Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli


Maddə 120. Hüquqi şəxslərin inventar siyahısı



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə30/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   26   27   28   29   30   31   32   33   ...   190

Maddə 120. Hüquqi şəxslərin inventar siyahısı 

120.1. Öz təsərrüfat fəaliyyətinin əvvəlində hüquqi şəxs, əvvəla, əmlakının tərkibinə 

daxil olan obyektlərin, o cümlədən torpaq sahələrinin, daşınar obyektlərin, tələblərin və 

nağd pul məbləğinin, ikincisi, borclarının dəqiq siyahılarını tərtib etməyə, bu zaman ayrı-

ayrı əmlak obyektlərinin və öhdəliklərinin dəyərini göstərməyə (inventar siyahısı) 

borcludur. Sonrakı dövrdə inventar siyahısı hər maliyyə ilinin sonu üçün tərtib edilir. 

İnventar siyahısı təsərrüfat ili qurtardıqda işlərin lazımi gedişinə uyğun müddətdə tərtib 

edilir. 


120.2. Əsas kapital obyektləri, habelə xammal, yardımçı və iş materialları, əgər onlar 

vaxtaşırı dəyişdirilirsə, onların ümumi dəyəri isə firma üçün ikinci dərəcəli əhəmiyyət 

daşıyırsa, eyni həcmlərdə və eyni dəyərlə qəbul edilməlidir, bu şərtlə ki, miqdar, dəyər və 

tərkib baxımından onların mövcudluğu yalnız cüzi dəyişikliklərə məruz qalsın. Bu əmlak 

obyektlərinin maddi inventarlaşdırılması üç ildən bir aparılır. Ehtiyat əmlakın eyni növlü 

obyektləri, habelə eyni növlü və ya təqribən bərabər qiymətli digər daşınar əmlak 

obyektləri bir qrupda birləşdirilir və hesablanmış orta dəyərlə qəbul edilir. 

120.3. Əmlak obyektlərinin növlər, miqdar və dəyər baxımından mövcudluğunun 

inventar siyahısı təkcə ayrı-ayrı əmlak obyektlərinin müfəssəl qeydiyyatı ilə deyil, həm 

də qəbul olunmuş riyazi-statistik metodlardan istifadə etməklə seçmə sınaqlar yolu ilə də 

müəyyənləşdirilə bilər. Bu zaman tətbiq olunan prosedur lazımi mühasibat uçotu 

prinsiplərinə uyğun gəlməlidir. Bu qaydada tərtib edilmiş inventar siyahısının 

informasiya dəyəri maddi inventarlaşdırma vasitəsi ilə tərtib edilmiş inventar siyahısının 

informasiya dəyərinə uyğun gəlməlidir. 

120.4. Təsərrüfat ilinin sonu üçün inventar siyahısı tərtib edilərkən, əgər əmlak 

obyektlərinin növlər, miqdar və dəyər baxımından mövcudluğunu müəyyənləşdirməyin 

mümkünlüyü lazımi mühasibat uçotu prinsiplərinə uyğun gələn başqa üsulla təmin 

edilirsə, əmlak obyektlərinin həmin an üçün maddi inventarlaşdırılması tələb olunmur. 

120.5. Təsərrüfat ilinin sonu üçün ümumi inventar siyahısında əmlak obyektlərini 

göstərmək məcburi deyildir, bu şərtlə ki: 

120.5.1. hüquqi şəxs onların növlər, miqdar və dəyər baxımından mövcudluğunu 

təsərrüfat ili başa çatanadək sonuncu üç ayın və ya təsərrüfat ili başa çatdıqdan 

sonra ilk iki ayın günlərindən biri üçün tərtib edilmiş xüsusi inventar siyahısında 

göstərsin; 

120.5.2. yuxarıda göstərilən lazımi mühasibat uçotu prinsiplərinə uyğun gələn 

artan yekun və ya interpolyasiya metodları ilə xüsusi inventar siyahıyaalması 

sayəsində təsərrüfat ilinin sonunda mövcud olan əmlak obyektlərinin həmin an 

üçün lazımınca qiymətləndirilməsinin mümkünlüyü təmin edilsin. 



Maddə 121. Hüquqi şəxsin ilkin və illik balansı 


121.1. Öz fəaliyyətinin əvvəlində və sonralar təsərrüfat ilinin sonunda hüquqi şəxs onun 

kapitalı ilə öhdəlikləri arasında nisbəti göstərən balans (ilkin balans, balans) tərtib 

etməlidir. Hər təsərrüfat ilinin sonunda təsərrüfat ili üçün gəlirlərin və xərclərin 

müqayisəsi (mənfəətlə zərərin hesabı) tərtib edilir. Balans və mənfəətlə zərərin hesabı 

illik (yekun) balansı təşkil edir. İllik balans lazımi mühasibat uçotu prinsiplərinə müvafiq 

surətdə işlərin lazımi gedişinə uyğun müddətdə tərtib edilir. İllik balans aydın və dəqiq 

olmalıdır. 

121.2. İllik balans hüquqi şəxsin qanuni təmsilçiləri tərəfindən Azərbaycan dilində və 

ölkənin valyutasında tərtib edilir və imzalanır. 

121.3. İllik balansda bütün əmlak obyektləri, borclar, ardıcıl hesabat dövrləri arasında 

məsrəflər ilə mədaxilin uçotuna hədd qoyan maddələr, habelə xərclər və gəlirlər 

göstərilməlidir. Aktivlərin maddələrini passivlərin maddələrinə, xərcləri gəlirlərə 

hesablamaq olmaz. 

121.4. Balansda əsas və dövriyyə kapitalı, öz kapitalı, öhdəliklər, habelə ardıcıl hesabat 

dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan maddələr ayrıca 

göstərilməli və onların bölgüsü aparılmalıdır. Əsas kapital üzrə yalnız təsərrüfatın 

aparılması üçün daimi nəzərdə tutulan obyektlər göstərilməlidir. Firmanın təsis 

edilməsinə və öz kapitalının cəlb edilməsinə çəkilmiş xərcləri balansa aktivlərin 

maddələri kimi daxil etmək olmaz. Eyni qayda əsas kapitalın əvəzsiz əldə edilmiş qeyri-

maddi əmlak obyektləri üçün də qüvvədədir. 

121.5. Ehtiyatlar hüquqi şəxsə qarşı tələblərin irəli sürülüb-sürülməyəcəyinin və hansı 

miqdarda sürüləcəyinin məlum olmadığı hallarda öhdəliklər üçün yaradılır. Ehtiyatlar 

yarımçıq qalmış əqdlər üzrə gözlənilən zərərin ödənilməsi üçün yaradılır. Ehtiyatlar 

yalnız onların yaradılması zərurəti aradan qalxdıqda ləğv edilir. 

121.6. Ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin uçotuna hədd qoyan 

maddələrdə yekun gününədək çəkilmiş xərclər göstərilir. Bunlar həmin gündən sonrakı 

müəyyən dövrə aid xərclərdir. Ardıcıl hesabat dövrləri arasında məsrəflərin və mədaxilin 

uçotuna hədd qoyan maddələrin passivlərində yekun gününədək olan mədaxil göstərilir. 

Bunlar həmin gündən sonrakı müəyyən dövrə aid gəlirlərdir. 

121.7. İllik balansda göstərilmiş əmlak obyektləri və öhdəliklər qiymətləndirilərkən 

aşağıdakı prinsiplər də nəzərə alınmalıdır: 

121.7.1. təsərrüfat ilinin birinci gününə aid dəyər qiymətləri əvvəlki təsərrüfat 

ilinin yekun balansının dəyər qiymətləri ilə üst-üstə düşməlidir; 

121.7.2. əmlak obyektləri və öhdəliklər yekun günü üçün ayrılıqda 

qiymətləndirilir; 

121.7.3. dəyər qiymətləndirilməsi ehtiyatla aparılmalı, xüsusən yekun gününədək 

məlum olmuş və ya əmələ gəlmiş bütün gözlənilən risklər və zərər nəzərə 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə