvindən sonra qalan əmlak kooperativin üzvləri arasında onun 

nizamnaməsinə uyğun olaraq bölüşdürülür.(

2



Maddə 110-1. Kooperativ üzvlərinin pay haqları və kooperativin pay fondu 

110-1.1. Kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay 

fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin pay fondu kooperativin 

kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini 

müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil 

deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır. 

110-1.2. Kooperativ üzvlərinin pay haqlarına onların şəxsi borclarına görə tutma yalnız 

bu Məcəllənin 112.5-ci maddəsində nəzərdə tutulmuş halda və qaydada yönəldilə bilər. 

110-1.3. Kooperativin pay fondunun və mütləq payın həcmi, mütləq və əlavə payların 

ödənilmə qaydası, əmlakla (əmlak hüquqları ilə) ödənilən payların qiymətləndirilmə 

qaydası nizamnamə ilə müəyyənləşdirilir. Qiymətləndirməyə bu sahədə qanunvericiliklə 

müəyyənləşdirilmiş qaydada məşğul olan şəxslər cəlb edilə bilər. 

110-1.4. Əgər ikinci və sonrakı illərin sonunda kooperativin xalis aktivlərinin dəyəri pay 

fondunun dəyərindən az olarsa, kooperativ üzvlərinin ümumi yığıncağı pay fondunun 

azaldığını elan etməyə və onu qanunvericiliklə müəyyənləşdirilmiş qaydada qeydə 

aldırmağa borcludur. 

110-1.5. Kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ilə pay fondu artırıla və ya 

azaldıla bilər. Pay fondunun miqdarı kooperativin xalis aktivlərinin miqdarından artıq 

olmamalıdır. Kooperativin pay fondunun miqdarı onun xalis aktivlərinin miqdarından 

artıq olduqda kooperativin pay fondu göstərilən fərq məbləğində mütləq pay haqlarının 

proporsional azaldılması yolu ilə azaldılmalıdır. 

110-1.6. Kooperativin pay fondunun artırılmasına mütləq pay haqları miqdarının 

artırılması ilə yol verilir. (

2



Maddə 110-2. Kooperativin mənfəəti və onun bölüşdürülməsi 

110-2.1. Kooperativin mənfəəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyənləşdirilmiş məcburi ödənişlər verildikdən sonra, kooperativin nizamnaməsində 

nəzərdə tutulmuş hallarda və qaydada kooperativin fondlarına, kreditorlarla 

hesablaşmaların həyata keçirilməsinə, kooperativin nizamnaməsi ilə müəyyənləşdirilmiş 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə