Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə33/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   29   30   31   32   33   34   35   36   ...   190

122.9.4. şəriklərin əldə etdikləri mayalara uyğun olaraq cəmiyyətin kapitalına 

qaytarılmaq hüququ olmadan verdikləri nominal məbləğdən yuxarı digər ödənişlərin 

məbləği. 

122.10. Qanuni göstərişlərə, nizamnaməyə və ya şəriklərin müvafiq qərarına uyğun 

olaraq, illik artıqlıqdan tutulası vergiləri çıxmaqla ondan ehtiyata ayrılan məbləğlər 

mənfəətdən ehtiyata ayırmalar sayılır. 



Maddə 123. Mənfəətin və zərərin hesabı 

123.1. Mənfəətin və zərərin hesabı pilləli formada tərtib edilir. Bu zaman aşağıdakı 

maddələr göstərilən ardıcıllıqla ayrıca qeyd edilir: 

123.1.1. dövriyyədən mədaxil; 

123.1.2. hazır məhsulun və yarımçıq məhsulun mövcudluğunun artımı və ya 

azalması; 

123.1.3. öz istehsalının kapitala çevrilmiş məhsulu; 

123.1.4. ümumi balans; 

123.1.5. xammala, yardımçı və iş materiallarına, mallar və xidmətlər əldə 

edilməsinə çəkilən xərclər; 

123.1.6. əmək haqqı və sosial sığorta xərcləri; 

123.1.7. əsas kapitalın qeyri-maddi əmlak obyektləri üzrə amortizasiya ayırmaları 

və təsərrüfat fəaliyyətinin hərəkətə gətirilməsinə çəkilən, aktivlər üzrə keçən 

xərclər; 

123.1.8. digər istehsal məsrəfləri; 

123.1.9. müəssisənin təsərrüfat fəaliyyətinin nəticələri

123.1.10. iqtisadi cəhətdən bağlı firmalar da daxil olmaqla, pay iştirakları üzrə 

gəlirlər; 

123.1.11. əsas kapitalın qiymətli kağızları və qoyuluşlar üzrə gəlirlər; 

123.1.12. digər faizlər və oxşar gəlirlər; 

123.1.13. maliyyə qoyuluşları və dövriyyə kapitalının qiymətli kağızları üzrə 

amortizasiya ayırmaları; 

123.1.14. faizlər və oxşar xərclər; 



123.1.15. adi təsərrüfat fəaliyyətinin nəticələri; 

123.1.16. fövqəladə gəlirlər; 

123.1.17. fövqəladə xərclər; 

123.1.18. gəlirlərdən vergilər; 

123.1.19. digər vergilər; 

123.1.20. illik artıqlıq və ya illik əskiklik. 

123.2. Əgər hüquqi şəxsin mənfəət və zərər hesabının maddələrindən birinə aid olan 

xərcləri və ya gəlirləri əmələ gəlməmişdirsə, bu maddəni göstərməmək olar. Əgər hüquqi 

şəxsin xərcləri və gəlirləri əvvəlki il üçün mənfəət və zərər hesabında eyni növlü 

xərclərin və gəlirlərin göstərildiyi maddədə göstərilmirsə, onda bu, həmin maddələrə aid 

məbləğ göstərilməklə mənfəət və zərər hesabında qeyd edilir və əgər söhbət hüquqi 

şəxsin təsərrüfat fəaliyyətinin nəticəsi üçün mühüm məbləğlərdən gedirsə, qoşmada izah 

olunur. 

123.3. Kapital ehtiyatlarının və ya mənfəətdən ehtiyata ayırmaların artması və ya 

azalması mənfəət və ya zərər hesabında yalnız «illik artıqlıq» və ya «illik əskiklik» 

maddəsindən sonra göstərilir. 

123.4. Mənfəət və zərər hesabının ayrı-ayrı maddələri üzrə göstərişlər. 

123.4.1. dövriyyədən mədaxil—mədaxilin azalması (məsələn, bonus, güzəştlər) 

və dövriyyədən gəlir çıxılmaqla, hüquqi şəxsin adi təsərrüfat fəaliyyəti üçün 

səciyyəvi olan məmulatın və malların satılmasından və kirayəyə və ya icarəyə 

verilməsindən, habelə hüquqi şəxsin adi təsərrüfat fəaliyyəti üçün səciyyəvi olan 

xidmətlərin göstərilməsindən götürülən mədaxildir. 

123.4.2. mövcudluqda dəyişmələr—ehtiyatların həm miqdarının, həm də 

dəyərinin dəyişməsidir; lakin yalnız hüquqi şəxsin adi amortizasiya 

ayırmalarından yüksək deyildirsə, amortizasiya ayırmalarıdır. 

123.4.3. plandankənar amortizasiya ayırmaları, habelə amortizasiya ayırmaları 

müvafiq olaraq ayrılıqda göstərilir və ya qoşmada qeyd edilir. Zərərin keçməsi ilə 

əlaqədar olan və mənfəətin ayrılmasına dair müqaviləyə və ya mənfəətin bir 

hissəsinin ayrılmasına dair müqaviləyə əsasən alınmış gəlirlər və xərclər və ya 

köçürülmüş mənfəət müvafiq adlar altında ayrılıqda göstərilir. 

123.4.4. «fövqəladə gəlirlər» və «fövqəladə xərclər» maddələrində hüquqi şəxsin 

adi təsərrüfat fəaliyyətindən kənarda əmələ gələn gəlirlər və xərclər göstərilir. 

Əgər göstərilmiş məbləğlər gəlirliyin xarakteristikası üçün böyük əhəmiyyət 

daşıyırsa, qoşmada həmin maddələrin məbləğinə və növünə aid izahat verilir. 




Yuxarıdakı müddəalar digər təsərrüfat ilinə aid olan gəlirlər və xərclər üçün də 

etibarlıdır. 

123.4.5. hüquqi şəxsin vergi ödəyicisi kimi ödədiyi və ya ödəməli olduğu 

məbləğlər vergilər kimi göstərilir. 



Maddə 124. Hüquqi şəxsin illik balansına qoşma 

124.1. Hüquqi şəxsin illik balansına əlavə olaraq qoşma tərtib edilir və bu qoşmada 

balansa dair izahatlar verilir. İllik balansın tərtibi zamanı istifadə edilmiş balanslaşdırma 

və qiymətləndirmə metodları hüquqi şəxsin əmlak vəziyyəti və gəlirliyi barəsində 

mümkün qədər dəqiq təsəvvür almaq üçün zəruri olan dərəcədə dolğun şərh edilir. 

Əvvəlki yekun balanslarında istifadə edilmiş balanslaşdırma və qiymətləndirmə 

metodlarından kənaraçıxmalar göstərilir və əsaslandırılır, habelə hüquqi şəxsin əmlak 

vəziyyətinə, maliyyə vəziyyətinə və gəlirliyinə onların təsiri səciyyələndirilir. Qoşmada 

borc kapitalı üzrə faizlərin alınıb-alınmadığı göstərilir. Plandankənar amortizasiya 

ayırmaları izah edilir və əsaslandırılır. 

124.2. Veksellərin indossamenti və başqasına verilməsi üzrə, zaminlik üzrə, veksellərə və 

çeklərə, qarantiya müqavilələrinə dair zaminlik üzrə öhdəliklər, habelə özgə öhdəlikləri 

üzrə qarantiyalar verilməsi üçün məsuliyyət bağlılığı balansın passivlərində 

göstərilmədikdə qoşmada qeyd edilir; onlar bir məbləğ şəklində göstərilə bilər. 

Yuxarıdakı öhdəliklər və məsuliyyət bağlılığı onlara dair eyni dəyərli geri tələblər 

olduqda da göstərilir. Daha sonra balansda təmsil olunmayan digər maliyyə 

öhdəliklərinin ümumi miqdarı göstərilir; onlara sürəkli öhdəlik münasibətləri də aiddir, 

özü də müqavilənin ləğvinin növbəti müddətinədək hüquqi şəxsin xərclərinin dəyər 

qiyməti verilir. 

124.3. Sonra qoşmada idarəetmə üçün cavabdeh olan bütün şəxslərin saxlanmasının 

ümumi məbləği (maaşlar, mənfəətdə iştirak, xərclərin əvəzinin ödənilməsi, sığorta 

ödənişləri, komisyon muzdları və hər cür əlavə haqlar), habelə müşahidə orqanları 

üzvlərinin əməyinin ödənilməsi göstərilməlidir. Bu ümumi məbləğlərə həmçinin 

saxlanmaya çəkilən, lakin ödənilməyən və başqa növ tələblərə çevrilən və ya başqa 

tələblərin artırılması üçün istifadə olunan ödənişlər daxil edilir. Təsərrüfat ili ərzində 

saxlanmaya sərf edilən ödənişlərdən başqa, təsərrüfat ili ərzində həyata keçirilsə də, 

hələlik heç bir illik balansda göstərilməmiş digər ödənişlər göstərilir. Əgər hüquqi şəxsin 

işlərinin idarə edilməsinə cavabdeh şəxslər hüquqi şəxsin özü üçün fəaliyyətlərinə görə 

və ya qanuni təmsilçilər kimi və ya hüquqi şəxslə iqtisadi cəhətdən bağlı olan hüquqi 

şəxslərdən birinin qulluqçuları kimi fəaliyyətlərinə görə ödənişlər alırlarsa, bu məbləğlər 

ayrılıqda göstərilir. Daha sonra hüquqi şəxsin işlərinin idarə edilməsinə bundan əvvəl 

cavabdeh olmuş şəxslərə ödənişlərin ümumi məbləğləri (peşiman haqları 

(kompensasiyalar), pensiyalar, ailə başçısını itirməyə görə pensiyalar və oxşar xidmətlər) 

göstərilir. Əgər həmin şəxslər və ya onların ölümündən sonra qalan qohumları iqtisadi 

cəhətdən bağlı olan hüquqi şəxsdən də peşiman haqları (kompensasiyalar) və ya 

pensiyalar alırlarsa, bunlar ayrılıqda göstərilir. 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə