Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə25/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   21   22   23   24   25   26   27   28   ...   190

və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində qərarların yekdilliklə 

və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul olunduğu məsələlərə dair qərarlar qəbul 

etməsi qaydası haqqında; kooperativin düşdüyü zərərin ödənilməsi qaydası haqqında 

şərtləri, sənədlərin tərtibi qaydaları (kooperativə qəbulun, üzvlərin siyahısının və pay 

haqlarının qəbulunun rəsmiləşdirilməsi, kooperativ üzvlərinin ümumi yığıncağının və 

digər idarəetmə orqanlarının protokollarının tərtibi və sair) göstərilməlidir. 

109.11. Kooperativ qanunla qadağan olmayan istənilən sahədə qanunvericiliklə 

müəyyənləşdirilmiş qaydada sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Fəaliyyət 

xarakterinə görə kooperativlər istehsal, istehlak, qarışıq (istehsal-istehlak) və digər 

növlərdə ola bilər. 

109.12. Kooperativ öz üzvləri ilə onların istehsal etdiyi məhsulları kooperativə satmaq, iş 

və xidmətləri yerinə yetirmək barədə müqavilələr bağlaya bilər. 

109.13. Dövlət orqanları, bələdiyyələr, digər fiziki və hüquqi şəxslər koopertivlə 

münasibətlərini müqavilə əsasında qururlar. Dövlət orqanları və bələdiyyələr 

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, 

kooperativlərin təsərrüfat, maliyyə, təşkilati (idarəetmə orqanlarının formalaşdırılması) 

və digər fəaliyyətinə müdaxilə etmirlər. 

109.14. Kooperativdə maliyyə-təsərrüfat fəaliyyətinin operativ və mühasibat uçotu, 

statistika hesabatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş 

qaydada aparılır. 

109.15. Kooperativ öz fəaliyyətini həyata keçirmək üçün muzdla işçilər tutmaq hüququna 

malikdir. Kooperativin belə işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının 

əmək qanunvericiliyi ilə tənzimlənir. 

109.16. Kooperativin, şəxsi əməyini tətbiq etməklə onun fəaliyyətində iştirak edən üzvləri 

ilə əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi, bu Məcəllə və 

kooperativin nizamnaməsi ilə tənzimlənir. 

109.17. Kooperativin adında onun fəaliyyətinin əsas məqsədi, habelə «kooperativ» sözü 

olmalıdır. (

2



Maddə 109-1. Kooperativin yaradılması 

109-1.1. Kooperativ beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən 

yaradılır. 

109-1.2. Kooperativ yaratmaq məqsədilə fiziki və (və ya) hüquqi şəxslər təşəbbüs qrupu 

yaradırlar. Təşəbbüs qrupunun vəzifələrinə aşağıdakılar daxildir: 

109-1.2.1. pay haqqı fondunun həcmi və onun yaranma mənbələri göstərilməklə 

kooperativin nəzərdə tutulan fəaliyyətinin əsaslandırılması; 


109-1.2.2. kooperativin nizamnamə layihəsinin hazırlanması; 

109-1.2.3. kooperativin üzvlüyünə daxil olmaq barədə fiziki və (və ya) hüquqi 

şəxslərdən ərizələrin qəbul edilməsi; 

109-1.2.4. kooperativin təsis yığıncağının hazırlanması və keçirilməsi. 

109-1.3. Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə 

daxilolma barədə qərar qəbul edir; kooperativin nizamnaməsini təsdiq edir; bu 

Məcəllənin 111-ci maddəsini müddəalarını nəzərə almaqla kooperativin idarəetmə 

orqanlarını formalaşdırır. 

109-1.4. Kooperativin üzvləri öz aralarında bu Məcəllənin 45.2-ci maddəsinə uyğun 

olaraq təsis müqaviləsi bağlayırlar. 

109-1.5. Kooperativin təsis yığıncağının qərarı protokolla rəsmiləşdirilir. (

2



Maddə 109-2. Kooperativin üzvləri 

109-2.1. Kooperativin nizamnaməsini qəbul edən və nizamnamə ilə müəyyənləşdirilmiş 

qaydada və həcmdə üzvlük haqqı və əmlak pay haqqı ödəyən 16 yaşına çatmış fiziki 

şəxslər və (və ya) hüquqi şəxslər kooperativin üzvü ola bilərlər. 

109-2.2. Kooperativin üzvü olan hüquqi şəxslə kooperativdə qanunvericiliklə 

müəyyənləşdirilmiş qaydada müvafiq səlahiyyət verdikləri nümayəndələri vasitəsilə 

təmsil olunmalıdırlar. 

109-2.3. Kooperativin üzvləri kooperativin işində onun fəaliyyət xarakterinə əsasən şəxsi 

əməyini tətbiq etməklə və ya tətbiq etməməklə iştirak edirlər. 

109-2.4. Kooperativin nizamnaməsində ayrı hal nəzərdə tutulmayıbsa, kooperativin üzvü 

başqa kooperativin də üzvü ola bilər. 

109-2.5. Kooperativin üzvlərinə [ortaq (assosiativ) üzvlər istisna olmaqla] onların 

mütləq əmlak paylarına görə dividendlər ödənilmir. 

109-2.6. Kooperativin üzvü yaşına və səhhətinə görə pensiyaya çıxdıqda, kooperativdən 

kənarda seçkili işə keçdikdə, hərbi xidmətə çağırıldıqda və kooperativin nizamnaməsində 

nəzərdə tutulmuş digər hallarda kooperativin ümumi yığıncağının qərarına əsasən 

kooperativdə ortaq (assosiativ) üzvlüyə keçə bilər. 

109-2.7. Kooperativin ortaq (assosiativ) üzvünün mütləq əmlak pay haqqının miqdarı və 

pay haqqı üzrə ödənilən dividendlərin şərtləri kooperativin nizamnaməsinə uyğun olaraq 

ortaq (assosiativ) üzvlə kooperativ arasında bağlanılan müqavilə əsasında 

müəyyənləşdirilir. Kooperativin ortaq (assosiativ) üzvünün mütləq əmlak pay haqqının 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə