Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə45/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   41   42   43   44   45   46   47   48   ...   190

191-1.2. Əgər yeni mülkiyyətçi əşyanı əvəzli müqavilə əsasında üçüncü şəxsdən əldə 

edibsə, bu Məcəllənin 191-1.1-ci maddəsində nəzərdə tutulmuş tələb əmələ gəlmir. (

12

) 



Maddə 192. Nəzarətsiz heyvanlar 

192.1. Nəzarətsiz və ya otlamağa buraxılmış mal-qaranı və ya digər nəzarətsiz heyvanları 

tutan şəxs onları mülkiyyətçisinə qaytarmalıdır, heyvanların mülkiyyətçisi və ya onun 

olduğu yer bilinmədikdə isə, onları tutduğu andan ən geci üç gün keçənədək aşkar etdiyi 

heyvanlar barədə polisə xəbər verməlidir; polis mülkiyyətçinin axtarılması üçün tədbirlər 

görməlidir. 

192.2. Heyvanları tutan şəxs mülkiyyətçinin axtarıldığı müddətdə onları özündə saxlaya 

və istifadə edə bilər, yaxud saxlanmaq və istifadə üçün başqa şəxsə verə bilər. Nəzarətsiz 

heyvanları tutan şəxsin xahişi ilə polis onları saxlamaq üçün lazımi şəraiti olan şəxsi 

axtarır və heyvanları ona verir. 

192.3. Nəzarətsiz heyvanları tutan şəxs, habelə saxlanmaq və istifadə üçün onların 

verildiyi şəxs heyvanları lazımi qaydada saxlamalıdır. Həmin şəxslər heyvanların tələf 

olmasında və ya azarlamasında təqsirli olduqda, onların dəyəri həddində məsuliyyət 

daşıyırlar. 

192.4. Nəzarətsiz ev heyvanlarının tutulması barədə xəbər verildiyi gündən altı ay 

müddətində onların mülkiyyətçisi aşkar edilməzsə və ya özü onlara hüququnu 

bildirməzsə, heyvanları saxlayan və onlardan istifadə edən şəxs onlara mülkiyyət hüququ 

əldə edir. Həmin şəxs saxladığı heyvanları mülkiyyətə götürməkdən imtina etdikdə, onlar 

dövlət mülkiyyətinə daxil olur. 

192.5. Heyvanlar başqa şəxsin mülkiyyətinə keçdikdən sonra onların əvvəlki 

mülkiyyətçisi gəldikdə, əgər həmin heyvanların ona bağlılığını saxladığını sübut edən 

hallar olarsa, yeni mülkiyyətçi ilə razılaşma əsasında müəyyənləşdirilən şərtlərlə, 

razılaşma əldə edilmədikdə isə məhkəmə yolu ilə heyvanların qaytarılmasını tələb edə 

bilər. 


192.6. Nəzarətsiz heyvanlar mülkiyyətçisinə qaytarıldıqda, onları saxlamış şəxs 

heyvanlardan istifadə nəticəsində götürdüyü mənfəəti çıxmaq şərti ilə, onların saxlanması 

ilə bağlı çəkdiyi zəruri xərclərin əvəzinin heyvanların mülkiyyətçisi tərəfindən 

ödənilməsi hüququna malikdir. Nəzarətsiz heyvanları tutmuş şəxs bu Məcəllənin 186.3-

cü maddəsinə uyğun olaraq bəxşiş hüququna malikdir. 

§ 3. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi 

Maddə 193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 

193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun 

sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə 

sahibində olduğu vəziyyətdə keçir. 




193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və 

həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə 

verməlidir. 

193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca 

təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri 

xərclər yeni sahibin üzərinə qoyulur. 



Maddə 194. Tələbin güzəşti 

194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə 

bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə 

razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu 

ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 

194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə 

həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. 

194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər 

haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında 

tələblərin güzəşt edilməsinə yol verilmir. 

194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti 

müvafiq yazılı formada həyata keçirilməlidir. 

194.5. Orderli qiymətli kağız üzrə tələbin güzəşti həmin qiymətli kağız üzrə indossament 

yolu ilə həyata keçirilir. (

12

) 



Maddə 195. Tələbin güzəşti zamanı borclunun vəzifələri 

Tələbin güzəşti barədə borcluya məlumat verilənə qədər o, tələbin ilk sahibi qarşısında 

öhdəliklərini icra edə bilər. 

Maddə 196. Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi  

Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun 

tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. 

Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər 

hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt 

edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə 

hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük 

hüququnu həyata keçirə bilər. (

12



Maddə 197. Tələb sahiblərinin növbəliyi 


Əgər tələb sahibi eyni tələbin güzəşti barədə bir neçə şəxslə şərtləşərsə, tələb onun 

sahibinin daha əvvəl münasibətlər yaratdığı şəxsə keçir. Bunu müəyyənləşdirmək 

mümkün olmadıqda, tələb, haqqında borcluya daha əvvəl məlumat verilmiş şəxsə keçir. 

Eyni qayda gələcəkdə yaranan tələblərə də şamil edilir. (

12



Maddə 198. Yeni kreditorun tələblərinin sübutu  

198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar 

ona təqdim edilənədək icra etməyə bilər. 

198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən 

sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan 

məlumatları bildirməyə borcludur. (

12

) 



Maddə 199. Yeni kreditorun tələblərinə qarşı borclunun etirazları  

199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə 

bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni 

kreditorun tələbinə qarşı irəli sürə bilər. 

199.2. Əgər borclu borc öhdəliyi barədə sənəd vermişsə, borc 

öhdəliyinintəqdim edilməsi üzrə tələbin güzəştli zamanı o, yeni kreditor 

qarşısında buna istinad edə bilməz ki, öhdəlik münasibətlərinə girməsi və 

onların təsdiqi yalnız görüntü yaratmaq üçün edilmişdir və ya ilkin 

kreditorla razılaşmaya görə güzəşt istisna edilmişdir, amma güzəşt zamanı 

yeni kreditorun işin təfsilatını bildiyi və ya bilməli olduğu hallar istisna 

təşkil edir. (

12

) 



Maddə 200. Yeni borclunun vəzifələri 

Yeni borclu tələb sahibi ilə ilk borclu arasındakı münasibətlərdən irəli gələn bütün 

qarşılıqlı tələbləri tələb sahibinə qarşı irəli sürə bilər. O, ilk borcluya mənsub olmuş 

tələbləri hesaba ala bilməz. (

12



Maddə 201. Borc keçirildikdə təminat vasitələrinə xitam verilməsi 



Borc keçirildikdə tələbin təminatı üçün nəzərdə tutulan zaminliyə və girova xitam verilir, 

bu şərtlə ki, zamin və ya girov qoyan bu münasibətin davam etdirilməsindən imtina etsin.  



Maddə 202. Qanuna, məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən 

tələbin güzəşti 

Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi qaydaları qanuna, 

məhkəmənin və ya digər səlahiyyətli dövlət orqanının qərarına əsasən həyata keçirilən 

tələbin güzəştinə də müvafiq surətdə tətbiq olunur. 




Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə