Maddə 153. Mülkiyyət hüququnun subyektləri
153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun
subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində
ola bilən əmlak növləri müəyyənləşdirilir.
153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və
ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun,
əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona
xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.
153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ
154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən
əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində
istənilən əmlak ola bilər.
154.2. Bu Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan məqsədlər üçün qanunvericilik
yolu ilə məhdudiyyətlərin müəyyənləşdirildiyi hallar istisna olmaqla, fiziki və hüquqi
şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır.
154.3. Kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri onların təsisçilərinin
(iştirakçılarının, üzvlərinin) maya və ya haqq kimi onlara verdikləri əmlakın, habelə
həmin hüquqi şəxslərin başqa əsaslar üzrə əldə etdikləri əmlakın mülkiyyətçiləridir.
Maddə 155. Dövlət mülkiyyəti hüququ
155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət
mülkiyyətidir.
155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və
digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.
155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir.
155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada
dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.
Maddə 156. Bələdiyyələrin mülkiyyət hüququ
156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.
156.2. Yerli büdcənin vəsaiti bələdiyyənin mülkiyyətidir.
Maddə 157. Mülkiyyətin müdafiəsi
157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
157.3. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və
əldə edən bunu bilmədikdə və bilə bilmədikdə (vicdanlı sahib) mülkiyyətçi bu əmlakı
əldə edəndən ancaq o halda tələb edə bilər ki, əmlak mülkiyyətçinin özü tərəfindən və ya
mülkiyyətçinin sahibliyə verdiyi şəxs tərəfindən itirilmiş və ya onların hər hansı birindən
oğurlanmış olsun və ya özlərinin iradəsindən asılı olmayaraq başqa yolla onların
sahibliyindən çıxmış olsun. Əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən
əvəzsiz əldə edildikdə mülkiyyətçi əmlakı bütün hallarda tələb edə bilər. Pul, habelə adsız
qiymətli kağızlar vicdanlı əldə edəndən geri tələb oluna bilməz.
157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan
məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb
edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son
qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu
şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda
(vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya
götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə
bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya
bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə
məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin
qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib
əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.
Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən
əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin
mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin
ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını
özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı
sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi
məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə
nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «
Torpaqların
dövlət ehtiyacları üçün alınması haqqında
» Azərbaycan Respublikasının Qanunu ilə
nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin
çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin
təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət
əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. (
5
,
10
,
12
,
23
,
36
,
46
)
Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları
158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır:
158.1.1. girov hüququ;
158.1.2. əmlakdan istifadə hüququ;
158.1.3. servitutlar.
158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola
bilər.
158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər
əmlak hüquqlarının xitamına səbəb
olmur,
bu şərtlə ki, əldə edən şəxs əmlakın
yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun..
158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən
mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. (
12
)
7-ci f
ə
sil. Sahiblik hüququ
Maddə 159. Əşyaya sahiblik
Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
Maddə 160. Vasitəsiz və vasitəli sahiblik
Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün
kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə
vasitəsiz sahibdir.
Maddə 161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi
Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər
hansı başqa sahibi özgə əşyasının sahibidir.
Maddə 162. Sahibliyin müvəqqəti kəsilməsi