Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə38/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   34   35   36   37   38   39   40   41   ...   190

144.4. Əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan 

sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında 

təsdiqləmə tələb olunmur. 

144.5. Əgər daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi üçün 

təsdiqləyici sənədlər təqdim edilməzsə, ərizə rədd edilmiş sayılır. Əgər söhbət yalnız 

sərəncam hüququnu təsdiq edən sənədə əlavədən gedirsə, onda ilkin qeydiyyat 

mülkiyyətçinin razılığı ilə aparılır. (

4



18

44





Maddə 145. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizə 

145.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizələr ləngiməyə yol 

verilmədən onların zaman ardıcıllığı ilə, ərizəçi və onun xahişi göstərilməklə ərizə 

jurnalına daxil edilir. 

145.2. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması üçün əsas götürülən 

sənədlər onların təyinatına uyğun sistemləşdirilir və saxlanılır. (



12



Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 



146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat 

qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni 

qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq 

istisna olmaqla). 

146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın 

daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ 

gəlir. 

146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz 

əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir 

və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 

Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən 

istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, 

daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış 

sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat 

qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. 

146.4. Daşınmaz əmlaka dair müqavilənin notariat qaydasında təsdiqlənməsindən 

sonra notarius müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya onun 

istəyi ilə 2 gün müddətində 

müvafiq icra hakimiyyəti orqanına

 daşınmaz əmlakın 

dövlət reyestrində hüququn qeydiyyata alınması haqqında müraciət etmiş şəxsin 

notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərir. Ərizəyə müqavilənin bir 

nüsxəsi, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər 

əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində 


yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib 

hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi 

barədə qəbz əlavə edilir. Həmin ərizənin surəti müqavilənin notariat qaydasında 

təsdiqlənməsi haqqında müraciət edən şəxsə verilir. 

146.5. Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə 

qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə 

bilməyən qərara istinad edirsə, bu halda notarial ərizəyə həmin qərarın notariat 

qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks 

etdirən sənədlər qoşulur. 

146.6. Daşınmaz əmlakın və ya ona dair hüquqların daşınmaz əmlakın dövlət 

reyestrində qeydiyyatı üçün sənədlər natamam olduqda, mülkiyyətçinin razılığı ilə 

və ya məhkəmə qərarı əsasında dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla 

bilər. 

146.7. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair 

hüquqların qeydiyyatı notarial ərizənin daxil olduğu tarix üzrə aparılır. 

146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində 

qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius və 

müvafiq icra hakimiyyəti orqanının

 vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. 

Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin 

qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın 

natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. (

2



18

21





Maddə 147. Qabaqcadan qeydiyyat 

147.1. Torpaq sahəsinə olan hüququn və ya torpaq sahəsini yüklü edən hüququn əldə 

edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin 

dəyişdirilməsinə dair tələbi təmin etmək üçün daşınmaz əmlakın dövlət reyestrində 

qabaqcadan qeydiyyat aparıla bilər. Gələcək və ya şərti tələblərin təmin edilməsi üçün də 

qabaqcadan qeydiyyatın aparılmasına yol verilir. 

147.2. Qabaqcadan qeydiyyat aparıldıqdan sonra torpaq sahəsinə və ya ona olan hüquqa 

dair verilən sərəncam, onun göstərilən tələbin həyata keçirilməsinə təsir etdiyi və ya 

mane olduğu hissəsində etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin 

qoyulması qaydasında verildiyi halda da tətbiq edilir. 

147.3. Hüququn əldə edilməsinə yönəldilmiş tələbin üstünlüyü qabaqcadan qeydiyyat 

üçün tələb barəsində ərizənin reyestrə təqdim edilməsi vaxtı ilə müəyyən edilir. (

12

) 



Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı 


Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə