Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə43/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   39   40   41   42   43   44   45   46   ...   190

178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər 

şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam 

verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. (

12

) (



km7



Maddə 179. Əldə etmə müddəti 

(km3)

 

179.1. Daşınmaz əmlak mülkiyyət hüququ ilə heç kəsə mənsub olmadıqda və ya daşınmaz 



əmlakın mülkiyyətçisini müəyyən etmək mümkün olmadıqda, daşınmaz əmlakın 

mülkiyyətçisi olmayan, lakin on beş il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və 

fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə 

etmə müddəti). 

179.2. Daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin 

bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. 

179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar 

daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın 

mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa 

görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna 

malikdir. 

179.4. Əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka 

mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan 

əmələ gəlir. (

3



10



Maddə 180. Özbaşına tikinti və onun nəticələri 

180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr 

almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla 

tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti 

sayılır. 

180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə 

dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq 

ixtiyarı yoxdur. 

180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər 

ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması 

digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki 

şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə 

mülkiyyət hüququ tanına bilməz. 



180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr 

almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla 

tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin 

müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. (

24




§ 2. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi 

Maddə 181. Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi əsasları 

181.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi 

əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. 

181.2. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, 

əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa 

sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu 

əldə edənə verməsi. 

181.3. Şəxsin qanunvericiliyin tələblərinə əməl etməklə özü üçün hazırladığı və ya 

yaratdığı yeni əmlaka mülkiyyət hüququnu onun özü əldə edir. Əmlakdan istifadə 

nəticəsində götürülən bəhərə, məhsula və gəlirə mülkiyyət hüququ bu Məcəllənin 135.12-

ci maddəsində nəzərdə tutulan əsaslarla əldə edilir. 

181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, 

dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər 

əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi 



sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). 

Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus 

olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yol verilməzdir. 

181.5. Fiziki şəxs öldükdə, ona mənsub olmuş əmlaka mülkiyyət hüququ vəsiyyətə və ya 

qanuna uyğun surətdə vərəsəlik üzrə başqa şəxslərə keçir. 

181.6. Hüquqi şəxs yenidən təşkil edildikdə, ona mənsub olmuş əmlaka mülkiyyət 

hüququ yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisi olan hüquqi şəxsə (hüquqi 

şəxslərə) keçir. 

181.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan 

əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya 

qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət 

hüququ əldə edə bilər. 

181.8. Mənzil, bağ, qaraj kooperativinin və ya başqa kooperativin üzvü, pay yığımına 

hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün 

pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. (

12



Maddə 182. Vicdanlı əldə edən 

182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə 

vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə 

edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı 

əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə